BakuBuild 2016 Official Catalogue

 

Embed or link this publication

Description

BakuBuild 2016 Official Catalogue

Popular Pages


p. 1



[close]

p. 2



[close]

p. 3



[close]

p. 4



[close]

p. 5



[close]

p. 6

Salamlamalar • Hörmətli sərgi iştirakçıları! Hörmətli qonaqlar! Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından “BakuBuild 2016” 22-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarını salamlayıram. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya nəticəsində qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın prioritetinə çevrilmiş, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində innovativ və müasir texnologiyalara əsaslanan müəssisələr yaradılmış, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı və ixracı artmışdır. Ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində özəl sektor xüsusi rol oynayır. Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, aparılan iqtisadi islahatlar nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılmış, güclü sahibkarlar təbəqəsi formalaşmışdır. Son dövrdə dövlət başçısının təşəbbüsü və tapşırığı ilə aparılan iqtisadi islahatlar, qəbul edilmiş mühüm qərarlar özəl sektorun inkişafında əhəmiyyətli olmaqla sahibkarlar üçün yeni imkanlar açmışdır. Yaradılmış əlverişli mühitdən yararlanan Azərbaycan sahibkarlığı inkişaf edir, iqtisadiyyatda rolu günü-gündən artır. Bu gün Azərbaycan iş adamları ölkəmizlə yanaşı, xarici ölkələrdə həyata keçirilən müxtəlif layihələrdə də uğurla iştirak edirlər. Azərbaycanda ənənəvi olaraq keçirilən işgüzar forumlar, beynəlxalq sərgilər və tədbirlər ölkə iqtisadiyyatına artan marağın göstəricisi olmaqla yanaşı, həm də yerli sahibkarların fəaliyyətinin genişlənməsində xüsusi önəm kəsb edir. Xarici şirkətlərin də qatıldığı belə tədbirlərdə yerli sahibkarların fəal iştirakı təcrübə mübadiləsində və əməkdaşlığın inkişafında əhəmiyyətlidir. Bu baxımdan, Azərbaycan paytaxtında keçirilən “BakuBuild 2016” 22-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin önəmini vurğulamaq istərdim. 26 ölkəni təmsil edən 300-dən çox şirkətin iştirak etdiyi sərgidə tikinti, memarlıq, layihələndirmə və təmir işləri sahəsində geniş çeşidli məhsul və xidmətlər təqdim olunur. Bu il təşkil olunan sərgi əvvəlkilərdən yerli və xarici şirkətlərin təqdim etdiyi bir çox yeniliklərlə də fərqlənir. Əminəm ki, Beynəlxalq İnşaat Sərgisi hər il olduğu kimi iş adamları arasında işgüzar əlaqələrin və ünsiyyətin qurulmasında, əməkdaşlığın genişləndirilməsində faydalı olacaq, ziyarətçilərə müxtəlif inşaat materialları və xidmətlərlə əyani tanış olmaq imkanı yaradacaqdır. Sərginin işinə uğurlar, iştirakçılarına səmərəli və uğurlu əməkdaşlıq arzulayıram. Hörmətlə, Şahin Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri 4 22-ci AZƏRBAYCAN BEYNƏLXALQ İNŞAAT SƏRGİSİ

[close]

p. 7

• Greetings Dear Exhibition Participants and Guests, On behalf of the Ministry of Economy of the Republic of Azerbaijan, I welcome participants and visitors to the 22nd Azerbaijan International Construction Exhibition, BakuBuild 2016. As a result of the successful policy pursued by Ilham Aliyev, President of the Republic of Azerbaijan, the development of the non-oil sector has become an economic priority, and enterprises based on innovative and up-to-date technologies have been established within the framework of the industrialization policy implemented in our country, and the volume of production and the exportation of competitive and export-oriented products has increased. The private sector plays a crucial role in the development of the national economy and the diversification of the non-oil sector. As a result of the purposeful activities implemented to stimulate and encourage innovative entrepreneurship in Azerbaijan, and the ongoing economic reforms, a favourable business and investment environment has been created in our country, and a strong entrepreneurial community has developed. At the initiative and instruction of the leader of the state, the recent economic reforms and important decrees enacted have been significant to the development of the private sector and have created new opportunities for entrepreneurs. Azerbaijani entrepreneurship develops by benefiting from and taking advantage of this favourable environment, and its contribution to the national economy increases day by day. Today Azerbaijani businessmen successfully participate in various projects implemented both locally and overseas. The business forums, international exhibitions and events traditionally held in Azerbaijan, in addition to being an indicator of the increasing interest in our national economy, also represent special significance for the expansion of local entrepreneurship. These events are attended by foreign companies as well, and the active participation of local entrepreneurs is significant for the exchange of experience and the development of cooperation. From this perspective, I would like to underline the significance of the 22nd Azerbaijan International Construction Exhibition, BakuBuild 2016 being held in Azerbaijan’s capital city. At this exhibition involving over 300 companies representing 26 countries, a wide range of products and services are presented in the fields of construction, architecture, design and repair works. This year’s exhibition also differs from previous ones in the number of innovations presented by local and foreign companies. I am sure that as in previous years, the International construction exhibition will once again be useful for dialogue and the establishment of business relations as well as the expansion of cooperation between local and foreign businessmen, and will create an ideal opportunity for visitors to get better acquainted with the various construction materials and services on display. I wish every success to the exhibition and for the efficient and successful cooperation of its participants. Sincerely Yours, Shahin Mustafayev Minister of Economy of the Republic of Azerbaijan 22nd AZERBAIJAN INTERNATIONAL CONSTRUCTION EXHIBITION 5

[close]

p. 8

Salamlamalar • Hörmətli sərgi iştirakçıları və qonaqları! Sizi, artıq ənənə halını almış 22-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi - “BakuBuild” 2016-da səmimi qəlbdən salamlayıram. İnşaat sektorunda dövlət səviyyəsində böyük layihələrin həyata keçirilməsi bu sektorun Azərbaycan iqtisadiyyatının lokomotivlərindən birinə çevrilməsinə şərait yaratmışdır. 2015-ci ildə dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft ixrac edən ölkələr bəzi çətinliklərlə üzləşməsinə baxmayaraq, cari dövrdə respublikanın şəhər və rayonlarında abadlıq və tikintiquruculuq işləri davam etdirilmiş, yeni-yeni yollar, körpülər salınmış, müasir ticarət, ictimai və iaşə obyektləri tikilib istifadəyə verilmişdir. 18 yanvar 2016-cı il tarixində cənab İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə ölkə Prezidenti demişdir: “... gəlirlər azaldıqca bizim investisiya qoyuluşumuz da, dövlət xətti ilə qoyulan investisiyaların həcmi də azalır. Bu da öz növbəsində iqtisadi fəallığı müəyyən dərəcədə aşağı salır... Ona görə, biz görüləcək əlavə tədbirlər nəticəsində iqtisadi fəallığı artırmalıyıq, həmçinin tikinti sektorunda. Bakıda, böyük şəhərlərdə və bütün şəhərlərdə tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər...Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə.” Məhz ölkə Prezidentinin apardığı uğurlu siyasət nəticəsində xarici investorların etibarlı tərəfdaş kimi Azərbaycana marağı artmışdır ki, bu da digər sahələrlə yanaşı tikinti sektoruna da investisiyaların qoyulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların inşasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması ölkə vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradacaqdır. Bildiyiniz kimi ölkəmizdə bu il ilk dəfə olaraq Formula 1 Avropa Qran Pri yarışları keçirilmiş, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün isə hazırlıq işlərinə başlanmışdır. Bu tədbirlərlə əlaqədar bir sıra idman obyektlərində də bərpa və yenidənqurma işləri aparılmış və hal-hazırda aparılmaqdadır. “BakuBuild” sərgisi təkcə peşəkarlar üçün hər il keçirilən forum deyil, həm də geniş auditoriya üçün məhsul və xidmətlərin nümayiş etdirildiyi bir məkandır. Sərginin hər il keçirilməsi tikinti materiallarının və bu sahədə təklif olunan xidmətlərin yerli və xarici istehsalçı və istehlakçıları arasında əməkdaşlığı fəallaşdırmaqla Azərbaycanda və Avropada inşaat bazarının inkişafına yeni stimul verir. Bütün bu geniş miqyaslı tədbirlərin həyata keçirilməsi fərdi yaşayış evlərinin, çoxmənzilli binaların, ictimaiiaşə və digər obyektlərinin inşası üçün müasir, keyfiyyətli və sərfəli tikinti məhsullarına və avadanlıqlarına böyük tələbat yaradır ki, məhz bu tələbatın ödənilməsi baxımından çoxsaylı şirkətlərinin ən son məhsullarını təqdim etdiyi “BakuBuild” İnşaat sərgisi xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, “BakuBuild” 2016 sərgisi də iştirakçılar üçün maraqlı və faydalı olacaq, ölkəmizin şəhərsalma və tikinti sektorunda əlamətdar hadisə kimi yaddaşlara həkk olunacaqdır. Mən fürsətdən istifadə edib bütün sərgi iştirakçılarına, eləcə də qonaqlara, tədbirin təşkilatçılarına və inşaat sahəsində əməyi keçən hər bir kəsə öz minnətdarlığımı bildirir, sərginin işinə uğurlar arzulayıram! Hörmətlə, Abbas Ələsgərov Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri 6 22-ci AZƏRBAYCAN BEYNƏLXALQ İNŞAAT SƏRGİSİ

[close]

p. 9

• Greetings Dear exhibitors and visitors, I would like to take this opportunity to sincerely welcome you all to the 22nd Azerbaijan International Construction Exhibition, BakuBuild 2016. The implementation of major projects at the state level in the construction industry has made this sector one of the drives of the economy of Azerbaijan. Despite the difficulties experienced by oil-exporting countries in 2015 as a result of a sharp decline in world oil prices, renovation and construction works in local cities and regions continued, with new roads, bridges, and modern, commercial, social and catering facilities constructed and put into service during the current period. At a meeting held to discuss and resolve economic and social issues on January 18, 2016 Mr Ilham Aliyev, President of the Republic of Azerbaijan stated: “…as income decreases our local investments and the volume of investments made by the state also decrease. This, in turn, reduces the level of economic activity... We must therefore increase economic activity, and stimulate the construction sector by taking appropriate measures. Conditions which facilitate the timely completion of construction projects by businessmen in Baku and in other major cities must be created… The construction sector should be able to develop freely while, of course, being subject to compliance with town planning regulations…” As the result of the successful policy carried out by the President, the interest of foreign investors in Azerbaijan as a reliable partner has grown, and it has led to investments in the construction sector and in other areas. The establishment of the State Housing Construction Agency (SHCA) under the President of the Republic of Azerbaijan to meet the needs of citizens in residential areas, improve their housing conditions, and ensure the construction of apartment buildings in a modern architectural style that meets environmental and energy efficiency standards, will enable our citizens to access housing solutions on favourable terms. As you may know, this year the Formula 1 European Grand Prix was held in our country for the first time, while preparatory works for the 4th Islamic Solidarity Games has begun. The renovation and reconstruction of a number of sports facilities for these events has in some cases been completed, while in others work is currently underway. The BakuBuild exhibition is not just an annual forum for professionals - it also serves as a venue for the promotion of products and services to a wider audience. The annual staging of the exhibition gives new impetus to the construction markets in Azerbaijan and Europe, strengthening partnerships between local and foreign producers and consumers of construction materials and service providers in this field. The organisation of all these large-scale events generates a huge demand for modern, affordable, high-quality construction products and equipment for the construction of individual houses, apartment buildings, public catering and other facilities, and the BakuBuild construction exhibition where various companies present their latest products is of particular importance in terms of satisfying this demand. I am confident that the BakuBuild 2016 exhibition will be both interesting and useful for the participants, and will be remembered as a landmark event in the town-building and construction sectors of our country. I would like to take this opportunity to express my gratitude to all the exhibitors, as well as to the guests and event organizers, and to everyone who contributed to the construction industry, and wish continued success to the exhibition! Kind Regards, Abbas Alesgerov, Chairman, the State Committee for Town Planning and Architecture of the Republic of Azerbaijan 22nd AZERBAIJAN INTERNATIONAL CONSTRUCTION EXHIBITION 7

[close]

p. 10

Salamlamalar • Hörmətli sərgi iştirakçıları və qonaqları! Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından Sizi “BakuBuild” 2016, 22-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisində ürəkdən salamlayırıq. Azərbaycan iqtisadiyyatın inkişaf templərinə görə öndə gedən dövlətlərdən biridir. Ölkə rəhbərliyinin götürdüyü uzaqgörən və məqsədyönlü iqtisadi strategiya xətti, bu gün Azərbaycanı dünya dövlətləri arasında biznesin inkişafı üçün əlverişli şərait yaradan ölkələrdən birinə çevirmişdir. Azərbaycan iqtisadiyyatının ən sürətli inkişaf edən sektorlardan biri olan inşaat sektoru – yerli və xarici sərmayəçilər üçün ən cəlbedici qeyri-sənaye sahəsidir. Bu sahəyə hər il inzibati, sənaye və yaşayış inşaatı layihələrinin icrasına yönəldilmiş milyardlarla vəsait qoyulur. Şübhəsiz ki, bu cür yüksəliş inşaatla sıx əlaqədə olan mebel sahəsinə də müsbət təsir göstərməkdədir. Bu təsirin və canlanmanın nəticəsidir ki, interyer və dizayn sektoru da yüksək templərlə inkişaf edir. İnşaat sənayesinin və ümumiyyətlə iqtisadiyyatın bu nailiyyətlərini “BakuBuild” sərgisində özünü əks etdirməkdədir. Azərbaycan bazarının böhrana davamlılığı, onun dinamik inkişafı beynəlxalq şirkətlərin sərgidə iştirak etmək qərarına təsir göstərməkdədir. Biznesin inkişafı üçün əlverişli şərait, sərgilərin təşkilatçılar tərəfindən yüksək səviyyədə təşkil edilməsi, dünya standartlarına cavab verən və müasir sərgi kompleksi Azərbaycanı Xəzəryanı və Qafqaz regionlarının sərgi biznesinin mərkəzi kimi möhkəmlənməsinə şərait yaratmaqdadır. Əminəm ki, sərgi, iştirak edən şirkətlər üçün yeni müqavilələrin imzalanması, ticarət və kooperativ əlaqələrin genişlənməsində mühüm rol oynayacaq və həmçinin mütərəqqi və faydalı əməkdaşlıq etməsinə zəmin yaradılması üçün münasib bir fürsətdir. Bir daha bütün iştirakçılara uğurlar arzulamaq istəyirəm. Faiq Səmədov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Baş Katibi əvəzi 8 22-ci AZƏRBAYCAN BEYNƏLXALQ İNŞAAT SƏRGİSİ

[close]

p. 11

• Greetings Dear Exhibition Participants and Guests, On behalf of National Confederation of Entrepreneurs’ (Employers’) Organizations of the Republic of Azerbaijan we sincerely welcome you at the 22nd Azerbaijan International Construction Exhibition, BakuBuild 2016. Azerbaijan is one of the advanced states in terms of pace of its economic development. The farsighted and purposeful economic strategy line taken by the leaders of the country today turned Azerbaijan into one of the countries creating favourable conditions for development of business among the world states. The construction sector being one of the most rapidly developing sectors of Azerbaijani economy is the most attractive non-industrial area for local and foreign investors. Every year, billions of funds are invested in implementation of projects aimed at construction of administrative, industrial and residential buildings. Undoubtedly, such growth also exerts positive influence on furniture sector which is closely related with construction industry. As a result of this influence and boom, the interior and design sector also develops with high pace. These achievements of construction sector and in general the economy are reflected in BakuBuild exhibition. The immunity of Azerbaijani market to crisis, and its dynamic development exert influence on decision of international companies to participate in this exhibition. The favourable conditions for development of business, the high-level arrangement of exhibitions by organisers and the modern exhibition centre which meets the world standards create conditions for development of Azerbaijan into centre of exhibition business of Caspian and Caucasian regions. I am confident that the exhibition will play significant role in signing of new contracts by and expansion of commercial and cooperative relations between the participating companies, as well as it will be a favourable opportunity for creation of prerequisites for implementation of progressive and beneficial cooperation. I would like once again to wish successes to all participants. Best Regards, Faig Samadov, Acting Chairman of National Confederation of Entrepreneurs’ (Employers’) Organizations of the Republic of Azerbaijan 22nd AZERBAIJAN INTERNATIONAL CONSTRUCTION EXHIBITION 9

[close]

p. 12

Salamlamalar • Hörmətli xanımlar və cənablar! Sizi sərgi təşkilatçıları - “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group” şirkətləri adından Xəzəryanı regionun inşaat sahəsində ən böyük tədbir olan 22-ci Azərbaycan Beynəlxalq “İnşaat” - “BakuBuild 2016” sərgisində səmimi qəlbdən salamlayıram. Ən müxtəlif ölkələrdən bir çox mütəxəssisin ən gözlənilən “BakuBuild” sərgisi inşaat və memarlıq, layihələndirmə və təmir sahəsində ən mühüm peşəkar tədbirdir və artıq 22 ildir ki, həm sərmayədarları, həm də inşaat materialları və texnologiyalarının yerli və xarici istehsalçılarını bir araya gətirməklə yanaşı, biznes əlaqələrinin qurulması, tərəfdaşlıq müqavilələrinin imzalanması və Azərbaycan bazarında ən yeni avadanlıq və materialların təşviqi üçün münbit zəmin yaradan platformadır. Bu il dünyanın 26 ölkəsindən 300-dən artıq şirkəti ehtiva edən sərgi ekspozisiyası Bakı Ekspo Mərkəzinin 2 pavilyonunda və əsas lobbidə yerləşəcək. Sərgidə BƏƏ, İran və İtaliya öz milli stendləri ilə çıxış edirlər. Həmçinin, tədbirdə sərgi ziyarətçilərini Türkiyənin də böyük ekspozisiyası gözləyir. “BakuBuild 2016” sərgisi inşaat materiallarının bütün çeşidlərini, o cümlədən keramika, üzlük daşı, mərmər, lak və boya materialları, pəncərə və qapılar, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar və inşaat texnikasını nümayiş etdirəcək. Builki sərgini fərqləndirən cəhət isə elit mebellərin geniş çeşidini nümayiş etdirməyə hazırlaşan Azərbaycan, İtaliya, Ukrayna və digər ölkələrin mebel şirkətlərinin iştirakıdır. Fürsətdən istifadə edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) uzun illər ərzində verdikləri dəstəyə görə öz dərin minnətdarlığımı bildirirəm. Biz sərginin bütün iştirakçıları və ziyarətçilərinə, eləcə də dəyərli sponsorlarımız olan “Corella” markası (“NB Group” şirkəti) və “Akkord Sement” şirkətinə gələcəkdə yeni-yeni nailiyyətlər və işlərində müvəffəqiyyətlər arzulayıram. Hörmətlə, Edvard Stroon İçracı Direktor ITE Group PLC 10 22-ci AZƏRBAYCAN BEYNƏLXALQ İNŞAAT SƏRGİSİ

[close]

p. 13

• Greetings Dear Ladies and Gentlemen, On behalf of Iteca Caspian and its partner, ITE Group, I sincerely welcome you to the largest construction event in the Caspian region - the 22nd Azerbaijan International Construction Exhibition, BakuBuild 2016. This is a long-awaited and much-anticipated exhibition for numerous specialists from different countries. After all, BakuBuild is the most important regional professional event in the field of construction, architecture, design and repair, and an effective platform, which, for the past 22 years, has brought together investors and local and foreign manufacturers of construction materials and technologies, creating comfortable conditions for the establishment of business contacts, the signing of partnership contracts and the promotion of the latest equipment and materials in the Azerbaijan market. This year, the exhibition, which includes more than 300 companies from 26 countries, will occupy 2 pavilions and lobby of the Baku Expo Center. Iran, Italy and the UAE will all have national booths and Turkey will also have a large display on show. The 2016 exhibition will cover the full range of construction materials, ceramics, decorative stone, marble, paints, windows and doors, interiors, roofing and flooring, metalwork and bronzeware, as well as light and heavy-duty construction equipment. A welcome addition to Bakubuild 2016 will be the active participation of furniture companies from Azerbaijan, Italy, Ukraine and other countries which are preparing to showcase a wide range of luxury furniture at the exhibition. I would like to take this opportunity to sincerely thank the Ministry of Economy of the Republic of Azerbaijan, the State Committee for Town Planning and Architecture of Azerbaijan Republic, the National Confederation of Entrepreneurs’ (Employers’) Organizations of the Republic of Azerbaijan and the Azerbaijan Export and Investment Promotion Foundation (AZPROMO) for their longstanding support over these many years. I wish further business prosperity and success to all the participants and visitors to the exhibition, as well as to our sponsors - Corella (NB Group) and Akkord Cement. Sincerely Yours, Edward Strachan Executive Director ITE Group PLC 22nd AZERBAIJAN INTERNATIONAL CONSTRUCTION EXHIBITION 11

[close]

p. 14



[close]

p. 15



[close]

Comments

no comments yet