Muraciet - AZ

 

Embed or link this publication

Description

Muraciet 1

Popular Pages


p. 1

Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiəsi Ictimai Birliyi Azərbaycan Respublikası, Bakı şəhəri, Azadlıq prospekti 114 m ənzil 4, Tel: (+994 12) 441 47 42; 440 50 70 Azerbaijan Association Public Association for the Protection of Rights of Migrants and InternallyDisplaced Persons in Azerbaijan Baku, The Republic of Azerbaijan, Appartment 4, Azadlyq aven u ell4, (+994 12) 441 47 42; 440 50 70 JV o www.azerbaijanfoundation.az info@azerbaijanfoundation.az « « 2Q14 “Galatasaray” futbol klubunun prezidenti Ünal Aysala Cənab Ünal Aysal, “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi 2004-cü ildən fəaliyyət göstərməkdədir. Birliyin əsas məqsədi Azərbaycan Respublikası və xarici ölkələrdə miqrant, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə əlaqədar şəraitin müntəzəm müşahidəsini təşkil etməkdən ibarətdir. Birlik həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırılması məqsədilə iş aparır. Qarabağın əzəli Azərbaycan torpağı olması, onun qanunsuz olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, milyona yaxın adamın doğma yurd-yuvasından didərgin düşməsi, həmin insanlara dəyən maddi və mənəvi ziyan, işğal olunmuş ərazilərdəki yerüstü və yeraltı sərvətlərin talan edilməsi, tarixi, maddi-mədəniyyət, memarlıq, dini abidələrin dağıdılması, yandırılması, qarət edilməsi, erməniləşdirilməsi, işğal edilmiş ərazilərin ekoloji terrora məruz qalması və s. işlə bağlı konkret faktlara, sübutlara, dəlillərə əsaslanan materialları dünya ictimaiyyətinə çatdırır. XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, 20 ildən artıq müddətdə davam edən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın Respublikasının 20 % torpağı Ermənistanın silahlı dəstələri tərəfindən işğal edilmişdir. Bunun nəticəsində bir milyona yaxın Azərbaycanlı öz doğma torpaqlarından qovularaq məcburi köçkün həyatını yaşamaqdadır. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırım həyata keçirmişlər. Bu dəhşətli faciədə 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmişdir, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşmüşdür. Xocalı şəhəri yer üzündən silinmişdir. Cənab Ünal Aysal, Nəzərinizə çatdırmaq istərdik ki, 26 fevral 2014-cü il tarixində UEFA tərəfindən təşkil olunan Çempionlar liqasının 1/8 final mərhələsi oyunları çərçivəsində baş tutacaq “Qalatasaray” - “Çelsi” futbol oyunu Xocalı faciəsinin 22-ci il dönümünə təsadüf edir.

[close]

p. 2

Dünyanın ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımında qətlə yetirilənlərin ruhlarına hörmət əlaməti olaraq, faciənin qurbanlarını futbolçular tərəfindən bir dəqiqəlik sükütla yad edilməsinə və Azərbaycanla eyni dərdi yaşayan Türkiyənin, komandası olan “Qalatasaray” klubunun futbolçularının fevralın 26-da meydana qollarına qara lent bağlayaraq çıxmalarına göstəriş vermənizi xahiş edirik. Nadir Abdullayev «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» Ictimai Birliyinin Fəxri Sədri

[close]

p. 3

Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiəsi Ictimai Birliyi Azərbaycan Respublikası, Bakı şəhəri, Azadlıq prospekti 114 m ənzil 4, Tel: (+994 12) 441 47 42; 440 50 70 Azerbaijan Association Public Association for the Protection of Rights of Migrants and InternallyDisplaced Persons in Azerbaijan Baku, The Republic of Azerbaijan, Appartment 4, Azadlyq aven u ell4, (+994 12) 441 47 42; 440 50 70 JV o www.azerbaijanfoundation.az info@azerbaijanfoundation.az « « 2Q14 Avropa Futbol Assosiyasiyaları İttifaqının Prezidenti Mişel Platiniyə Cənab Mişel Platini, “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi 2004-cü ildən fəaliyyət göstərməkdədir. Birliyin əsas məqsədi Azərbaycan Respublikası və xarici ölkələrdə miqrant, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə əlaqədar şəraitin müntəzəm müşahidəsini təşkil etməkdən ibarətdir. Birlik həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırılması məqsədilə iş aparır. Qarabağın əzəli Azərbaycan torpağı olması, onun qanunsuz olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, milyona yaxın adamın doğma yurd-yuvasından didərgin düşməsi, həmin insanlara dəyən maddi və mənəvi ziyan, işğal olunmuş ərazilərdəki yerüstü və yeraltı sərvətlərin talan edilməsi, tarixi, maddi-mədəniyyət, memarlıq, dini abidələrin dağıdılması, yandırılması, qarət edilməsi, erməniləşdirilməsi, işğal edilmiş ərazilərin ekoloji terrora məruz qalması və s. işlə bağlı konkret faktlara, sübutlara, dəlillərə əsaslanan materialları dünya ictimaiyyətinə çatdırır. XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, 20 ildən artıq müddətdə davam edən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın Respublikasının 20 % torpağı Ermənistanın silahlı dəstələri tərəfindən işğal edilmişdir. Bunun nəticəsində bir milyona yaxın Azərbaycanlı öz doğma torpaqlarından qovularaq məcburi köçkün həyatını yaşamaqdadır. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş. Bu dəhşətli faciədə 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilmişdir, 8 ailə tamamilə məhv edilmişdir, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşmüşdür. Xocalı şəhəri yer üzündən silinmişdir. Cənab Mişel Platini, Nəzərinizə çatdırmaq istərdik ki, 26 fevral 2014-cü il tarixində UEFA tərəfindən təşkil olunan Çempionlar liqasının 1/8 final mərhələsi oyunları çərçivəsində baş tutacaq “Qalatasaray” - “Çelsi” futbol oyunu Xocalı faciəsinin 22-ci il dönümünə təsadüf edir.

[close]

p. 4

Dünyanın ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımında qətlə yetirilənlərin ruhlarına hörmət əlaməti olaraq, faciənin qurbanlarını futbolçular tərəfindən bir dəqiqəlik sükütla yad edilməsinə göstəriş vermənizi xahiş edirik. Nadir Abdullayev «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» Ictimai Birliyinin Fəxri Sədri

[close]

Comments

no comments yet