CaspianPower 2016 Official Catalogue

 

Embed or link this publication

Description

CaspianPower 2016 Official Catalogue

Popular Pages


p. 1



[close]

p. 2



[close]

p. 3



[close]

p. 4



[close]

p. 5



[close]

p. 6

Salamlama • Hörmətli sərgi və konfrans iştirakçıları ! Sizi ölkə iqtisadiyyatının inkişafında mühüm rolu olan və artıq 23-cü dəfə keçirilən Beynəlxalq «Xəzər Neft və Qaz» Sərgi və Konfransının həmçinin 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisinin açılışı münasibəti ilə Azərbaycan Respublikası Energetika Nazirliyi adından salamlayır və təbrik edirəm. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyası ilə eyni vaxtda, 1994-cü ildə bünövrəsi qoyulan bu işgüzar tədbir Xəzər regionunun və Azərbaycanın neftqaz sektorunun inkişafında mühüm əhəmiyyətə malikdir. Ölkəmizin müstəqillik dövründə yanacaqenergetika kompleksinin inkişafı istiqamətində yüksək nailiyyətlər əldə edilmişdir, bu da onu XəzərQafqaz regionunda sürətlə inkişaf edən dünyanın enerji mərkəzlərindən birinə çevirmişdir. Ötən illərin yekunlarını təhlil etdikdə bir daha əminlik yaranır ki, hazırda dünya ölkələrində qlobal böhranın güclənməsi müşayiət olunsa da, respublikamızın daxili potensialına əsaslanmaqla ölkəmizdə həyata keçirilən siyasət dinamik inkişaf tempinin qoruyub saxlamağa imkan vermişdir. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək iqtisadi artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Bu halda ölkənin enerji təhlükəsizliyinin tamamilə təmin edilməsi və xam neft, təbii qaz və elektrik enerjisinin xarici bazarlara ixracının daim artması önə çəkilmişdir. Müasir dünyamızda baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi enerji amilinin yenə əhəmiyyətli rolu vardır. Bu gün dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi bir vaxtda Azərbaycan özünün əlverişli coğrafi mövqeyinə, dünya miqyaslı təbii ehtiyatlarına və potensialına əsaslanaraq, Avropa və digər ölkələrlə, dünyanın tanınmış iqtisadi, maliyyə qurumları və şirkətləri ilə geniş əməkdaşlıq edir. Böyük həcmdə xarici investisiyaların respublikaya cəlb edilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması ölkəmizdə aparılan iqtisadi siyasətin əsas prioritet istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin 2003cü ildən ölkəyə rəhbərliyinin ən parlaq bir nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin milli maraqlara əsaslanan öz siyasi və iqtisadi dəstxətti, inkişaf yolu vardır. Azərbaycan bu gün Xəzər-Aralıq dənizləri məkanında qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və əsas icraçısı olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə çevrilmişdir ki, bu da ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Milli neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində xarici investorları özünə cəlb edən Azərbaycan artıq özü analoji funksiyanı yerinə yetirir. «Cənub Qaz Dəhlizi»-nin tərkibinə daxil olan «Şahdəniz-II», Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP, TAP və digər layihələrlə bağlı işlər də fasiləsiz şəkildə davam etdirilir və Azərbaycan qazı 2020-ci ildə Avropaya nəql olunacaq. Mən yüksək peşəkarlıqla təşkil edilmiş bu tədbirin bütün iştirakçılarına müvəffəqiyyətlər və səmərəli iş arzu edirəm. İnanıram ki, bu tədbir qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və yeni müzakirələrin açılmasına öz töhfəsini verəcəkdir. Hörmətlə, Natiq Əliyev Azərbaycan Respublikasının Energetika Naziri 188

[close]

p. 7

• Greeting Dear Exhibition and Conference Participants! On behalf of the Ministry of Energy of the Republic of Azerbaijan, I welcome you and congratulate you with the opening of the 23rd International Caspian Oil and Gas Exhibition and Conference, as well as the 6th Caspian International Power and Alternative Energy Exhibition which plays an important role in the development of the national economy. This business event is being organised since 1994, when the new oil strategy was initiated by National Leader Heydar Aliyev and plays a crucial role in the development of the oil and gas sector in Azerbaijan and the entire Caspian region. Great successes in the development of fuel and energy complex have been achieved since the independence of our country. The country turned into one of the world’s rapidly growing energy hubs in the Caspian-Caucasus region. When we examine the results of previous years we can see with confidence that the implemented policy, relying on the domestic resources of our country, has allowed us to maintain dynamic growth, against the backdrop of the aggravating global financial crisis. As a result, Azerbaijan’s economy demonstrated high stability in a global financial crisis, and was able to maintain a level of economic growth and social development. In this case the provision of energy security of the country, continued growth of crude oil export, natural gas export, and export of electricity to foreign markets was put forward. As always, the energy factor still has an important part in all these processes that are taking place in the modern world. Today, in a time where competing for control over the world’s primary energy sources has increased on a global scale, Azerbaijan relies on its favourable geographical location, natural resources and potential in cooperation with both European and other countries, as well as the world’s leading economic and financial institutions and companies. Attracting large amounts of foreign investment to the country and forming a favourable environment for entrepreneurship are priorities in the economic policy that is carried out in our country. The most striking result of President Ilham Aliyev’s administration in the country since 2003 is that Azerbaijan truly is a country with an independent foreign policy. An independent Azerbaijan now has its own distinct political and economic image, as its way of development is based on national interests of the state. Today, Azerbaijan is being the initiator, the participant and the main contractor of global projects in the region of Caspian and Mediterranean seas. It has become an integral part of regional economic cooperation, which creates new opportunities for the national economy. As a result of the successful implementation of the national oil strategy, Azerbaijan was able to attract foreign investors and is now investing abroad. The activities on Shah Deniz-II which is part of the Southern Gas Corridor (SGC), as well as the South Caucasus Pipeline Expansion Project, TANAP, TAP, and other project-related activities are continued without interruption. Azerbaijan gas is expected to be transported to Europe in 2020. I would like to wish every success and efficient work to all the participants of this event, which is organised with a high level of professionalism. I believe that this event will contribute to the establishment of mutually beneficial cooperation and the starting of new negotiations. Yours Sincerely, Natig Aliyev Minister of Energy of the Republic of Azerbaijan 189

[close]

p. 8

Salamlama • Hörmətli tədbir iştirakçıları! Fəxrlə deyə bilərik ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Respublikası ildən-ilə hər bir sahədə inkişafını inamla davam etdirir. Dövlətimiz öz siyasi, iqtisadi, sosial, təbii potensialından məqsədyönlü istifadə edərək dünyada özünəməxsus yer tutmuş, regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. Bu gün də Azərbaycan Respublikası Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində qloballaşan dünyanın ayrılmaz bir hissəsinə çevrilməklə öz inkişafında ən yüksək mərhələyə çatmışdır. Prezident İlham Əliyevin alternativ və bərpa olunan enerji mənbələri sahəsinə xüsusi önəm verməsi bu sahəni dövlət siyasətinə çevirmiş və nəzərəçarpan inkişaf əldə olunmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” qəbul olunmuşdur. Demək olar ki, bundan sonra ABOEM sahəsinin inkişafının ölkəmiz üçün yeni dövrü başlanmışdır. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə qanunvericilik və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, sahə üzrə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi və s. işlər icra olunmuşdur. Ölkəmiz karbohidrogen resursları ilə zəngin olduğu kimi, bərpa olunan enerji mənbələri olan günəş, külək, biokütlə, su axınları, geotermal enerji ehtiyatları ilə də zəngindir. Bu potensialı düzgün dəyərləndirən ölkə rəhbərliyimizin böyük dəstəyi ilə Dövlət Agentliyi ABOEM sahəsi üzrə bir sıra layihələr həyata keçirmiş, sosial, kənd təsərrüfatı, ümumən ölkəmizin şaxəli iqtisadi inkişafına öz töhfəsini vermişdir. Dövlət Agentliyi yarandığı müddətdən bəri ABOEM sahəsi üzrə respublikamızın müxtəlif regionlarını əhatə edən layhilər həyata keçirmişdir. Dövlət Agentliyi tərəfindən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan hədəflərə çatmaq məqsədilə “Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin 2016-2020-ci illər üzrə Strateji Planı” işlənib hazırlanmışdır ki, buna uyğun olaraq gələcək işlərimizi, layihələrimizi səmərəli görməyə çalışırıq. Ölkəmizin hər bir sahədə inkişafının davam etdirəcəyinə inanıram və ümüdvaram ki, region üçün vacib olan bu tədbir hamı üçün uğurlu olaraq əməkdaşlığın, beynəlxalq əlaqələrin qurulması üçün gözəl imkanlar yaradacaqdır! Bütün tədbir iştirakçılarına uğurlar və gələcək işlərində müvəffəqiyyətlər arzu edirəm ! Hörmətlə, Akim Bədəlov Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri 190

[close]

p. 9

• Greeting Dear Exhibition Participants! We can proudly say that the independent Azerbaijan that was founded by our National Leader Heydar Aliyev has seen a steady yearly growth in each field. Our country has earned a special place in the world, and has become one of the most powerful countries in the region by purposefully using its political, economic, social, and natural resources. As a result of President Ilham Aliyev’s successful policy, the Republic of Azerbaijan has reached the highest stage in its development in becoming an integral part of the globalising world. As President Ilham Aliyev attributes great importance to the field of alternative and renewable energy sources, this field became part of a public policy and significant progress has been made in this field. At the initiative of President Ilham Aliyev, a State Program on the use of Alternative and Renewable Energy Sources in the Republic of Azerbaijan was adopted in 2004. We can say that a new era has begun for our country with the further development of alternative and renewable energy sources. In order to accelerate the use of alternative and renewable energy sources, the development of the legislative and regulatory framework; the implementation of stimulating measures for the sector; and other activities have been performed. Our country is rich in both hydrocarbon resources and renewable energy sources such as solar, wind, biomass, water flows, and geothermal energy sources. With the support of the government in properly evaluating this potential, the State Agency has implemented a number of projects in the field of alternative and renewable energy sources and has contributed to the social, agricultural and in general diverse economic development of our country. Since the establishment of the State Agency, projects covering different regions of the country have been carried out in the field of alternative and renewable energy sources. In order to achieve the goals envisaged by the Development Concept AZERBAIJAN 2020: OUTLOOK FOR THE FUTURE, the State Agency’s Strategic Plan of Azerbaijan State Agency for Alternative and Renewable Energy Sources for 2016-2020 has been developed. We attempt to effectively carry out our future work and projects in accordance with this plan. I believe that our country will continue to develop in every field and hope that this event, which is important to the region, will create excellent opportunities for the establishment of cooperation and international relations and be a success for all! I would like to wish all participants best of luck and success in their future endeavours! Kind Regards, Akim Badalov Director of the State Agency on Alternative and Renewable Energy Sources of the Republic of Azerbaijan 191

[close]

p. 10

Salamlama • Hörmətli sərgi iştirakçıları və qonaqlar! Biz “Iteca Caspian” və “ITE Group plc.” şirkətləri adından sizi 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisində salamlamağa şadıq. Hər il daha çox sayda iştirakçı cəlb edən bu tədbir enerji sənayesinin aparıcı istehsalçılarının toplaşdığı vahid məkana çevrildikcə, iştirakçı ölkə və regionların siyahısı da durmadan artır. Regionda enerji sektorunun gələcək inkişafı üçün gözəl imkanlar yaradan “Caspian Power” sərgisi biznes ictimaiyyəti üçün kommersiya əlaqələrinin qurulması və formalaşdırılması, o cümlədən satış bazarları və mövcud yeni texnologiyalar silsiləsinin genişləndirilməsi, eləcə də investisiya layihələrinin təbliği baxımından münasib şəraiti təmin edir. Bütün bunlar isə öz növbəsində Azərbaycanda enerji sektoru üzrə tələblərin qarşılanmasına xidmət edir. Sərgidə 30dan artıq yerli və beynəlxalq şirkət iştirak edir. Biz sərgiyə göstərdikləri kömək və dəstəyə görə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə öz dərin minnətdarlığımızı bildiririk. Ümidvarıq ki, bu tədbirin bütün iştirakçı və ziyarətçiləri “Caspian Power 2016” sərgisində uğurlu, maraqlı və səmərəli vaxt keçirəcəklər. Təşkilat komitəsi 192

[close]

p. 11

• Greeting Dear Exhibitors and Visitors, On behalf of the exhibition organisers, Iteca Caspian and ITE Group, we would like to welcome you to the 6th International Power and Alternative Energy Exhibition, Caspian Power 2016. This event attracts increasing numbers of new exhibitors every year and the list of participating countries and regions grows as the event becomes a centre-piece for the energy industry’s leading manufacturers. Caspian Power creates wonderful opportunities for the future development of the energy sector in the region. It enables the business community to establish and build commercial relationships, expand sales markets, broaden the range of new technologies available and promote investment projects. All of which serves to meet the requirements of the energy sector in Azerbaijan. Over 30 local and international companies are participating in the exhibition. We would like to express my sincere gratitude to the Ministry of Energy of the Republic of Azerbaijan and the State Agency on Alternative and Renewable Energy Sources Energy of the Republic of Azerbaijan for their assistance and support for the exhibition. We hope that all exhibitors and visitors have a successful, enjoyable and productive time at Caspian Power 2016. The Organising Committee 193

[close]

p. 12



[close]

p. 13



[close]

p. 14



[close]

p. 15



[close]

Comments

no comments yet