ADEX 2014 Daily News N2

 

Embed or link this publication

Description

ADEX 2014 Daily News N2

Popular Pages


p. 1

13.09.14 Mİllİ müdafİə qüdrətİmİzİn möhtəşəm paradı grand display of the power of the national defence ADEX 2014

[close]

p. 2

Dünən, sentyabr ayının 12-də “Jumeiragh Bilgah Beach” otelində 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX-2014”) sərgisi çərçivəsində təşkil edilmiş və “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusuna həsr olunmuş konfrans keçirildi. Konfransda bir çox mütəxəssis, hərbi ekspert və bütün dünya üzrə dövlət strukturları və biznes dairələrinin nümayəndələri iştirak edirdilər. Yesterday, on 12 September, at the Jumeirah Bilgah Beach Hotel in Baku, a conference took place on the topic of “Contemporary warfare and security challenges“, organized within the framework of the 1st International Defence Industry Exhibition, ADEX 2014. The conference involved a number of specialists, military experts and representatives of state structures and businesses from all over the world. 2

[close]

p. 3

Konfransa sədrlik edən Azərbaycan Respublikası müdafiə sənayesi naziri Yavər Camalov tədbirin iştirakçılarını və qonaqları salamlayaraq qeyd etdi ki, həm sərginin, həm də bu forumun əsas məqsədi hərbi təhlükəsizlik sahəsində mövcud olan ümumi məsələlərin həllində bütün maraqlı tərəflərin daimi qarşılıqlı əlaqəsi və əməkdaşlığı üçün münasib şərait yaratmaqdır: “ – 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu sahənin inkişafına böyük təkan verdi. Ötən müddət ərzində müəssisəmiz böyük nəticələrə nail olub və istehsal edilən hərbi təyinatlı məhsulların nomenklaturası əhəmiyyəli dərəcədə artıb. İstanbulda keçirilən ənənəvi müdafiə sənayesi sərgisindən başlayaraq, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildən bəri beynəlxalq sənaye sərgilərinin daimi iştirakçısıdır. Regionda ilk dəfə təşkil edilən Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” sərgisinin bu gün Bakıda keçirilməsi təbiidir. The conference chairman Yaver Jamalov, Minister of the Defence Industry of Azerbaijan, welcomed the guests and delegates to the event. The minister noted that the main purpose of the forum and of the exhibition is to create favourable conditions for the development of continuous cooperation and partnerships between all those interested in solutions to the common problems which exist in the field of military security. “The establishment of the Ministry of the Defence Industry of Azerbaijan Republic in 2005 gave a powerful impetus to the development of this sphere. Our ministry 3

[close]

p. 4

has achieved a wide range of results, and the nomenclature of our manufactured defence-oriented products has increased prominently in the recent past. Beginning with the traditional defence industry exhibition held in Istanbul in 2009, the Ministry of the Defence Industry of Azerbaijan has been a permanent participant in international indust­ ry Belə ki, sözügedən sərgidə dünyanın 34 ölkəsindən 200-dən artıq şirkət iştirak edir. “ADEX” sərgisinin Azərbaycanda təşkili ölkəmizdə hərbi sənaye kompleksinin inkişafı çərçivəsində əldə olunan uğurların nümayişi, eləcə də iştirakçı ölkələr arasında əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsi baxımından mühüm olmaqla yanaşı, bütün dünyada təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə daha yaxşı şərait yaradacaq. Fürsətdən istifadə edərək, sizin hamınızı 2016-cı il üçün planlaşdırılan ikinci müdafiə sənayesi (“ADEX”) sərgisinə dəvət edirəm.” Daha sonra müdafiə sənayesi naziri qarşıya qoyulan məqsədlərə nail olunmasında bu forumun kömək edəcəyinə əmin olduğunu bildirərək, bütün nümayəndələrə məhsuldar və kostruktiv iş arzuladı. Konfransın proqramı çərçivəsində Türkiyənin müdafiə sənayesi katibi İsmayıl Dəmir, “Paramount Group” şirkətlər qrupunun İdarə heyətinin sədri İvor İçikoviç, Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin prezidenti Riçard Fonteyn, Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və müdafiə sənayesinin digər strukturlarında çalışan nümayəndələrin çıxışları oldu. Konfrans iştirakçılarına Azərbaycan hərbi sənaye kompleksinin nailiyyətlərini əks etdirən video-çarx nümayiş etdirildi. exhibitions. It is no surprise then, that today an international defence industry exhibition is taking place in Baku, the first of its sort in the region, in which more than 200 companies from 34 countries are taking part. The organization of exhibitions like ADEX in Azerbaijan is extremely important as an opportunity to demonstrate the successes achieved in the development of the military-industrial complex of the state, and to establish cooperation and exchanges of experience among the participating countries, and this will promote cooperation in the field of security all over the world. I would like to take this opportunity to invite you to the second ADEX, which is planned to be held in 2016“. Later the minister assured the audience that this forum would help to achieve the goals set out and wished the delegates a productive and constructive time. Ismail Demir, the Turkish Secretary of the Defence Industry; the Executive Chairman of Paramount Group, Ivor Ichikowitz; the president of the new American Centre for Security, Richard Fontaine; Deputy Minister of the Defence Industry of Azerbaijan Yahya Musayev, and the representatives of other defence industry organizations also gave speeches within the framework of the conference. A film on the development of the military-industrial complex of Azerbaijan was shown to the delegates. 4

[close]

p. 5

Gürcüstanın Baş nazİrİ “ADEX-2014” sərgİsİnİ zİyarət etdİ The Prime Minister of Georgia toured ADEX 2014 On 12 September, Irakli Garibashvili, Prime Minister of Georgia, visited the International Defence Industry Exhibition, ADEX 2014. Thorough information on the exhibition, which was held at Baku Expo Centre, was given to Irakli Garibashvili. The Prime Minister toured the national stands of Turkey, Belarus, Korea, Poland, Israel and Ukraine. Sentyabr ayının 12-də Gürcüstan Respublikasının Baş naziri İrakli Qaribaşvili ölkəmizdə və ümumilikdə regionda ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX-2014”) sərgisi ilə tanış olub. Bakı Ekspo Mərkəzində keçirilən sərgi barədə İrakli Qaribaşviliyə ətraflı məlumat verilib. Gürcüstanın Baş naziri Türkiyə, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukrayna milli qruplarının ekspozisiyaları ilə də tanış olub. The Georgian Prime Minister was informed that this exhibition is important for demonstrating the potential of the national defence industry; for becoming familiar with the latest defence technologies and the models used in various field of the military-industrial complex, including brand new examples of military equipment; and for establishing international cooperation. Irakli Garibashvili was also informed that the organization of this sort of a specialized exhibition will both give impetus to the development of the defence industry in Azerbaijan and contribute to the competitiveness of the military products produced in the country on the world markets. Gürcüstanın Baş nazirinə məlumat verilib ki, bu sərgi milli hərbi sənaye potensialının nümayişi, eləcə də hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələri, o cümlədən ən yeni hərbi texnika növləri ilə tanışlıq baxımından, habelə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyətlidir. Həmçinin, İrakli Qaribaşviliyə bildirilib ki, bu cür ixtisaslaşdırılmış sərginin keçirilməsi Azərbaycanda hərbi sənayenin inkişafına təkan verməklə yanaşı, ölkədə istehsal edilən hərbi məhsulların dünya bazarında rəqabətədavamlı olmasına da öz töhfəsini verəcək. 5

[close]

p. 6

Sərgİnİn səmərəlİlİyİ tədbİrİn bütün İş günlərİndə durmadan artırdı Throughout the entire work of the exhibition, its effectiveness has been constantly increasing – “ADEX 2014” sərgisinin iki iş günü hansı nəticələri təmin edib? Sərgi iştirakçılarının və ziyarətçilərin ilkin rəy və fikirləri varmı? – Sərginin nəticələri heyrətləndirməyə bilməz! Bir faktı da qeyd edim ki, əvvəlcədən iştirakçılara salamlama məktubu göndərən və onlara uğurlu iş arzulayan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev sərgini ziyarət etdi. Sərgi elə ilk dəqiqələrdən bütün qonaqlarda xoş təəssürat yaratdı. “ADEX-2014” sərgisinin ilk iş saatları bu tədbirin nə qədər vacib olduğunu əyani şəkildə nümayiş etdirdi. Sərginin işində fəal iştirak edən əsas güc strukturları, hərbi müəssisələr – What are the results of the first two days of ADEX 2014? Can you share the initial feedback from the participants and let us know the very first impressions of visitors to the exhibition? – The results are impressive! His Excellency Ilham Aliyev, President of Azerbaijan, visited the exhibition and, before visiting the event, sent a welcoming letter to the participants and wished them a successful time at the exhibition. The exhibition made a good impression on all the visitors from the outset. The first hours of ADEX 2014 demonstrated that demand for such an event was high. The heads of the main law enforcement agencies, military departments and border services were actively involved in the work of the exhibition, and had a professional appreciation for its organization. The results of the first two days can be summarized as follows: there is great potential for ADEX, serious interest in cooperating with our state and a desire to establish prominent positions in our local markets. The second day of the exhibition can be characterized as a day of negotiations. The day before, many meetings took və sərhəd xidmətinin rəhbərləri tədbirin təşkilini peşəkar nöqteyi-nəzərindən qiymətləndirdilər. Tədbirin ilk iş günlərinin nəticələrinə əsasən, “ADEX-2014” sərgisinin böyük potensialı, habelə dövlətimizlə əməkdaşlıq əlaqələrinin qurulmasına böyük maraq göstərilməsi və xarici şirkətlərin yerli bazarda layiqli mövqe tutmaq istəyi barədə mülahizə yürütmək olar. Sərginin ikinci iş gününü danışıqlar prosesi kimi xarakterizə edə bilərəm. Bu ərəfədə müxtəlif ölkələrin nümayəndələri ilə Azərbaycanlı mütəxəssislər arasında çoxsaylı görüşlər keçirildi. 23 nümayəndə heyətinin tərkibində olan şirkətlərin sahibləri öz həmkarları ilə əməkdaşlıq imkanlarını ətraflı şəkildə place between the representatives of various countries and Azerbaijani specialists. 6

[close]

p. 7

Entrepreneurs from the companies in 23 delegations comprehensively researched the possibilities of cooperation with their colleagues. It should be mentioned that throughout the entire work of the exhibition, its effectiveness has been constantly increasing. – Please tell us about the results of the first day of the conference. – The conference involved more than 300 specialists, military experts, and representatives of state structures and businesses from all over the world. The main purpose of the öyrəndilər. Qeyd edə bilərəm ki, sərginin bütün iş günləri ərzində onun səmərəliliyi durmadan artırdı. – Konfransın ilk iş gününün nəticələri barədə məlumat verməyinizi xahiş edərdik. – Konfrans bütün dünya üzrə aparıcı mütəxəssislər, hərbi ekspertlər, habelə dövlət strukturları və biznes dairələrinin nümayəndələrini bir araya gətirdi. Hərbi təhlükəsizlik sahəsində mövcud olan ümumi məsələlərin həlli ilə maraqlanan bütün tərəflər arasında daimi qarşılıqlı əlaqə və əməkdaşlıq üçün münasib şəraitin yaradılması həm sərginin, həm də forumun əsas məqsədini təşkil edir. Konfransın bir çox iştirakçısı Azərbaycanın öz ərazi bütövlüyü və ərazilərinin təhlükəsizliyi uğrunda mübarizədə beynəlxalq səylərin birləşdirilməsi üçün göstərdiyi uğurlu təşəbbüsü vurğuladı. – Qarşıya qoyduğunuz məqsədlərə nail ola bildinizmi? “ADEX” sərgisi ölkəmizdə ənənəvi hadisəyə çevriləcəkmi? – Əminəm ki, təşkilatçıların proqnozları doğru çıxdı desəm, yanılmaram! Artıq bu gün biz layihənin pozitiv perspektivi və inkişafı barədə danışa bilərik. Düşünürəm ki, bu sərgi gələcəkdə də həyata keçiriləcək, çünki “ADEX” sərgisinin imici qlobal məşhurluq qazanacaqdır! Xüsusi ilə də cənab Prezident sərginin ənənəvi xarakter alacağına ümid etdiyini bildirdi. Bəzi iştirakçılar, məsələn, Türkiyənin müdafiə nazirliyi artıq bu il növbəti sərgidə əvvəlcədən yer sifariş etməyə hazırdır. İsrail, Polşa və Çinin nümayəndələri də bu cür işgüzar məram nümayiş etdirirlər. Mən ilk “ADEX” sərgisində bir çox iştirakçı ilə görüşdüm və onların hamısı ziyarətçilərin say və tərkibindən, eləcə də öz həmkarları və gələcək tərəfdaşlarla keçirdikləri mühüm görüşlərdən məmnundurlar. forum and of the exhibition is to create favourable conditions for the development of continuous cooperation and partnerships between all those interested in solutions to the common problems which exist in the field of military security. Most of the conference delegates noted the success of Azerbaijan’s initiative in the context of consolidating international efforts to ensure the integrity and security of its territories. – Were the purposes of the event achieved and will ADEX become a traditional event in our country? – I am sure that it is safe for me to say that the organizers’ forecast has been matched 100%! We can already talk about positive prospects and the development of the project. I expect that another exhibition will be organized in the future too. For ADEX will gain worldwide popularity. Furthermore, the President himself expressed his hope that the exhibition would become a traditional event. Some participants, for example, the Turkish Ministry of Defence, are ready to reserve places at the next exhibition. The representatives from Israel, Poland and China share the same opinion. I talked with many of the participants in our first ADEX; they are all satisfied with the quantity and profile of the visitors, alongside the important meetings with their colleagues and future partners. 7

[close]

p. 8

Müdafİə sənayesİnİn əsas İnkİşaf amİllərİ İzzet Artunç, “MKEK” şirkətinin baş direktoru – Çağdaş dünyamızda hərbi təhlükəsizliyin təmin edilməsi sahəsində informasiya texnologiyalarının oynadığı rol olduqca mühümdür. Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlığı dəstəkləyən bir ölkədir. Hər bir böyük hadisənin öz başlanğıcı var və sizin ölkəniz üç fundamental amilə - güclü siyasi liderliyə, yetərli investisiyalara və ixtisaslı kadrlara malikdir. Başqa sözlə desək, bunlar güclü iradə ilə yanaşı, dövlətin öz müdafiə sənayesi kompleksini yaratması üçün zəruri olan amillərdir. Qardaş Türkiyə isə etibarlı tərəfdaş kimi daim sizin yanınızdadır. Mən Azərbaycanın parlaq gələcəyinə əminəm və müdafiə sənayesi sərgisinin keçirilməsini düzgün addım kimi qiymətləndirirəm. Biz gələcəkdə “ADEX” sərgisində iştirakımızı daha da genişləndirmək və ölkəmizi daha çox sayda iştirakçı, şirkət və təşkilat vasitəsi ilə təmsil etməyi planlaşdırırıq. MAIN FACTORS IN THE DEVELOPMENT OF THE DEFENCE INDUSTRY Izzet Artunch, Director General, MKEK – The role of information technologies is immensely important in the modern defence industry. Turkey is in favour of cooperation in the field of security. Each great event has a beginning and your country possesses three basic factors in favour of the development of the defence of industry: powerful political leadership, sufficient investment and qualified human resources. These three factors and a strong will are equally necessary for the establishment of one’s defence industry. And Turkey, your brother country, will always support you as a reliable partner. I believe in the prosperous future of Azerbaijan and appreciate that the organization of this defence industry exhibition is an important step in this direction. In the future, we will expand our participation in ADEX and represent the country with more participants, companies and organizations. Hər bİr ölkə öz suverenlİyİnİ qorumaq hüququna malİkdİr İvor İçikoviç, “Paramount Group” şirkətində İdarə heyətinin sədri – Mən bu möhtəşəm və yaddaqalan hadisə - 1-ci Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX-2014”) sərgisinin təşkili və həyata keçirilməsi ilə əlaqədar Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Sözsüz ki, bu sərgi ölkədə hərbi sənaye kompleksinin inkişafına güclü təkan verəcək. Hər bir ölkə öz suverenliyini qorumaq hüququna malikdir. Nümayəndəsi olduğum Cənubi Afrika Respublikası banditizm, terrorizm və s. bu kimi asimmetrik təhlükələrlə mübarizə sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır. Vaxtı ilə Cənubi Afrika Respublikasının (CAR) sabiq prezidenti Nelson Mandela ölkəmizə öz güclü müdafiə kompleksini inkişaf etdirmək hüququnu qazandırdı və indi biz bununla fəxr edirik. Bu baxımdan, mən sabiq prezident N. Mandela ilə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev arasında müəyyən oxşarlıq görürəm. Belə ki, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkənizdə hərbi kompleksin dirçəlişi və inkişafı başladı. Nəticədə isə Azərbaycan indi regionun ən güclü ölkəsinə çevrilib. Mən tam məsuliyyətlə deyə bilərəm ki, şirkətimiz Azərbaycanın hərbi sənaye kompleksinin möhkəmləndirilməsi üzrə təşəbbüslərini hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Biz sizin ölkənizdə təşkil edilən bütün müdafiə sənayesi sərgilərində gələcəkdə də iştirak edəcəyik! EACH COUNTRY HAS THE RIGHT TO DEFEND ITS SOVEREIGNTY Ivor Ichikowitz, Executive Chairman, Paramount Group – I would like to congratulate Azerbaijan on its brilliant organization and implementation of the 1st International Defence Industry Exhibition, ADEX 2014, which will certainly provide powerful momentum to the development of the military-industrial complex in the country. Each country has the right to defend its sovereignty. South Africa, which I am representing here, has great experience of combating asymmetric challenges, including banditism, terrorism and so on, and we are ready to share our experiences with Azerbaijan. Former president of South Africa Nelson Mandela defended the right to develop a powerful defence complex in our country in his time, which we are proud of today. And in this context I can compare Nelson Mandela with the President of Azerbaijan, Ilham Aliyev, on whose initiative the revival and development of the defence complex was launched and as a result of which Azerbaijan is the most powerful country in the region today. I feel able to say that our company has always supported and will continue to support the initiatives of Azerbaijan that reinforce its military-industrial complex, and that we will participate in all further defence industry exhibitions organized in your country. 8

[close]

p. 9

Dövlətİn müdafİəsİ sahəsİndə aktual həll varİantları Ziyad Fazlagiç, “Tehnicki Remontni Zavod” zavodunun baş meneceri – “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusuna həsr edilmiş konfrans Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX-2014”) sərgisinin təbii davamına çevrildi. Sözügedən sərgi çərçivəsində təşkil edilmiş bu konfransda bütün dünyanın aparıcı mütəxəssisləri dövlətin müdafiəsi və bütün dünyada təhlükəsizliyin təmin edilməsi sahəsində gündəmdə olan ən aktual həll variantlarını müzakirə etdilər. Bu cür sərgi və konfrans Azərbaycanda ilk dəfə keçirilir və mən hesab edirəm ki, belə bir başlanğıc həm ölkə daxilində müdafiə sənayesinin inkişafı, həm də bütün regionda stabillik və təhlükəsizliyin təmin edilməsi baxımından çox düzgün bir addımdır. Hər halda, mən və mənim təmsil etdiyim təşkilat üçün bu təcrübə olduqca faydalı idi. Konfransın bütün nümayəndələrinə və “ADEX” sərgisinin iştirakçılarına uğurlu və məhsuldar iş arzulayıram! TOPICAL SOLUTIONS FOR THE DEFENCE OF THE STATE Zijad Fazlagic, General Manager, Tehnicki Remontni Zavod – The conference on “Contemporary warfare and security challenges” was a natural continuation of the 1st International Defence Industry Exhibition, ADEX 2014, within the framework of which it was organized. Leading experts from all over the world took the opportunity to discuss the most topical solutions in the fields of defence of the state and global security enforcement. It is the first time that an exhibition and a conference of such a kind and level has been held in Azerbaijan and I consider that this beginning has been good, both for the development of the local defence industry and for the provision of stability and security in the entire region. In any case, for me and for the organization that I represent, this experience was immensely useful. I wish all the delegates of the conference and exhibition participants a successful and productive time. Əsgər və zabİtlər üçün müxtəlİf unİforma və geyİmlər Eldar Haqverdiyev, “Bakı Tikiş Evi” ASC-nin sədr müavini Various types of uniform for soldiers and officers Eldar Hagverdiyev, Deputy Chairman, “Baki Tikish Evi” JSC – Şirkətimiz 1937-ci ildən bəri əhali üçün tikiş məhsullarının (geyimlər və s.) istehsalı ilə məşğuldur. Şirkət ilk dəfə müdafiə nazirliyi üçün tikiş məhsullarının istehsalına İkinci Dünya Müharibəsi zamanı başlayıb və yüksək mükafatlara layiq görülüb. 1999-cu ildə isə müəssisə özəlləşdirilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçün tikiş məhsullarının istehsalı sahəsində ixtisaslaşmağa başlayıb. Biz əsgər və zabitlər üçün müxtəlif uniformalar / geyimlər hazırlayırıq və bu geyimlər həm sülh, həm də müharibə şəraitində orduya lazımdır. Şirkətimiz Türk Standartları İnstitunun ISO 9001:2001beynəlxalq keyfiyyət standartı üzrə sertifikatlaşdırılıb. Müəssisəmizin mütəxəssisləri 1998-ci ildən bəri NATO standartı üzrə məhsulların buraxılmasına yiyələnməklə yanaşı, hazırkı sərgidə nümunələri nümayiş etdirilən yeni uniformaların da istehsalına başlayıblar. Bu məhsullara əsgər və zabitlər üçün gündəlik və döyüş uniformaları, xüsusi təyinatlılar, kəşfiyyatçılar və snayperlər üçün kamuflyaj formaları daxildir. Sərgi istehsal etdiyimiz məhsulları mütəxəssislərin geniş dairəsinə nümayiş etdirməyə imkan verir. Biz fəxr edirik ki, məhsullarımızı beynəxalq standartların tələblərinə uyğun olaraq hazırlayırıq və hesab edirik ki, şirkətimiz mütəxəssislərin ən yüksək tərifinə layiqdirlər. – Our company has been producing apparel for the public since 1937. Our company first began to manufacture uniforms for the Ministry of Defence during the Second World War and won several prestigious awards for doing so. The enterprise was privatized in 1999 and specialized in producing apparel for the Ministry of Defence of the Republic of Azerbaijan. We manufacture various items for soldiers and officers that are necessary for the army both in wartime and peacetime. Our company holds the ISO 9001:2001 certificate from the Turkish Institute of Standards. Our specialists have been manufacturing clothing in accordance with NATO standards since 1998 and have now begun to manufacture new uniforms, samples of which are on display here at the exhibition. These items include routine and combat clothing for soldiers and officers, and camouflaged items for Special Forces, as well as reconnaissance and sniper units This exhibition enables us to show our products to a wide range of specialists. We are proud of the high quality and ability of our products to meet international standards and believe that they deserve full marks from the experts. 9

[close]

p. 10

Ünsİyyət qurmaq və müştərİlərİn tələblərİ xüsusunda daİm məlumatlı olmaq üçün mükəmməl fürsət Ali Emre Taşar, “Aselsan” şirkətinin marketinq direktoru – Əsası 1975-ci ildə qoyulmuş “Aselsan” şirkəti yüksək texnologiya və çoxsaylı məhsul istehsalı sahəsində ixtisaslaşır. Şirkət hərbi və peşəkar tətbiq sahələri üçün ən müasir məhsul və sistemlərin layihələndirilməsi, işlənib hazırlanması və istehsalı ilə məşğuldur. Şirkətimiz öz müştərilərinə müxtəlif növ hərbi məhsullar təklif edir və bu məhsulların əhatə etdiyi sektorlara rabitə və informasiya texnologiyaları, radarlar, elektron müharibə və kəşfiyyat, mikro-elektronika, bələdçilik, elektron optik vasitələr və müdafiə sistemləri üzrə texnologiyalar daxildir. Şirkətimizin hazırkı sərgidə nümayiş etdirdiyi əsas məhsullar arasında taktiki hərbi kommunikasiya məhsulları var (məs.: müvafiq olaraq 2-3030-512 meqahers tezlik diapazonlarını əhatə edən və proqram təminatı ilə idarə olunan yüksək tezlikli və çox yüksək / ultra yüksək tezlikli şəbəkə ratsiyaları (SONR)). Şirkətimiz həmçinin sözügedən şəbəkə radio-dəstlərinin (ratsiyaların) daşına bilən, portativ və nəqliyyat vasitələrində quraşdırılan növlərinə malikdir. “SONR” seriyası çərçivəsində biz daxili rabitə üzrə ratsiya sistemlərini də təmin edə bilirik və bu sistemlər taktiki nəqliyyat vasitələrində, o cümlədən zirehli tanklarda da quraşdırıla bilər. Bu rabitə məhsullarını müxtəlif növ hərbi kompyuterlərlə birgə təchiz etmək də mümkündür və bu kompyuterlər döyüş əməliyyatının taktiki idarə olunmasına imkan verir. Bundan əlavə, biz bu sərgidə müxtəlif növ gecəgörmə cihazlarını, termal və elektron optik sistemləri, eləcə də sabit silah platformalarını, radiomaneə / radar sistemlərini nümayiş etdiririk. “Aselsan” şirkəti 1992-ci ildən bəri Azərbaycanlı müştərilərlə əməkdaşlıq edir. Şirkətimiz hazırda Azərbaycanın müdafiə və müdafiə sənayesi nazirlikləri üçün kommunikasiyalar və termal sistemlər üzrə layihələr həyata keçirir. Bu sərgidə iştirak sayəsində isə biz özümüzə yeni potensial müştərilər tapmaq, habelə mövcud müştərilərimiz, o cümlədən dost və həmkarlarımızla onların tələb və istəklərini öyrənmək üçün görüşmək və bəzi cari layihələri və s. müzakirə etmək baxımından unikal imkan əldə edirik. A good opportunity to communicate and get up to date on our customers’ needs Ali Emre Tashar, Marketing Coordinator, Aselsan – Founded in 1975, Aselsan is a high-tech, multi-product company that designs, develops and produces state-of-the-art products and systems for military and professional applications. We offer various types of military products in the following sectors: communications and information technologies; radar, electronic warfare and intelligence; microelectronics, guidance and electro-optics; defence systems technologies. Among the key products we are displaying at this exhibition are Aselsan’s tactical military communications products, including HF and V/UHF software-defined networking radios (SONR) covering, respectively, the 2-30 MHz and 30-512 MHz frequency ranges. We also have man-pack, handheld and vehicular versions of these networking radio sets. Within the SONR family we also provide intercommunication radio systems which can be installed in armoured tactical vehicles, including armoured tanks. These communication products can be supplied along with different kinds of military computers which enable the tactical management of combat operations. In addition, we have various types of night-vision, thermal and electro-optical systems on the stand, as well as stabilized weapons platforms, and jammer and radar systems. Aselsan has been working with its Azerbaijani customers since 1992. We are currently carrying out communications and thermal system–related projects for the Ministries of Defence and the Defence Industry. By participating in this exhibition we hope to find new potential customers; meet with our current clients, friends and colleagues to update ourselves in terms of their needs and requirements; discuss several ongoing projects; and so on Ən İrİ Çİn korporasİyasından genİş çeşİdlİ məhsullar Li Yanq, “NORINCO China North Industries Corp.,” şirkətinin kommersiya məsələləri üzrə meneceri – “NORINCO China North Industries Corp.,” şirkəti Çin Xalq Respublikasında fəaliyyət göstərən ən iri korporasiyadır. Bu korporasiyanın istehsal etdiyi məhsullar dünyanın 80-dən çox ölkəsinə uğurla ixrac edilir. Ümumilikdə yarım milyon əməkdaşı olan korporasiyaya təxminən yüz zavod və otuz elmi-tədqiqat müəssisəsi daxildir. “NORINCO” korporasiyası həm hərbi, həm də mülki təyinatlı məhsulların istehsalı ilə məşğuldur. Biz Azərbaycanda keçirilən bu sərgidə hava hücumundan müdafiə üzrə müxtəlif sistemləri, gəmi və təyyarələr üçün hərbi avadanlıqların tam spektrini, o cümlədən radar və raketləri, eləcə də polis qüvvələri üçün kompleks təchizatları, hərbi geyimləri, hərbi minik və yük avtomobillərini, səyyar hərbi xəstəxanaları, müxtəlif avadanlıqlarla təchiz olunmuş qoşqu və konteynerləri, habelə avtokranlar, traktorlar və digər texnikanı nümayiş etdiririk. Şirkətimiz ilk dəfədir ki, Azərbaycana gəlir, lakin buna baxmayaraq, biz bir çox dünya ölkələri ilə əməkdaşlıq edirik və ümidvarıq ki, “ADEX-2014” sərgisi sayəsində perspektivli işgüzar münasibətlərlə yanaşı, yerli təşkilatlarla uzunmüddətli tərəfdaşlıq əlaqələri də qura biləcəyik. A WIDE RANGE OF PRODUCTS FROM THE LARGEST CORPORATION IN CHINA Li Yang, Business Manager, NORINCO China North Industries Corp. – China North Industries Corporation is the largest corporation in China, whose products are successfully exported to over 80 countries. It generally includes around one hundred factories and thirty institutions with half a million workers. NORINCO Corporation manufactures machinery for both military and civilian purposes. We have brought a unique range of air defence systems; a full range of military equipment for ships and planes, including radars and missiles; a full range of outfits for the police; military uniforms; military light and heavy vehicles; mobile hospitals; trailers and containers; cranes; tractors; and various other equipment to present at this exhibition in Azerbaijan. This is our first time visiting Azerbaijan, but we have experience of cooperating with many countries worldwide and we hope that through ADEX-2014 we will be able to build long-term business relationships and establish long-term partnerships with local organizations. 10

[close]

p. 11



[close]

p. 12

Dövlətİn keşİyİndə duran raket sİstemlərİ Daniel Petit, “MBDA” şirkətinin marketinq, satış və biznesin inkişafı üzrə korporativ direktoru – “MBDA” (Fransa) şirkəti raket sistemlərinin işlənib hazırlanması və istehsalı üzrə ixtisaslaşan aparıcı Avropa şirkətidir. Biz silahlı qüvvələrin üç növü: quru, hərbi-dəniz və hava qoşunları üçün müxtəlif platformalar üzərində qurulan taktiki raket sistemlərinin geniş çeşidini təqdim edirik. “ADEX-2014” sərgisində iştirakımızın əsas məqsədi şirkətimiz tərəfindən istehsal edilən, o cümlədən ölkənin mühafizəsi üçün nəzərdə tutulmuş avadanlıqları nümayiş etdirməkdir. Biz Azərbaycanda ilk dəfə keçirilən müdafiə sənayesi sərgisində iştirakımızla fəxr edirik, çünki bu ölkənin bazarında böyük potensial görürük. İnanırıq ki, şirkətimiz Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün ölkəniz tərəfindən yeni avadanlıqlar üzrə müəyyənləşdirilmiş bütün tələblərə cavab verəcək. Azərbaycana yeni gəlməyimizə baxmayaraq, paytaxt Bakı şəhəri ilə bir az tanış ola bilmişik və bu şəhər çox xoşumuza gəlib. Ekspozisiyanın sonuna yaxın mən sizinlə bütün təəssüratlarımı bölüşəcəyəm, lakin artıq indidən deyə bilərəm ki, hazırkı tədbirin yüksək səviyyəli təşkili məni çox sevindirir. MISSILE SYSTEMS TO MEET GOVERNMENT NEEDS Daniel Petit, Cooperative Director for Marketing, Sales and Business Development, MBDA – The French company MBDA is a leading developer and manufacturer of missile systems. We present a wide range of equipment for three types of armed forces - ground, naval and air, each of which require tactical missile systems on different platforms. The main purpose of our participation in ADEX 2014 is to display the equipment produced by the company, especially its items for self-defence. We are proud to be participating in the first defence industry exhibition to be held in Azerbaijan - we see great potential in the market of this country. We believe that we can meet the requirements set by your country for the new equipment which is needed for the modernization of Azerbaijan’s Armed Forces. Though we have just arrived in the country, we have already become acquainted with its capital city, which we liked very much. I will be happy to share my overall impression with you at the end of the exhibition, but for now I can say that I am immensely satisfied with the high level of organization of this event. Qardaş ölkədə keçİrİlən bu sərgİnİn İştİrakçısı olmaq bİzİ sevİndİrİr Sadık Yamaç, “Havelsan” şirkətinin baş direktoru – 1982-ci ildə təsis edilmiş “Havelsan” şirkəti proqram təminatı və sistem inteqrasiyası sahəsində fəaliyyət göstərir. Qırğızıstan, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Gürcüstan, Pakistan və bir sıra digər ölkələrdə bizneslə məşğul olan şirkətdə 1.100-dən artıq işçi çalışır. Ədliyyə, ekologiya və təbii sərvətlər, səhiyyə, sosial müdafiə, xarici işlər və nəqliyyat nazirlikləri ilə əməkdaşlıq edən “Havelsan” şirkəti elektron hökumət, kiber-təhlükəsizlik və sahil zolağının mühafizəsi üzrə həll variantları, habelə simulyator və təlim xidmətlərini təklif etməklə yanaşı, həm hərbi sahədə, həm də mülki sektorda da fəaliyyət göstərir. Yaxın gələcəkdə şirkətimiz böyük həcmli məlumatlar (“Big Data”) üzrə proqram təminatını istifadəyə verəcək. Bu proqram təminatı böyük həcmli məlumatlara nəzarət etməyə imkan verir. Biz vertolyot və gəmilərin növündən və ya döyüş vəziyyəti ilə bağlı müvafiq şərtlərdən asılı olmayaraq, hərbi-dəniz / hava qüvvələri, yaxud ordu üçün bütün dünyada simulyatorların istehsalı ilə məşğul olan şirkətlərlə güclü rəqabət aparırıq. “Havelsan” şirkəti təlim, sınaq və qiymətləndirmə sistemlərini, o cümlədən yüksək dəqiqlikli taktiki və fərdi tapşırıq simulyatorlarını, habelə briqada təlimi, silah sistemləri və mühəndislik üzrə simulyatorlar da daxil olmaqla, hava hücumundan müdafiə üzrə elektron müharibə qurğularının sınağı və əlaqədar təlim sistemlərini işləyib hazırlayır. Şirkətimiz 400-dən artıq simulyator planını, eləcə də komandirlərə qərar verməkdə kömək etmək üçün döyüşün idarə edilməsi üzrə proqram təminatını təmin edir. Sərgidə bizə müxtəlif ölkələrdən gələn ziyarətçilər yaxınlaşırlar. Bizdə əməkdaşlıq əlaqələri üçün heç bir məhdudiyyət yoxdur. Şirkətimiz yekun məhsulun satışı ilə yanaşı, həm də yerli işçi qüvvəsi ilə texnologiyanın transferini və bu texnologiya üzrə dəstək xidmətlərini təklif edir. Bu isə uğurlu yerli istehsalın başlanğıcı ola bilər. Qardaş ölkədə keçirilən bu sərginin iştirakçısı olmaq bizi sevindirir. We are pleased to be part of this exhibition in our brother country Sadik Yamach, Mechanical Engineer M.Sc., General Manager, CEO, Havelsan – Havelsan is a software and systems integration company, which was founded in 1982 and employs 1,100 staff, with business operations in Kyrgyzstan, Saudi Arabia, South Korea, Georgia, Pakistan and many other countries. The company not only works with military agencies, but also in the civilian sector, cooperating with ministries of justice, environment, health, social affairs, foreign affairs and transport, by offering e-government, cyber security and coastal security solutions, as well as simulation systems including those for training. We are a globally competitive company. In the very near future, we will be releasing Big Data software which enables huge amounts of data to be manipulated. We offer strong competition to other global simulator producers, regardless of whether the software is for naval, air force or ground troops, and equally regardless of the type or model of aircraft, ship or combat situation scenario involved. Havelsan develops training, test and evaluation systems, including high accuracy tactical and individual task simulators, crew training simulators, weapons systems simulators, engineering simulators, and air defence and electronic warfare test and training systems. We provide more than 400 simulation scenarios, as well as combat management software to assist commanders in decision-making. At the exhibition we expect to meet visitors from different countries and there are no limitations to our preparedness for cooperation. We do not just sell our end product, we offer support and technology transfers which, combined with local manpower, can result in successful local production. We are pleased to be part of this exhibition in our brother country. 12

[close]

p. 13

13

[close]

p. 14

“CETC” korporasiyasının təşəbbüsləri Xueytze Çjan, “CETC” şirkətində 4-cü Departamentin baş direktor müavini – “CETC International” (“China Electronics Technology Group”) korporasiyası Çin Xalq Respublikasının elektron elm və texnika sahəsində ixtisaslaşan məhdud məsuliyyətli beynəlxalq ticarət şirkətidir və 2002-ci ildə təsis olunub. 50dən çox elmi-tədqiqat institutunu, eləcə də hərbi texnikanın istehsalı ilə məşğul olan 200-dən artıq zavod və fabriki özündə birləşdirən bu korporasiya “ADEX-2014” sərgisində öz istehsalı olan bir sıra məhsul layihələrini nümayiş etdirir. Həmçinin, şirkətimiz sərgidə hərbi ehtiyacları təmin etmək üçün nəzərdə tutulmuş radiolakasiya stansiyaları, idarəetmə və nəzarət üzrə radioelektron səhra sistemləri və qısa / ultra-qısa dalğalı radiostansiyaları nümayiş etdirir. Təqdim etdiyimiz məhsullar arasında mülki sistemlər, məs.: şəhərin təhlükəsizliyi üzrə intellektual montiqrinq sistemləri, neft-qaz kəşfiyyatı üçün pilotsuz uçuş aparatları, xüsusilə də “Spider” seriyalı, altı rotorlu uçuş aparatı var. Azərbaycan tarixən Çin üçün dost ölkə olub və bizi bu ölkə ilə mehriban qonşuluq münasibətləri bağlayır. “CETC” korporasiyası da öz növbəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq etmək istəyir və biz 1-ci Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX-2014”) sərgisində iştirak etməklə, Azərbaycan tərəfinin diqqətini korporasiyamızın fəaliyyət və imkanlarına yönəltmək istərdik. THE INITIATIVES OF CETC Huijie Zhang, Deputy Director General of the 4th Division, CETC – China Electronics Technology Group Corporation (CETC) International LLC was established in 2002 to deal with international trade for our electronic science and technology products. The corporation, which includes more than 50 state-run scientific research institutions and more than 200 plants and factories that are engaged in the production of military electronics, presents a line of its own interesting products and developments at ADEX 2014. These include radio detection and ranging equipment for military needs, radio-electronic field systems for management and control, and HF/VHF radio communication stations. Our civil systems should also be noted, for example, Smart City and Unmanned Aerial Vehicles for oil and gas exploration activities, in particular the “Spider” six-rotor aerial asset. Azerbaijan has been a friend to China historically, and a country with whom we enjoy good neighbourly relations. In its turn, CETC would like to establish a close partnership with the Ministry of Defence of the Republic of Azerbaijan. By participating in the 1st International Defence Industry Exhibition, ADEX 2014, we would like to attract the attention of Azerbaijan to the activities and capabilities of our corporation. Hərbİ müdafİə üçün İstİfadə olunan elektron sİstemlər Manuel Qallardo Tirado, “Indra” şirkətində beynəlxalq biznesin inkişafı üzrə direktor – “Indra” (İspaniya) şirkəti bütün dünyada informasiya texnologiyaları (həmçinin, hərbi təyinatlı informasiya texnologiyaları) sahəsində ixtisaslaşan aparıcı şirkətlərdən biridir. Şirkətin ixtisas sahəsinə hərbi müdafiədə istifadə olunan elektron sistemlər və aviasiyaya nəzarət üzrə radioelektron sistemlər daxildir. Hazırladığımız radiolokasiya sistemləri bütün növ (dəniz, yerüstü və səyyar) platformalarda quraşdırıla bilər və bu sistemlər hava hücumundan müdafiə üçün aşkarlama, elektron müşahidə və hava məkanına nəzarət üzrə bütün hərbi və mülki təyinatlı məsələ və tələbləri ehtiva edir. “Indra” şirkəti “ADEX-2014” sərgisində bir sıra layihələrini nümayiş etdirir və bu layihələr arasında həm hazırda mövcud olan, həm də gələcəkdə hazırlanacaq silah nümunələri üzərində istifadə üçün nəzərdə tutulmuş “Lanza 3D” seriyalı 3 koordinatlı radiolokasiya sistemi yer alır. Şirkətin mütəxəssisləri tərəfindən nümayiş etdirilən taktiki radio-elektron müharibə sistemləri, eləcə də hərbi-dəniz sərhədlərinin monitorinqi üçün sistemlər, aviasiya trenajorları (simulyatorları) və atıcı silahlar üzrə trenajor kompleksləri də diqqətəlayiqdir. Artıq şirkətimiz Azərbaycanla əməkdaşlıq sahəsində təcrübəyə malikdir, belə ki, bir neçə il bundan əvvəl, “Indra” şirkəti Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idarəetmə qülləsi və idarəetməyə nəzarət mərkəzini qurmuşdur. Bu gün isə biz yerli şirkətlər, habelə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə yeni əlaqələr qurmağı planlaşdırırıq. ELECTRONIC SYSTEMS THAT SERVE MILITARY DEFENCE Manuel Gallardo Tirado, International Business Development Director, Indra – The Spanish company Indra is a world leader in the field of information technologies, including those with military applications. The company produces electronic systems that are used in military defence and radio-electronic flight control systems. Our radar systems can be mounted on all platforms (sea-based, ground and portable) and cover all tasks (both military and civil) and requirements related to detection, electronic surveillance and control of air space in the interests of air defence. Here our company presents a range of its developments, including three-dimensional Lanza 3D radars for use with both current and future armaments. The REW (Radio Electronic Warfare) systems presented by our specialists; systems for monitoring coastal areas; flight simulators; and small arms simulators are also noteworthy. We already have experience of cooperating with Azerbaijan: recently, Indra installed an air traffic control (ATC) tower / ATC System Centre at the Heydar Aliyev Airport in Baku. Today we hope to establish new contacts with the Ministry of Defence and Ministry of the Defence Industry of Azerbaijan. 14

[close]

p. 15

Avropanın texnologİya şİrkətlərİ İlə qlobal müştərİlər arasında bİznes İnterfeysİ Filip Dauverq, “Concept.com” şirkətinin baş icraçı şəxsi – Avropada yerləşən “Concept.com” şirkəti xidmət təchizatçısıdır və qlobal müştərilər üçün Avropanın texnologiya şirkətlərinin unikal və müasir imkanlarını təklif etməklə, biznes vasitəçisi kimi fəaliyyət göstərir. Birinci “ADEX” sərgisində nümayiş etdirdiyimiz məhsullar arasında asan daşına bilən “NoSaCo Compact” portativ cihazı var. Sözügedən cihaz BMT-nin xüsusi sifarişi ilə hazırlanıb. “NoSaCo Compact” terminalı fövqəladə hallar zamanı peykə birbaşa qoşulma ilə rentabelli (ehtiyat) rabitəni təmin edir. Terminal 48 saata qədər avtonom işə zəmanət verən enerji generatoruna malikdir. Nümayiş etdirdiyimiz digər maraqlı məhsul isə vertolyotların fövqəladə hallarda yerə enməsi üçün nəzərdə tutulmuş rentabelli stroboskopik işıq mənbəyi (“Emergency Landing Zone Strobe Kit”) dəstidir. Bu kompakt cihaz rəngli, yaxud qara impuls lampaları vasitəsi ilə təhlükəsiz enmə zonasını təmin edir (pilotlar qara impuls lampalarını yalnız gecəgörmə cihazları vasitəsi ilə ayırd edə bilirlər). İmpuls lampaları güclü külək və ya vertolyotun vintindən çıxan şırnaq zamanı onları dik vəziyyətdə saxlayan dayaqlara malikdir. Şirkətimiz burada təhlükəsiz məlumat daşıyıcılarını (məs.: sərt disklər və fleş-kartlar) da nümayiş etdirir. Bu məhsullardan birinin - “DataLocker DL3” məlumat daşıyıcısının oxşarı (başqa bir şirkət tərəfindən) hazırlansa da, həmin məhsul “DataLocker DL3” sərt diski kimi funksional deyil. Belə ki, bu disk bütün daşınan məlumatları şifrləməklə yanaşı, hər dəfə yeni şifrəni daxil edərkən üzərindəki rəqəmsal simvolların (rəqəmlərin) yerlərini dəyişən sensorlu panelə malikdir. Sərgidə ikigünlük fəaliyyətimiz qızğın keçib, çünki biz stendimizin yüksək rütbəli zabit və ya sadəcə maraq göstərən mülki vətəndaşlardan ibarət ziyarətçiləri ilə fəal ünsiyyət qurmuşuq. Şirkətimiz iki il bundan əvvəl Azərbaycanda öz yerli ofisini açıb və yeni biznes əlaqələri qurmaq, yaxud mövcud əlaqələri möhkəmləndirmək məqsədilə hazırkı müdafiə sənayesi sərgisində məmnuniyyətlə iştirak edir. A business interface between European technology companies and global customers Philippe Dauvergne, CEO, Concept.com – Concept.com is a European-based service provider that acts as a business interface by the exporting unique and modern capabilities produced by European technology companies to global customers. Among the products we have on display at the first ADEX exhibition is the easily transportable NoSaCo Compact unit which was developed on a commission from the UN. The NoSaCo Compact terminal provides a cost-effective communications backup through a direct connection to a satellite in emergency situations, and has a power supply generator which guarantees up to 48 hours of autonomous operation. Another interesting product on our stand is the cost-effective Emergency Landing Zone Strobe Kit, which is basically an “airfield in a suitcase” as it provides a safe landing zone by means of coloured or black strobes (the latter only visible to pilots via night-vision devices) with bases that keep the strobes upright in high winds and rotor wash. We also have on display secure data carriers such as hard drives and USB sticks. One such product, which has been copied but never equalled, is the DataLocker DL3 which encrypts all the data carried and, additionally, features a special touchpad for entering the security password, on which the locations of the digits are shuffled each time the password is entered. During first two days we have been quite busy communicating with all the different visitors to our stand, be they high-ranking military officials or just interested citizens. Our company established a local office in Azerbaijan two years ago and is pleased to be participating in this first defence exhibition with a view to establishing new contacts and enhancing existing business relations. Bİz bu sərgİyə Azərbaycanla uzunmüddətlİ tərəfdaşlığın başlanğıcı kİmİ baxırıq Usman A.Bhatti, “GIDS” (Global Industrial & Defence Solutions) şirkətinin baş meneceri – “GIDS” (Pakistan) şirkəti ordu, hərbi-dəniz qüvvələri və aviasiya üçün müdafiə avadanlıqlarının istehsalı ilə məşğuldur. Biz Bakıda olmağımıza və “ADEX-2014” sərgisində iştirak etməyimizə çox şadıq. Biz həm də ona görə şadıq ki, bu sərgidə iştirakımıza Azərbaycanla uzunmüddətli münasibət və tərəfdaşlığın başlanğıcı kimi baxırıq. Biz istehsal etdiyimiz ən yaxşı məhsulların bir çoxunu bu sərgiyə gətirmişik. Hərbi-hava qüvvələri üçün nəzərdə tutulmuş məhsullara gəldikdə isə biz bu sərgidə yüksək səviyyəli pilotsuz uçuş aparatlarını nümayiş etdiririk. Bu qəbildən olan “Şahpar” pilotsuz uçuş aparatı 17000 fut hündürlüyündə tavana və 7 saat uçuş davamlılığına malikdir. Şirkətimiz həmçinin ümumi təyinatlı polad bombaları və onların detonatorlarını (fitillərini), eləcə də hərbi-hava qüvvələri üçün simulyator avadanlıqlarını sərgidə nümayiş etdirir. Azərbaycanın böyük hərbi-dəniz qüvvələrinə malik olduğunu bildiyimizə görə, biz hazırkı sərgidə gəmi ekipajının təlimi üçün hərbidəniz simulyatorlarını, eləcə də sürətli taktiki trenajoru nümayiş etdiririk. Ordu üçün isə biz səyyar səhra mətbəxləri və həmçinin, təhlükəsizlik avadanlıqlarını (məs.: gözyaşardıcı qaz mərmiləri / qumbaraları, metal mina detektorları, işıq-səs effektinə malik qumbaralar və s.) özümüzlə gətirmişik. Biz Azərbaycandakı qardaşlarımıza uğurlu sərgi arzulayır və Pakistanın müdafiə sənayesi ilə hərtərəfli əməkdaşlıq təklif edirik. We see the exhibition as the start of a long-term partnership with Azerbaijan Usman A. Bhatti, General Manager, GIDS (Global Industrial & Defence Solutions) – GIDS is a Pakistani government company that produces defence equipment for armies, navies and air forces. We are very happy to be here in Baku to participate in the first ADEX exhibition. We are also very happy because we see this participation as the start of a long-term relationship and partnership with Azerbaijan. We have brought most of our flagship products for display at this exhibition. For air forces, we are exhibiting our top-of-the-line UAV (unmanned aerial vehicle). This is the Shahpar UAV which has a ceiling of 17,000 feet and an endurance time of 7 hours. We have also brought general purpose steel bombs and their fuses, and air force–related simulation equipment is on display too. For navies, because we know Azerbaijan has a big navy, we are presenting naval simulators for training pilot crews, as well as action speed tactical trainer. For armies we have brought mobile field kitchens and also security equipment, for example, tear gas shells, tear gas grenades, metallic mine detectors, stun grenades and so on. We wish our brothers in Azerbaijan a successful exhibition and offer the full cooperation of the Pakistani defence industry. 15

[close]

Comments

no comments yet