Beauty Azerbaijan 2016 Official Catalogue

 

Embed or link this publication

Description

Beauty Azerbaijan 2016 Official Catalogue

Popular Pages


p. 1



[close]

p. 2



[close]

p. 3



[close]

p. 4



[close]

p. 5



[close]

p. 6



[close]

p. 7



[close]

p. 8

Rəsmi Salamlama • Hörmətli xanımlar və cənablar! Azərbaycan Respublikası Səhiyyə Nazirliyi adından “Iteca Caspian” və onun həmkarı olan “ITE Group” şirkətləri tərəfindən təşkil olunan 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi - “BIHE” 2016, 11-ci Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi - “Stomatology Azerbaijan” 2016 və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi - “Beauty Azerbaijan” 2016 iştirakçılarını və qonaqlarını salamlayıram! Son illərdə səhiyyə sektorunda görülən işlər nəticəsində əhalinin sağlamlığının qorunmasında, xəstəliklərin diaqnostika, müalicə və profilaktikası sahələrində mühüm uğurlar əldə olunub. 600-dən artıq tibb müəssisəsi yeni tikilmiş və ya əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz olunmuşdur ki, bunun da 70 faizi regionların payına düşür. Azərbaycan səhiyyəsində uğurla aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Səhiyyə sahəsində əldə edilmiş nailiyyətlərdən biri də Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılmasına dəstək, sahibkarların və vətəndaşların müraciətlərinə baxılması işinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə Səhiyyə Nazirliyində yaradılmış “Elektron Xidmət” və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yaradılmış “Bir Pəncərə” xidmətləridir. “BIHE” sərgisinin səhiyyə sisteminin inkişafına olan tövhəsi danılmazdır. Ənənəvi səhiyyə sərgisində qabaqcıl yerli və xarici şirkətlərin, milli qrupların iştirakı, tibbi turizm bölümündə fəal iştirak edən xarici şirkət və klinikaların Azərbaycana olan marağı, bunun ən böyük sübutudur. Sərgi çərçivəsində təşkil olunan işgüzar proqram, seminar və konfranslar sərgiyə olan marağı daha da artırır: həkimlər üçün tibb sektorunda mövcud olan yenilik və nailiyyətlər haqqında məlumat almağa, tibb sahəsinin peşəkarlarının fikir mübadiləsi aparılmasına imkan yaradır. Mən əminəm ki, səhiyyə sahəsində ən mühüm tədbirlərdən biri olan “BIHE” səhiyyə sərgisi ötən illərdə olduğu kimi gələcəkdə də ölkəmizdə tibb sahəsinin inkişafına, Respublikamıza yeni texnologiyaların gətirilməsinə, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə xidmət edəcəkdir. Bütün sərgi iştirakçılarına və qonaqlarına uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Elsevər Ağayev Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini 6

[close]

p. 9

• Official Greeting Dear Ladies and Gentlemen, On behalf of the Ministry of Health of the Republic of Azerbaijan I would like to welcome participants and guests to BIHE 2016, the 22nd Azerbaijan International Healthcare Exhibition; Stomatology Azerbaijan 2016, the 11th Azerbaijan International Stomatology Exhibition; and Beauty Azerbaijan 2016, the 10th Anniversary Azerbaijan International Beauty and Aesthetic Medicine Exhibition, organized by Iteca Caspian and its partner ITE Group. In recent years, as a result of works implemented in the health sector, significant successes have been achieved in protecting people’s health and in the diagnosis, treatment and prevention of diseases. More than 600 medical facilities have either been newly built or undergone major repairs before being supplied with up-to-date equipment (70% of these facilities are located in the regions). The successfully implemented reforms in the Azerbaijan health sector, and the works implemented in regard to the improvement of logistical support, procurement and staff development have increasingly improved people’s confidence in state healthcare centres. One of the achievements obtained in the health industry is the E-service established at the Ministry of Health and the Single Window Service established at the Health Ministry’s Centre for Analytical Examination. The purpose is to develop entrepreneurship in Azerbaijan, to provide support for a favourable business environment, to facilitate the application processing both for entrepreneurs and citizens, and to ensure transparency. The contribution of the BIHE exhibition to the development of the health system is undeniable. The attendance to the traditional health exhibition by leading local and foreign companies, and national groups, and the interest in Azerbaijan shown by foreign companies and clinics proactively participating in the Medical Tourism section are the most convincing proofs of this contribution. The business program, and the workshops and conferences organised within the framework of the exhibition further increase interest in the exhibition: it creates opportunities for physicians to receive information about innovations and achievements in the health sector, and for health sector professionals to exchange opinions. As it was in previous years, I am sure that the BIHE exhibition, being one of the most significant events in the health industry, will continue to contribute to the development of the health sector in our country, assist in the introduction of new technologies in Azerbaijan and help with the improvement of the quality of our medical services in the future. I would like to wish the best of luck and many new achievements to all exhibition participants and guests. Yours Sincerely, Elsever Aghayev, Deputy Minister of Health of the Republic of Azerbaijan 7

[close]

p. 10

Rəsmi Salamlama • Hörmətli sərgi iştirakçıları və qonaqlar! Sizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından “BIHE” 2016, 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə, “Stomatology Azerbaijan” 2016, 11-ci Azərbaycan Beynəlxalq Stomatologiya və “Beauty Azerbaijan” 2016, 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgilərinin açılışı münasibətilə təbrik edir və salamlayıram. Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Son illər ərzində səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Səhiyyə müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqla təchiz olunması, regionlarda yeni diaqnostika mərkəzlərinin istifadəyə verilməsi və digər tədbirlər səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir. Ölkəmizdə səhiyyə sektorunun inkişafının sübutlarından biri də “BIHE” sərgisinin ildən ilə genişlənməsi və aktuallığının artmasıdır. Bu sərgi səhiyyə sektorunda çalışan yerli və xarici iş adamları arasında dialoqun aparılması üçün, sərgi iştirakçıları və ziyarətçilərinin sərgidə təqdim olunan ən son texnologiyalar və avadanlıqlarla tanış olması üçün geniş imkan yaradır. Mən sərgilərinin təşkilatçıları, iştirakçı və qonaqlarına uğurlar arzulayır, onlara sərgidə səmərəli iş və görüşlər arzulayıram. Faiq Səmədov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katibi əvəzi 8

[close]

p. 11

• Official Greeting Dear Exhibition Participants and Guests! I congratulate and welcome you on behalf of the National Confederation of Entrepreneur’s (Employers) Organizations of the Republic of Azerbaijan on the opening of BIHE 2016, the 22nd Azerbaijan International Healthcare Exhibition; Stomatology Azerbaijan 2016, the 11th Azerbaijan International Stomatology Exhibition; and Beauty Azerbaijan 2016, the 10th Anniversary Azerbaijan International Beauty and Aesthetic Medicine Exhibition. Healthcare development reform is one of the main thrusts of the social policy pursued by the government. In recent years, public health development policy has led to significant improvements in both qualitative and quantitative indicators in this area. The formulation and implementation of major government programs in health care, more dependable public health protection, and coverage with medical services at the highest level are the key pillars of the policy focus in this regard. Concurrently, the repair and rehabilitation of health facilities, their provision with modern equipment, the commissioning of new diagnostic centres and various other measures form the basis of the reforms in the health sector. One indication of the development of the health sector in our country is the continued expansion and growth of the BIHE exhibition year after year. The exhibition provides the perfect opportunity for fostering dialogue between local and foreign businessmen engaged in the health sector, as well as a setting to familiarize exhibitors and visitors with the latest technologies and equipment. I wish all participants, guests and organisers of the exhibition efficient work, fruitful meetings and best of luck! Faig Samadov Acting Secretary-General National Confederation of Entrepreneurs (Employers) Organizations of Azerbaijan Republic 9

[close]

p. 12

Rəsmi Salamlama • Hörmətli sərgi iştirakçıları və ziyarətçilər! İllərdir dünyanın bir çox ölkəsindən şirkətləri bir araya gətirən “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkətləri adından sizləri “Beauty Azerbaijan” 2016 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisində salamlamağa çox şadıq. Azərbaycanda gözəllik sahəsində yeganə beynalxalq sərgi olan “Beauty Azerbaijan” müxtəlif gözəllik avadanlıqları, kosmetoloji preparatları, manikür və pedikür üçün məhsulları, saç və bədənə qulluq vasitələri və bir çox digər məhsul və xidmətlər təqdim olunacaq. Mütəxəssislərin və istehlakçıların yeniliklərlə tanış olması baxımından “Beauty Azerbaijan” Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisinin xidməti və rolu olduqca böyükdür. Sərgi çərçivəsində sözügedən məhsul və xidmətlər haqda ətraflı məlumat verən seminar və ustad təlimlər də keçiriləcək. İlk dəfə olaraq, yubiley sərgi çərçivəsində iştirakçılara sərginin işgüzar və yaradıcı ab-havasından maksimum faydalanmağa imkan yaradan “Workshop” təşkil olunacaq. Bu da, Almaniya, Italiya, Koreya və digər ölkələrdən sərgiyə qatılan gözəllik sahəsinin qabaqcıl istehsalçıların yerli şirkətlərlə mübadiləsi aparılmasına və işgüzar əlaqələrin yaranmasına kömək edəcək. “Beauty Azerbaijan” sərgisinə göstərilən dəstəyə və bizimlə əməkdaşlığa görə, başda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi olmaqla, Azərbaycan Stomatoloji Assosiasiyasına, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna öz dərin minnətdarlığımızı bildirir, sərgi iştirakçılarına və ziyarətçilərinə səmərəli iş arzu edirik. Ən xoş arzularla, Təşkilat Komitəsi 10

[close]

p. 13

• Official Greeting Dear Exhibitors and Visitors, On behalf of Iteca Caspian and its partner ITE Group, we are pleased to welcome you to the opening of Beauty Azerbaijan 2016, the 10th Anniversary Azerbaijan International Beauty and Aesthetic Medicine Exhibition. The event, which is the only beauty exhibition in Azerbaijan, will present cosmetology equipment, tools for manicure and pedicure, hair and body care products, and other products and services. Beauty Azerbaijan plays a major role in the exchange of experience between numerous companies in the beauty industry and provides an opportunity for specialists and consumers to learn about industry innovations. The exhibition will include training sessions and seminars on the products presented. In order to help exhibitors to organise B2B meetings with local distributors and suppliers, the WORKSHOP will be launched for the first time in the frame of Beauty Azerbaijan exhibition. This will assist with the cooperation and implementation of business contacts between Azerbaijani companies with leading beauty manufactures from Germany, Italy, Korea and other countries represented at the exhibition. We are grateful to the Ministry of Health of the Republic of Azerbaijan, the National Confederation of Entrepreneurs (Employers) Organisations of the Azerbaijan Republic (ASK), and the Azerbaijan Export and Investment Promotion Foundation (AZPROMO) for their cooperation and support in organising the exhibition. Good luck to all exhibitors and visitors! The Organising Committee 11

[close]

p. 14



[close]

p. 15



[close]

Comments

no comments yet