CaspianAgro 2017 Official Catalogue

 

Embed or link this publication

Description

CaspianAgro 2017 Official Catalogue

Popular Pages


p. 1



[close]

p. 2



[close]

p. 3

1

[close]

p. 4

2

[close]

p. 5

3

[close]

p. 6

Salamlama məktubları Hörmətli sərgi iştirakçıları və qonaqlar! Sizi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi adından 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro” 2017 sərgisində salamlayıram. “CaspianAgro” sərgisi hər il müxtəlif ölkələrin iş adamları arasında əlaqələrin qurulması, kənd təsərrüfatı sahəsi üçün mütərəqqi texnoloji avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından silsilə tədbir kimi özünü doğrultmuşdur. İqtisadiyyatın mühüm sahələrindən olan aqrar sektor ölkə rəhbərliyinin daim diqqət yetirdiyi sahələrdən biri olaraq, bu sahədə istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi, eləcə də bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələrin tədqiq edilərək sinfi təsnifatın hazırlanması və innovativ dəyişikliklərə təkan verəcək digər tədbirlərin həyata keçirilməsinə göstəriş verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün zəmin yaratmışdır. Əhalinin ərzaq təhlükəsizliyinin tam təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları yaradılır və regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur. Mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi ixrac olunan yüksək keyfiyyətli məhsulların istehsalı üçün vacib olan şərtlərdir və beynəlxalq “CaspianAgro” sərgisi də bütün bu imkanları hər il yüksək səviyyədə təmin edir. Sərgi qısa müddət ərzində ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratmaqla yanaşı, Azərbaycanın kənd təsərrüfatı sektoruna yatırılan sərmayələrin artırılmasına, yeni bazarların tapılmasına, həmçinin ən yeni texnologiyaların tətbiqinə kömək edir. Bundan əlavə, son zamanlar “Made in Azerbaijan” brendinin formalaşdırılması və inkişafı sahəsində sistemli tədbirlər həyata keçirilir. Azərbaycanda istehsal olunan məhsulların və “Made in Azerbaijan” brendinin dünya bazarına çıxarılması və təbliği baxımından bu tədbir mühüm əhəmiyyət kəsb edir. “CaspianAgro” sərgisi kənd təsərrüfatı sektorunun ən aktual sahələrini əhatə edərək və bir çox dünya ölkələrinin kənd təsərrüfatı məhsulları istehsalçılarını və təchizatçılarını bir araya gətirərək, ildən-ilə öz sahəsini daha da genişləndirir. Bu istiqamətdə mühüm tədbirlərin ölkəmizdə davamlı təşkili qida bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarının rəqabətə davamlı olmasına, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsinə, mütərəqqi texnologiyaların və nou-haunun ötürülməsinə, kənd təsərrüfatı məhsullarının ixrac potensialının və bu sahəyə investisiya axınının artırılmasına köməklik edəcəkdir. Sonda 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro” 2017 sərgisinin təşkilatçılarına və iştirakçılarına məhsuldar fəaliyyət və qarşılıqlı faydalı əlaqələrin qurulmasında mühüm nəticələrə nail olmağı diləyirəm. Hörmətlə, Heydər Əsədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri 4

[close]

p. 7

Welcome letters Dear Exhibition Participants and Guests! On behalf of the Ministry of Agriculture of the Republic of Azerbaijan, I welcome you all to the 11th Azerbaijan International Agricultural Exhibition, CaspianAgro 2017. The CaspianAgro exhibition has proved itself as a serial event in terms of annually providing a forum for ensuring the establishment of relations between businessmen from various countries and the demonstration of advanced technological equipment, as well as showcasing new products and services in the agricultural sector. As the agrarian sector is one of the important sectors of the economy which permanently enjoys the attention of the leaders of country, prerequisites have been created for the transition to a new qualitative level of development in this area through the stimulation of production and export in this sector, enhancing the competitiveness of our products, improving the efficiency of state support in order to satisfy the demand for food products at the expense of local production, as well as preparing a classification exercise for plant growth and breeding stock through the study of the traditional sector in administrative districts and implementing other activities which will give impetus to innovative changes. Contemporary agrarian parks and large farms have been established and modern infrastructure has been built in regions under the framework of state programs for the socio-economic development of these regions. The introduction of progressive technologies and the exchange of experiences are important conditions for the production of high quality export products and the international “CaspianAgro” exhibition annually provides for all these conditions at high level. The exhibition, in addition to creating conditions for the establishment of bilateral collaborative relations, also assists in increasing the amount of funds invested in the Azerbaijani agricultural sector, finding new markets, as well as introducing the latest technologies to the sector. Moreover, systematic activities have been implemented in the area of the formation and development of the “Made in Azerbaijan” brand. This activity is extremely important in terms of promoting and bringing the products made in Azerbaijan and the “Made in Azerbaijan” brand to the world market. By covering the most topical areas of the agricultural sector and bringing together producers and suppliers of agricultural products from a number of countries of the world, the Caspian Agro exhibition further expands its reach from year to year. The continuous organization of important events related to this sector in our country will help to ensure the competitiveness of Azerbaijani agricultural products in food markets, the intensification of their integration into the world economy, the transfer of advanced technologies and know-how, and the growth of the export potential of our agricultural products and increase the flow of investments into this sector. Accordingly, I wish fruitful activity and the achievement of important results in establishing mutually beneficial relations to the Organizers and participants of the 11th Azerbaijan International Agricultural Exhibition, CaspianAgro 2017. Sincerely, Heydar Asadov Minister of Agriculture of the Republic of Azerbaijan 5

[close]

p. 8

Salamlama məktubları Hörmətli sərgi iştirakçıları və ziyarətçiləri! Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası adından Sizi Azərbaycanın kənd təsərrüfatı sahəsində ənənəvi hal alan “CaspianAgro” 2017 - 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində ürəkdən salamlayıram. Azərbaycanın iqtisadiyyatında kənd təsərrüfatı ən vacib sektorlardan biridir. Ölkəmizin məhsuldar torpağı, zəngin su ehtiyatları və iqlim müxtəlifliyi güclü kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Ölkədə doqquz iqlim qurşağının mövcud olması müxtəlif kənd təsərrüfatı məhsullarını istehsal etməyə və yeni məhsul növləri tətbiq etməyə imkan verir, nəticədə Azərbaycan kənd təsərrüfatı məhsullarının böyük əksəriyyəti üzrə daxili tələbatını tamamilə ödəyir. Azərbaycanın təbii və torpaq resursları müxtəlif mövsümlərdə fərqli məhsulların istehsalını mümkün edir. Mütərəqqi texnologiyaların kənd təsərrüfatı sənayesində tətbiqi, bu sektorun inkişafı və istehsal olunan məhsulların keyfiyyəti və rəqabətə davamlılığı baxımından çox mühümdür. Bu baxımdan, ölkəmizdə təşkil olunan sərgilər böyük əhəmiyyət kəsb edir və sahənin inkişafına öz müsbət təsirini göstərir. Keçirildiyi illər ərzində beynəlxalq kənd təsərrüfatı sərgisi dövlət və özəl sektorun nümayəndələri arasında müzakirələr və işgüzar görüşlər üçün regionun ənənəvi forumuna çevrilmişdir və region üçün mühüm tədbir olmaqla yanaşı, həm dövlət şirkətləri, həm də yerli holdinq qurumları üçün xarici şirkətlərlə tərəfdaşlıq əlaqələri baxımından əvəzolunmaz vasitədir. 11-ci Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” sərgisi 250-ə qədər xarici və yerli şirkət və təşkilatın diqqətini özünə cəlb etməklə, regionun əsas forumuna çevriləcək. Əminəm ki, bu tədbir kənd təsərrüfatı sənayesində çalışan Azərbaycan və xarici şirkətlər arasında təcrübə mübadiləsi üçün əlverişli imkan yaradacaqdır. ASK adından CaspianAgro sərgisinin bütün iştirakçıları, qonaqları və əlbəttə ki, təşkilatçılarına müvəffəqiyyətlər arzulayıram! Hörmətlə, Orxan Bayramov ASK-nın Baş Katibi 6

[close]

p. 9

Welcome letters Dear Exhibition Participants and Guests! On behalf of the National Confederation of Entrepreneurs’ (Employers) Organizations of the Republic of Azerbaijan, I would like to welcome you to the 11th Azerbaijan International Agriculture Exhibition, CaspianAgro 2017, an annual event in the agriculture sector. Agriculture is one of the most important sectors of the economy in Azerbaijan.The fertile lands, abundance of water and climatic diversity create favorable conditions for a strong agricultural sector. The existence of nine climatic zones allows the country to produce a variety of agricultural products and provides new opportunities for the introduction of new kinds of goods, so Azerbaijan fully satisfies domestic demand for the majority of agricultural products. The natural and land resources of Azerbaijan allows production of a diverse assortment of agricultural products in different seasons. The introduction of advanced technologies into the agro sector is very important in terms of the development of this sector and the quality and competitiveness of the products manufactured. In this context, the exhibitions organised in our country are of great significance and have a positive influence on the development of this area. Over the years, the Azerbaijan International Agriculture Exhibition, CaspianAgro has established itself as a reliable and traditional forum for discussions and meetings between representatives of the public and private sectors in the region. Being an important regional event, the exhibition has become an invaluable tool for state-owned companies and local holding organisations in terms of establishing partnership relations with foreign companies. The 11th Azerbaijan International Agriculture Exhibition, CaspianAgro will again become a main forum in the region attracting over 250 foreign and local companies and organisations. I am confident that this event will create a good opportunity for the experience exchange between agricultural companies of Azerbaijan and foreign countries. On behalf of the National Confederation of Entrepreneurs’ (Employers’) Organizations of Azerbaijan Republic (ASK), I would like to wish every success to all participants, visitors and the Organizers of the CaspianAgro exhibition. Yours Sincerely, Orkhan Bayramov General Secretary of ASK 7

[close]

p. 10

Salamlama məktubları Hörmətli iştirakçılar, ziyarətçilər və qonaqlar! Sizi 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro” 2017 sərgisində salamlamaq mənim üçün böyük şərəf hissidir Heç kəsə sirr deyil ki, iqtisadiyyatın bu sektoru ölkəmizdə qeyri-neft məhsullarının ümumi istehsalı və ixracı sahəsində böyük paya malikdir. Məhsuldarlıq üçün zəruri olan hər bir şəraitlə yanaşı, münbit təbiət və zəngin su ehtiyatının mövcudluğu yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının becərilməsi üçün əsas yaradır, əlverişli və münasib iqlim şəraiti isə il boyu məhsul toplamağa imkan verir. Heç təsadüfi deyil ki, yerli istehlakçıların kənd təsərrüfatı məhsullarına olan tələbatı əsasən yerli istehsal hesabına ödənilir. Uzun illərdir ki, Azərbaycanın təbii və rəqabətədavamlı kənd təsərrüfatı və qida məhsulları beynəlxalq ticarətə cəlb edilib və müxtəlif xarici ölkələrə ixrac olunur. Ənənəvi olaraq, bu məhsullar əsasən MDB bazarına ixrac olunur, lakin son illər ölkəmizin ixrac coğrafiyası genişlənərək bir sıra Avropa, Asiya və Amerika ölkələrini də əhatə edir, bu ərazini daha da genişləndirmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Şübhəsiz ki, bu tədbir kənd təsərrüfatı-qida sənayesini təmsil edən yerli sahibkarlar üçün mühüm platforma olmaqla, həm təcrübə, həm də bilik mübadiləsi baxımından səmərəli göstəriciləri təmin edərək öz töhfəsini verəcəkdir. Beləliklə, fürsətdən istifadə edərək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) adından bu sərgidə sizin hər birinizə uğurlar arzulayıram! Rüfət Məmmədov AZPROMO – nun Prezidenti 8

[close]

p. 11

Welcome letters Dear Participants, Visitors and Guests! It is a great honour and pleasure for me to welcome each of you at 11th Azerbaijan International Agriculture Exhibition – CaspianAgro 2017. It is not secret that this sector of economy has considerably great share in overall non-oil production and export in our country. While existence of almost everything needed for productivity, fertile nature and abundant water provide solid grounds for growing a wide range of high quality agricultural products, favourable and friendly climatic conditions allows harvesting throughout the year. This is not in vain that domestic consumer demand for agro-products is mainly met by local production. It has been long enough that Azerbaijan’s organic and competitive agricultural and food products have been involved in international trade and being exported to various countries. Traditionally, the main destination for these goods is the CIS market, but in recent years, our export geography has expanded to include many other European, Asian, American countries and various measures are being taken to extend this areal even more. This is for sure that this event is an important platform for Azerbaijani entrepreneurs representing agro-food industry and it will have fruitful records and contribution in terms of experience and knowledge exchange. So, taking this opportunity, I wish every success to all of you here at this exhibition on behalf of the Azerbaijan Export and Investment Promotion Foundation (AZPROMO). Rufat Mammadov President of AZPROMO 9

[close]

p. 12

Salamlama məktubları Hörmətli sərgi iştirakçıları, dəyərli qonaqlar və tərəfdaşlar! Mən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro” 2017 sərgisinin açılışı münasibəti ilə sizi təbrik edir və bu tədbirin uğurlu və məhsuldar keçməsini arzulayıram. Sərginin regionda kənd təsərrüfatı sektorunun inkişafı üçün əsas qüvvəyə çevrilməsini görmək bizi məmnun edir və ümidvarıq ki, “CaspianAgro” sərgisi bu vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcək. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsal və emalına dair Strateji yol xəritəsi” 2020-ci, 2025-ci və 2025-ci ildən sonrakı dövr üçün ölkədə kənd təsərrüfatı sektorunun inkişaf mənzərəsini yaxından əks etdirir. Azərbaycan Hökuməti kənd təsərrüfatı sektorunun beynəlxalq ticarətdəki rəqabət qabiliyyətini artırmaq niyyətindədir. Əlbəttə, getdikcə artan maliyyə resurslarına malik kənd təsərrüfatı sektorunu və bu sektora yatırılan dövlət investisiyalarını ehtiva edən bu mənzərə nəinki milli, həm də regional və qlobal ərzaq təhlükəsizliyinə öz töhfəsini verəcək. Mən məmnuniyyətlə qeyd etmək istərdim ki, BMT ƏKTT-nın Avropa və Mərkəzi Asiya Regionunda həyata keçirilən regional təşəbbüslərindən biri də “Kənd təsərrüfatı məhsullarının satışı və bazara inteqrasiyası” adlı layihədir. Mən əminəm ki, bu sərgi kənd təsərrüfatında istifadə olunan avadanlıq və ləvazimatların ticarəti üçün yaxşılaşdırılmış imkanlar sayəsində həm Azərbaycanda, həm də regionda kənd təsərrüfatı sektorunun güclənməsinə nail olacaq. BMT ƏKTT fermer və emal mütəxəssislərinin tələbatına əsaslanaraq gender baxımından həssas innovasiyaları təşviq edir və bu istiqamətdə üzv ölkələrə texniki yardım göstərir. Mən BMT ƏKTT-nın Xoşməramlı səfiri Leyla Əliyevanın dəyərli töhfəsini, xüsusən də BMT ƏKTTnın ideya və məqsədlərini ölkə ərazisində gənc nəsillərə aşılayan və bu il fəaliyyətə başlamış “Məktəb bağları” layihəsinə göstərdiyi dəstəyi vurğulamaq istərdim. Bu layihə Davamlı İnkişaf Məqsədlərinin (DİM) daha yaxşı başa düşülməsi baxımından mühüm rol oynayır. Fürsətdən istifadə edərək, mən beynəlxalq səviyyədə qəbul edilmiş Davamlı İnkişaf Məqsədlərini diqqətinizə çatdırmaq istərdim. Kənd təsərrüfatı sektorunun maraqlı tərəfləri kimi, biz hamımız aşağıdakı məqsədlərin təmin olunmasına töhfə vermək üçün məsuliyyət daşıyırıq: Aclığın aradan qaldırılması (Məqsəd 2), Gender bərabərliyi (Məqsəd 5), Təmiz su və sanitariya (Məqsəd 6), Məsuliyyətli istehlak və istehsal (Məqsəd 12), Sualtı həyat (Məqsəd 15) və Yerüstü həyat (Məqsəd 16). Biz kənd təsərrüfatı məhsullarını davamlı şəkildə artırmaq məqsədi ilə təbii resurslardan rasional şəkildə istifadə edərək həmin resursları qorumaq üçün çiyin-çiyinə çalışmalı və iqtisadi baxımdan (innovasiya əsaslı) səmərəli və inklüziv həll variantlarını müəyyənləşdirməliyik. Hökumətlər, özəl sektor təmsil edən nümayəndələr, istehsalçılar, QHT-lər, həmkarlar təşkilatları və Birləşmiş Millətlər Təşkilatı olaraq, sizi aclıq və səfalətdən azad olan və ərzaq təhlükəsizliyinin bərqərar olduğu dünya naminə bütün səyləri birləşdirməyə çağırıram! Mən gözəl Bakı şəhərində keçirilən bu möhtəşəm sərgidə sizin hamınızı bir daha səmimi qəlbdən salamlayıram. Mələk Çakmak BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri 10

[close]

p. 13

Welcome letters Dear participants, guests and partners, On behalf of the Food and Agriculture Organization of the United Nations (FAO), I would like to congratulate you on the 11th Azerbaijan International Agriculture Exhibition, CaspianAgro 2017, and wish you a successful and fruitful event. We are pleased to see that the exhibition has proven to be a prominent force for improvement of the agricultural sector in the region and will continue to play that role. The Strategic roadmap on agriculture and agricultural products processing sector in the Republic of Azerbaijan provides a vision for the 2020, 2025 and post-2025 timeframe on development of the country’s agricultural sector. The government is keen to increase the competitiveness of the agrifood sector in international trade. This vision – complemented by public investments in agriculture with expanding availability of financial resources – will certainly contribute not only to national but also to regional and world food security. I am pleased to note that one of the regional initiatives of FAO in the Europe and Central Asia Region is “Agrifood Trade and Market Integration.” I am sure that this exhibition will achieve its goal of boosting performance of the agricultural sector in Azerbaijan and in the region through improved trade opportunities for agricultural equipment and supplies. FAO encourages gendersensitive innovations based on the needs of farmers and processors and provides technical assistance to its member countries in this direction. I would like to highlight FAO Goodwill Ambassador Leyla Aliyeva’s valuable contribution, especially with the “School Gardens” project launched this year, which brings FAO ideas and goals close to the younger generations throughout the country. This project also plays a significant role in improving understanding of the Sustainable Development Goals (SDGs). I take this opportunity also to bring to your attention the internationally adopted Sustainable Development Goals, or 2030 Agenda. As the stakeholders in the agriculture sector, we all have a responsibility to contribute to achievement of the following goals: Zero Hunger (Goal 2), Gender Equality (Goal 5), Clean Water and Sanitation (Goal 6), Responsible Consumption and Production (Goal 12), Life Below Water (Goal 15), and Life on Land (Goal 16). We need to work together to help increase agricultural production in a sustainable manner – through best use and protection of natural resources – and innovate economically viable and inclusive solutions. So, as governments, private sector, producers, NGOs, trade unions, and the United Nations, let us join hands for a hunger-free and food-secure world. Again, it is a pleasure to welcome you all to this great exhibition held in beautiful Baku. Melek Cakmak Head of FAO Partnership and Liaison Office in Azerbaijan 11

[close]

p. 14

Təşkİlat komİtəsİnİn salamlama məktubu Hörmətli sərgi iştirakçıları və qonaqlar! Beynəlxalq sərgi və tədbirlərin təşkilatçısı olan “Caspian Events Organisers” şirkəti adından “CaspianAgro” 2017 - 11 - ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin bütün iştirakçı və qonaqlarını səmimi qəlbdən salamlayırıq! Azərbaycan böyük aqrar-sənaye potensialı olan bir ölkədir və bugün yerli dövlət siyasəti iqtisadiyyatın qeyri-neft sektorunun genişləndirilməsinə yönəldilib. Həmçinin, Azərbaycanda kənd təsərrüfatı sənayesi fəal templərlə inkişaf edərək ölkənin ixrac potensialının artırılmasına da öz töhfəsini verir. “CaspianAgro” sərgisi tədbirin daimi iştirakçıları ilə tanış olmaq, aqrar-sənaye kompleksinin gələcəyinə nəzər salmaq və qabaqcıl texnologiyaların yaddaqalan ilk təqdimat və nümayişinin şahidi olmaq, eləcə də sənayenin inkişaf perspektivlərini müzakirə etmək üçün əla imkan yaradır. Fəaliyyət göstərdiyi illər ərzində sərgi hər il mütəxəssislər arasında görüşlərin keçirilməsi ilə yanaşı, özünü kənd təsərrüfatı sənayesi üçün texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayiş olunması üçün etibarlı platforma kimi doğrultmuşdur. Bu sektor ölkə rəhbərliyinin diqqət mərkəzindədir və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev ardıcıl olaraq bir neçə ildir ki, sərgini ziyarət edərək istehsalçı və distribütorların Azərbaycan bazarında təklif etdikləri yeni məhsullarla tanış olur. Bu il “CaspianAgro” 2017 sərgisi Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və xarici meydançasını əhatə edəcək. “CaspianAgro” 2017 sərgisinin iştirakçıları arasında Almaniya, İtaliya, İspaniya, Çin, Niderland Krallığı, Rusiya, Türkiyə, Belarus, Fransa və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distribütorları yer alır. “CaspianAgro” 2017 sərgisində təklif olunan müasir avadanlıqlar və texnoloji məhsullar fermerlərə kənd təsərrüfatı sahəsinin yeni imkanları və bu sahədə əldə edilmiş nailiyyətlərlə tanış olmağa imkan yaradacaq ki, bu da onların fəaliyyətini daha da rahat və səmərəli edəcəkdir. Bu il sərginin sponsoru qismində “Maschio Caspardo” şirkəti, tədbirin tərəfdaş ölkə qismində isə Niderland Krallığı çıxış edir. Biz sərgiyə hərtərəfli dəstək verdiyinə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təşkilatçılar adından xüsusi minnətdarlığımızı bildirir və bizimlə əməkdaşlıq edərək dəstək göstərdikləri üçün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK), eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) təşəkkür edirik! Biz əminik ki, “CaspianAgro” sərgisinin keçirilməsi kənd təsərrüfatı texnikasının yenilənməsi ilə bağlı temp və keyfiyyət məsələlərinə müsbət təsir göstərərək təsərrüfat sahiblərinin kənd təsərrüfatı sektorundakı innovativ texnologiyaları əldə etməsini təmin edəcək və istər kənd təsərrüfatı məhsullarının becərilməsi, istərsə də kənd təsərrüfatı texnikalarının istehsalı zamanı sektorlararası əməkdaşlığın inkişafına şərait yaradacaqdır. Bütün tədbir iştirakçılarına səmərəli fəaliyyət və bol məhsul arzulayırıq! Təşkilat komitəsi 12

[close]

p. 15

A Message from the Organisers Dear Exhibition Participants and Guests! On behalf of Caspian Event Organisers (CEO), we are glad to welcome all participants and guests of the 11th Azerbaijan International Agriculture Exhibition, CaspianAgro 2017. Azerbaijan is a country with huge agro-industrial potential. Today, the state policy of the country is aimed at expanding the non-oil sector of the economy. The agricultural sector is actively developing and contributing to the increase in Azerbaijan’s export potential. CaspianAgro offers a fantastic opportunity to get acquainted with the exhibition’s permanent participants as well as to look into the future of the agro-industrial world, to see presentations and demonstrations of advanced technologies and to discuss the prospects of development within the industry. Over the years, the exhibition has established itself as a reliable platform for the annual meetings between industry specialists as well as offering demonstrations of machinery and equipment, goods and services relevant to the agricultural sector. This area of the economy is under the watchful eye of the leadership of Azerbaijan. The President of Azerbaijan, Ilham Aliyev, has visited the exhibition for several years in a row and has become acquainted with the innovations offered by producers and distributors to the Azerbaijani market. CaspianAgro 2017 will occupy two pavilions at the Baku Expo Centre and an outdoor area. This year manufacturers and distributors of agricultural products and equipment from Germany, Italy, Spain, China, the Netherlands, Russia, Turkey, Belarus and France are represented among the exhibitors. The advanced modern equipment and technological developments presented at the exhibition will allow farmers to learn about new opportunities and achievements within the field of agriculture, which will make their work easier, more efficient and much more effective. The exhibition is sponsored by Maschio Caspardo, with the Kingdom of the Netherlands as its partner country. On behalf of the Organisers, we would like to express our particular gratitude to the Ministry of Agriculture of the Republic of Azerbaijan for its comprehensive support for the exhibition. We would also like to sincerely thank the National Confederation of Entrepreneurs’ (Employers’) Organizations of Azerbaijan Republic (ASK) and Azerbaijan Export and Investment Promotion Foundation (AZPROMO) for their cooperation and support. We are confident that CaspianAgro will have a positive impact on the pace and quality of renewal of the fleet of machinery, providing farm managers with access to innovative agricultural technologies and allowing to promote cross-industry cooperation both in the production of agricultural products and in the manufacture of agricultural machinery. We wish all participants productive work and high yields! Organising committee 13

[close]

Comments

no comments yet