CareerExpo 2016 Official Catalogue

 

Embed or link this publication

Description

CareerExpo 2016 Official Catalogue

Popular Pages


p. 1



[close]

p. 2



[close]

p. 3

1

[close]

p. 4

3

[close]

p. 5

SALAMLAMA MƏKTUBLARI Hörmətli sərgi iştirakçıları, xanımlar və cənablar! Sizi Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından 10-cu Azərbaycan Beynəlxalq “Təhsil” və “Karyera” sərgilərinin açılışı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycanda təhsil sahəsində aparılan islahatlar və məqsədyönlü tədbirlər nəticəsində qarşımızda duran prioritetlərin gerçəkləşdirilməsi fəaliyyətimizin ana xəttini təşkil edir. Ölkəmizdə insan kapitalının inkişafı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir! Bu vacib hədəfin gerçəkləşməsi xeyli dərəcədə təhsilin üzərinə düşür və onun daşıdığı missiya ilə bağlıdır. Müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdəndir. Hər bir insanın təhsil səviyyəsi onun cəmiyyət üçün faydalılıq göstəricisidir. Müasir iqtisadi inkişaf konsepsiyasının müəyyənləşdirilməsi ilə bağlı dünya təcrübəsi deməyə əsas verir ki, hər bir ölkənin insan kapitalı ilə iqtisadi qüdrəti arasında təbii bir bağlılıq vardır. Bu baxımdan təhsil sahəsi ilə biznes dünyasının əməkdaşlığı hərtərəfli perspektiv inkişafa təminat verir. İqtisadi uğurlar əldə etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioritet istiqamətini təşkil edir. Bu, ölkəmizin iqtisadi inkişafı üçün də xas olan strateji amildir. Bu gün mövcud olan sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Bu isə yeni və daha çox ehtiyac duyulan ixtisasa yiyələnməyə və səriştənin inkişafına tələbatı artırır. Bütün bunlardan irəli gələn kompleks islahatlar təhsilin bütün pillə və səviyyələrində yeni-yeni layihələrin reallaşdırılmasını zərurətə çevirib. Əminəm ki, 10-cu Azərbaycan Beynəlxalq “Təhsil” və “Karyera” sərgiləri ölkəmizin gələcək inkişafı naminə yeni layihələrin reallaşdırılmasına, təhsilimizdə strateji hədəflərin yaxınlaşdırılmasına, təhsil müəssisələri ilə təhsilalanların əməkdaşlıq imkanlarının genişlənməsinə, qloballaşan dünyamızın hüdudsuz təhsil imkanlarından hər kəsin yararlanmasına yeni töhfələr verəcək, həm təhsilverənlər, həm də təhsilalanlar üçün öyrənmə və birgə fəaliyyət üçün əlavə imkanlar yaradacaqdır. “Təhsil” və “Karyera” sərgilərinin iştirakçılarına və qonaqlara işlərində uğurlar arzulayıram. Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Təhsil Naziri 4

[close]

p. 6

WELCOME LETTERS Dear Exhibitors, Dear Ladies and Gentlemen, On behalf of the Ministry of Education of the Republic of Azerbaijan, I would like to sincerely congratulate you on the opening of the 10th Azerbaijan International Education and Career exhibitions. The implementation of the priority tasks set as a result of education-related reforms and purposeful actions in Azerbaijan is the main aim of our activity. The development of the human resources in our country is the main goal of our statehood philosophy. The implementation of this important aim depends primarily on education, while being a part of its mission. The structuring of the education system in accordance with the requirements of the globalized world in the modern era is among the main prerequisites for the country’s international competitiveness. Each person’s education level is an indicator of their usefulness to society. World experience with regard to the determination of modern economic development concepts allows us to say that there is a natural correlation between the human capital of each country and its economic power. In this regard, cooperation between the education and business sectors guarantees a comprehensive developmental perspective. In countries with upward economic mobility, the development of a knowledge-based economy is a priority of social and economic policy. This is an inherent strategic factor for the economic development of the country. Today’s rapid technological progress requires continuous improvement in knowledge and skills. This increases the demand for the acquisition of new qualifications and the development of much-needed skills. As a result, the all-embracing reforms necessitates the implementation of new projects at all stages and levels of education. I am confident that the 10th Azerbaijan International Education and Career exhibitions will contribute to the implementation of new projects for the future development of our country, moving closer to achieving our strategic objectives for education, the expansion of opportunities for cooperation between students and educational institutions, benefits for everyone in unlimited educational opportunities in a globalized world, and will create additional opportunities for learners and educators to learn and work together. I wish every success to the participants and guests of the Education and Career exhibitions Mikayil Jabbarov, Minister of Education of the Republic of Azerbaijan 5

[close]

p. 7

SALAMLAMA MƏKTUBLARI Hörmətli xanımlar və cənablar! Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının adından Sizi 10-cu Azərbaycan Beynəlxalq Təhsil və 10-cu Azərbaycan Beynəlxalq Karyera sərgilərinin Yubiley açılışında bütün iştirakçıları və qonaqları ürəkdən salamlayıram və bu münasibətlə təbrik edirəm. Elmdə və təhsildə nəsillər arası güclü əlaqəni təmin etmək bu gün qarşımızda duran ən mühüm vəzifədir. Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini yüksək məhsul yarada bilən insan resursları müəyyən edir. Həmin prosesdə təhsilin və iqtisadiyyatın birliyi inkişafın təməl prinsipini təşkil edir. Məhz bu əlaqəni və birliyi təmin etmək qarşımızda duran məqsədlərdən biridir. Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev elm sahəsini hər zaman diqqət mərkəzində saxlamış, onun inkişafı üçün böyük qayğı göstərmişlər. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliklə söylədiyi “Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir” konseptual fikrinin əsasında elm və təhsilin iqtisadiyyatla inteqrasiyası, elmin inkişaf yollarının aydın strategiyası dayanır. Əminik ki, “Təhsil” və “Karyera” sərgiləri təhsil ocaqları ilə dövlət və özəl müəssisələr arasında daha sıx əlaqələrin yaradılmasına, o cümlədən ölkələr arası təcrübə mübadiləsinin və əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcəkdir. Bir daha Yubiley münasibətilə bütün sərgi iştirakçılarını səmimi qəlbdən təbrik edir və işlərinizdə müvəffəqiyyət arzu edirəm. Hörmətlə, Faiq Səmədov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katibi əvəzi 6

[close]

p. 8

WELCOME LETTERS Dear Ladies and Gentlemen, On behalf of the National Confederation of Entrepreneurs’ (Employers’) Organisations of the Republic of Azerbaijan, I would like to welcome and congratulate all the participants and guests on the occasion of the opening of the 10th Azerbaijan International Education Exhibition and the 10th Azerbaijan International Career Exhibition . Today, the most important task facing us is to ensure a strong link between the generations in science and education. World experience shows that the level of development of any country is a function of its human resources with high output. The twin pillars of education and economy in this process is a fundamental principle of development. To nurture this relationship and cooperation is therefore one of our principal goals. National leader Heydar Aliyev and his worthy successor President Ilham Aliyev have always kept science in their focus and showed great care for the development of this field. In this sense, the integration of science and education into the economy, a clear developmental strategy for science rests on the basis of the conceptual idea: “- It is imperative to ensure the union of science, higher education and the economy in Azerbaijan. Establishment of a modern state is impossible without the development of science” which was stated by Azerbaijan’s President Ilham Aliyev with the foresight typical of this great leader. We are confident that the Education and Career exhibitions will contribute to the establishment of closer ties between educational institutions and state and private companies, expand the exchange of experience and facilitate cooperation between the participating countries. I once again congratulate all the participants of the exhibitions on the occasion of their 10th anniversaries, and I wish you all continued success in your work. Truly yours, Faig Samadov Acting Chairman of National Confederation of Entrepreneurs’ (Employers’) Organisations of the Republic of Azerbaijan 7

[close]

p. 9

TƏŞKİLAT KOMİTƏSİNİN SALAMLAMA MƏKTUBU Hörmətli sərgi iştirakçıları və qonaqlar! Sizi “Caspian Event Organisers” (CEO) şirkəti adından 10-cu Yubiley Azərbaycan Beynəlxalq “Təhsil” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq “Karyera” sərgilərində salamlayırıq. Müasir dövrümüzdə təhsil hər bir insanın “kapital”ını təşkil edən əsas amillərdən biridir və getdikcə qloballaşan əmək bazarında həmin insanın rəqabət qabiliyyətini bir çox məsələlər baxımından müəyyən edir. Regionun ən mühüm sərgisini ziyarət etməklə, siz tədbirdə iştirak edən təhsil müəssisələrinin nümayəndələri ilə yaxından tanış olmaqla yanaşı, ölkədəki məktəbəqədər, orta və ali təhsil haqqında, o cümlədən yerli və xarici kolleclər, yay məktəbləri və universitetlər barədə demək olar ki, istənilən məlumatı əldə edə biləcəksiniz. Biz əminik ki, sərgidə hər bir ziyarətçi özü üçün yeni, maraqlı və mühüm məlumat və xidmətlərlə tanış ola biləcək. Burada məktəblilər və gələcək abituriyentlər ali və peşə təhsili müəssisələri ilə tanış olmaqla yanaşı, ali təhsil müəssisələrinin nümayəndələrinə birbaşa müraciət etmək və bu sahənin aparıcı mütəxəssislərindən təhsil sektorundakı yeni təmayüllər xüsusunda informasiya toplamaq imkanı da əldə edəcəklər. Abituriyentlərin xaricdə təhsilə marağı ildən-ilə daha da artır. Bu isə həmişə gələcəyə yatırılan dəyərli, zəruri və uzunmüddətli sərmayə olmuşdur və bu, gələcəkdə də belə olacaq. Sərgidə təmsil olunan xarici ali təhsil müəssisələri və ixtisaslaşdırılmış tədris mərkəzləri şəxsiyyətin gələcək inkişafı üçün dəyərli təcrübə və çoxsaylı karyera perspektivləri vəd edir. “Görəsən mən iş tapa biləcəyəm?” - bu, müasir dünyada məzunların verdikləri ən aktual sualdэr. “Karyera” sərgisi Azərbaycanın aparıcı şirkət və holdinqlərinin təklif etdiyi vakansiyalardan faydalanmağa imkan yaradır. Burada siz təcrübə, daimi və ya müvəqqəti iş imkanları, namizədin qarşısında duran tələblər, eləcə də uğurlu karyeraya başlamaq üçün ehtiyac duyduğunuz məsələlər barədə məlumat əldə edə biləcəksiniz. İş axtarışında gücünüzü sınayın! Biz fürsətdən istifadə edərək sərgilərin həm təşkilində, həm də keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) uzun illər ərzində verdikləri dəstəyə görə öz dərin minnətdarlığımızı bildiririk və təşkilatçılar adından sərgilərin bütün iştirakçı və qonaqlarına müvəffəqiyyətlər diləyirik! Təşkilat komitəsi 8

[close]

p. 10

A MESSAGE FROM THE ORGANISERS Dear Exhibition Participants and Guests, On behalf of Caspian Event Organisers (CEO) we welcome you to the 10th Anniversary Azerbaijan International Education Exhibition and the 10th Anniversary Azerbaijan International Career Exhibition. Nowadays, education is one of the most valuable assets of any person, largely determining their ability to compete in the labour market: a market that is becoming increasingly global. You have the unique chance to visit the most significant exhibition in the region, to get acquainted with the educational institutions represented at the event. Here you can learn almost everything about pre-school, secondary and higher education in the country, as well as about colleges, summer schools and universities at home and abroad, and we are sure that all visitors will find something new, interesting and personally meaningful at the exhibition. Current and future students will be able to get acquainted with vocational and higher-education institutions, apply directly to their representatives and learn about new trends in education from prominent industry professionals. From year to year student interest in overseas study is growing, which has always been a valuable, sought-after long-term investment in the future. The foreign universities and specialized training centres presented at the exhibition provide invaluable information and experience and a variety of career prospects for the future development of the individual. In today’s world, the most difficult question after graduation is - How can I find a job? The Career exhibition allows you to take advantage of job banks from leading companies and institutions in Azerbaijan. At this exhibition, you can learn about internship opportunities, the possibility of acquiring a permanent or temporary job, what requirements are currently imposed on applicants, and perhaps, what you might need for a successful career start. Try your hand at finding a job! We would also like to take this opportunity to express our sincere gratitude to the Ministry of Education of the Republic of Azerbaijan, the National Confederation of Entrepreneurs’ (Employers’) Organizations of the Republic of Azerbaijan and the Azerbaijan Export and Investment Promotion Foundation (AZPROMO) for their longstanding support over these many years. The Organising Committee 9

[close]

p. 11



[close]

p. 12



[close]

p. 13



[close]

p. 14



[close]

p. 15

www.eduexpo.az PAVİLYONUN PLANI • FLOORPLAN OF THE PAVILION 14

[close]

Comments

no comments yet