COG 2016 Official Catalogue

 

Embed or link this publication

Description

COG 2016 Official Catalogue

Popular Pages


p. 1



[close]

p. 2



[close]

p. 3



[close]

p. 4



[close]

p. 5



[close]

p. 6



[close]

p. 7



[close]

p. 8

AZ RBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 23-cü BEYN LXALQ "X Z R NEFT V QAZ" S RGİ V KONFRANSININ İŞTİRAKÇILARINA MÜRACİ Tİ THE PRESIDENT OF THE REPUBLIC OF AZERBAIJAN THE OFFICIAL GREETING TO THE PARTICIPANTS rd OF THE 23 INTERNATIONAL CASPIAN OIL AND GAS EXHIBITION AND CONFERENCE

[close]

p. 9

Salamlama • Hörmətli sərgi və konfrans iştirakçıları! Sizi Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışı münasibəti ilə ürəkdən salamlayıram. İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş və neft-qaz sənayesi sahəsində ənənəvi tədbirə çevrilmiş sərginin təşkilindən ötən müddətdə müstəqil Azərbaycan enerji sektorunun inkişafi istiqamətində mühüm irəliləyişə nail olmuşdur. Bu gün dünya iqtisadiyyatının inkişafında, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin enerji ehtiyatları böyük əhəmiyyətə malikdir. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan öz üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Hər biri nəhəng enerji layihəsi olan Azəri-Çıraq-Günəşli neft və Şahdəniz qaz yataqlarının işlənilməsi, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bunun bariz nümunəsidir. Hazırda uğurla həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinin icrasında da Azərbaycan öz liderlik mövqeyini bir daha nümayiş etdirmişdir. Xəzər hövzəsindən Avropaya çatdırılacaq qazın marşrutu çoxdan müzakirə mövzusu idi. Məhz bizim təşəbbüsümüzlə 2012-ci ildə Türkiyə və Azərbaycan arasında TANAP qaz kəməri layihəsinə dair müqavilənin imzalanması sonrakı prosesləri xeyli sürətləndirdi. Nəticə etibarilə Trans-Adriatik qaz kəməri Avropaya gedən əsas ixrac marşrutu seçildi, Cənub Qaz Dəhlizi layihəsinin icrasına başlanıldı və “Şahdəniz-2” layihəsinə start verildi. Bu meqalayihənin tərkibinə daxil olan TANAP, TAP və digər layihələrlə bağlı işlər fasiləsiz davam etdirilir. Dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycanın iştirakçısı olduğu və icra etdiyi bütün iri layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi təstiq edilmiş cədvəl üzrə vaxtında gerçəkləşdiriləcək və Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya nəql olunacaqdır. İnanıram ki, sərgi və konfransınız həm qlobal, həm də regional səviyyədə əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradacaq, dünya miqyasında enerji sahəsindəki proseslərə öz töhfəsini verəcəkdir. Hamınıza gələcək fəaliyyətinizdə nailiyyətlər, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti 6 KATALOQUN SPONSORU

[close]

p. 10

• Greeting Dear Exhibition and Conference Participants! I cordially welcome you to the opening of the International Caspian Oil and Gas Exhibition and Conference. Over the past years of the exhibition, which was held for the first time at the initiative of National Leader Heydar Aliyev and has become a traditional event in the oil and gas industry, an independent Azerbaijan has made significant progress in the development of the energy sector. Today, our country’s energy reserves are of great importance in the development of the world economy, as well as in ensuring energy security in Europe. We can proudly say that Azerbaijan has properly completed all tasks entrusted to it. Shining examples are the development of Azeri-Chirag-Deepwater Guneshli (ACG) oil and Shah Deniz (SD) gas fields, as well as the construction of Baku-Tbilisi-Ceyhan (BTC) oil and Baku-Tbilisi-Erzurum (BTE) gas pipelines, each of which are enormous energy projects. Azerbaijan has once again demonstrated its leading position in the implementation of the Southern Gas Corridor (SGC) project, which is presently being successfully implemented. The gas export route from the Caspian basin to Europe was subject of discussion for a long time. Later processes were considerably accelerated when we initiated the signing of an agreement on the TANAP Gas Pipeline project between Turkey and Azerbaijan in 2012. As a result, the Trans-Adriatic Gas Pipeline (TAP) was selected as the main export route to Europe. The implementation of the Southern Gas Corridor (SGC) project was started and the Shah Deniz 2 project was launched. Activities are in progress on projects such as TANAP, TAP, etc, that are part of this huge project. Despite the sharp decline of oil prices in the world market, all major projects that Azerbaijan both participates in and implements, including the Southern Gas Corridor (SGC) project, will be implemented according to schedule. In 2018 the Azerbaijan gas will be transported to Turkey, and in 2020 to Europe. I believe that the exhibition and conference will pave the way to further get in to cooperation, both at a regional and global level. I am also confident that the exhibition and conference will contribute to the processes in the energy sector on a global scale. I wish all of you success in your future endeavours, and peace and tranquillity for your countries. Ilham Aliyev The President of the Republic of Azerbaijan CATALOGUE SPONSOR 7

[close]

p. 11

Salamlama • Hörmətli xanımlar və cənablar ! Sizi ölkə iqtisadiyyatının inkişafında mühüm rolu olan və artıq 23-cü dəfə keçirilən Beynəlxalq «Xəzər Neft və Qaz» Sərgi və Konfransının açılışı münasibəti ilə Azərbaycan Respublikası Energetika Nazirliyi adından salamlayır və təbrik edirəm. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyası ilə eyni vaxtda, 1994-cü ildə bünövrəsi qoyulan bu işgüzar tədbir Xəzər regionunun və Azərbaycanın neftqaz sektorunun inkişafında mühüm əhəmiyyətə malikdir. Ölkəmizin müstəqillik dövründə yanacaqenergetika kompleksinin inkişafı istiqamətində yüksək nailiyyətlər əldə edilmişdir, bu da onu XəzərQafqaz regionunda sürətlə inkişaf edən dünyanın enerji mərkəzlərindən birinə çevirmişdir. Ötən illərin yekunlarını təhlil etdikdə bir daha əminlik yaranır ki, hazırda dünya ölkələrində qlobal böhranın güclənməsi müşayiət olunsa da, respublikamızın daxili potensialına əsaslanmaqla ölkəmizdə həyata keçirilən siyasət dinamik inkişaf tempinin qoruyub saxlamağa imkan vermişdir. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək iqtisadi artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Bu halda ölkənin enerji təhlükəsizliyinin tamamilə təmin edilməsi və xam neft, təbii qaz və elektrik enerjisinin xarici bazarlara ixracının daim artması önə çəkilmişdir. Müasir dünyamızda baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi enerji amilinin yenə əhəmiyyətli rolu vardır. Bu gün dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi bir vaxtda Azərbaycan özünün əlverişli coğrafi mövqeyinə, dünya miqyaslı təbii ehtiyatlarına və potensialına əsaslanaraq, Avropa və digər ölkələrlə, dünyanın tanınmış iqtisadi, maliyyə qurumları və şirkətləri ilə geniş əməkdaşlıq edir. Böyük həcmdə xarici investisiyaların respublikaya cəlb edilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması ölkəmizdə aparılan iqtisadi siyasətin əsas prioritet istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin 2003cü ildən ölkəyə rəhbərliyinin ən parlaq bir nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin milli maraqlara əsaslanan öz siyasi və iqtisadi dəstxətti, inkişaf yolu vardır. Azərbaycan bu gün Xəzər-Aralıq dənizləri məkanında qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və əsas icraçısı olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə çevrilmişdir ki, bu da ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Milli neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində xarici investorları özünə cəlb edən Azərbaycan artıq özü analoji funksiyanı yerinə yetirir. «Cənub Qaz Dəhlizi»-nin tərkibinə daxil olan «Şahdəniz-II», Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP, TAP və digər layihələrlə bağlı işlər də fasiləsiz şəkildə davam etdirilir və Azərbaycan qazı 2020-ci ildə Avropaya nəql olunacaq. Mən yüksək peşəkarlıqla təşkil edilmiş bu tədbirin bütün iştirakçılarına müvəffəqiyyətlər və səmərəli iş arzu edirəm. İnanıram ki, bu tədbir qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və yeni müzakirələrin açılmasına öz töhfəsini verəcəkdir. Hörmətlə, Natiq Əliyev Azərbaycan Respublikasının Energetika Naziri 8 KATALOQUN SPONSORU

[close]

p. 12

• Greeting Dear Exhibition and Conference Participants, On behalf of the Ministry of Energy of the Republic of Azerbaijan, I would like to welcome you and congratulate you on the opening of the 23rd International Caspian Oil and Gas Exhibition and Conference, which plays an important role in developing the national economy. This business event has been taking place since 1994, when the National Leader Heydar Aliyev introduced a new oil strategy, and plays a crucial role in developing the oil and gas sector in Azerbaijan and throughout the Caspian region. Since our country declared its independence, great successes in developing the fuel and energy sector have been made. The country has become one of the world’s fastest growing energy hubs in the Caspian-Caucasus region. Looking at the results of previous years, we can see that the policy of relying on our country’s domestic resources has allowed us to maintain dynamic growth against a backdrop of the global financial crisis. As a result, Azerbaijan’s economy remained highly stable throughout the crisis, and was able to maintain a level of economic growth and social development. In this case, providing energy security for the country, and continuing the growth of exporting crude oil, natural gas, and electricity to foreign markets were prioritised. As always, the energy factor still has an important part in the processes that take place in the modern world today. As competition for control over the world’s primary energy sources increases on a global scale, Azerbaijan can count on its favourable geographical location, natural resources, and potential for cooperating with many different countries, as well as the world’s leading financial institutions and companies. The country’s economic policy prioritises attracting large amounts of foreign investment and creating a favourable environment for entrepreneurship. The most outstanding result of President Ilham Aliyev’s governance of the country since 2003 is that Azerbaijan truly is a country with an independent foreign policy. It now has its own distinct political and economic image, as its development is based on the national interests of the state. Today, Azerbaijan initiates, participates and acts as a main contractor of global projects in the Caspian and Mediterranean region. It has become an integral part of regional economic cooperation, creating new opportunities for the national economy. As a result of successfully implementing the national oil strategy, Azerbaijan has been able to attract foreign investors and is now itself investing abroad. The activities on the Shah Deniz-II gas field, which is part of the Southern Gas Corridor (SGC), as well as on the South Caucasus Pipeline Expansion Project, TANAP, TAP, and other projectrelated activities are continuing smoothly. It is expected that Azerbaijani gas will be transported to Europe by 2020. I would like to wish every success and productivity to all participants of this event, which has been organised very professionally. I believe that this event will help establish valuable cooperation and start new negotiations. Yours Sincerely, Natig Aliyev Minister of Energy of the Republic of Azerbaijan CATALOGUE SPONSOR 9

[close]

p. 13

Salamlama • Xanımlar və cənablar! Sizi qədim neft diyarı Azərbaycanda səmimi salamlamaqdan məmnunluq duyur, “Xəzər Neft və Qaz-2016” beynəlxalq sərgi-konfrasının açılışı münasibəti ilə təbrik edirəm. Ölkəmizin şanlı tarixinə daim parlaq zəfərlər yazmış Azərbaycan neft-qaz sənayesi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyası çərçivəsində yeni-yeni nailiyyətlər qazanır və dövlətimizin sürətli inkişafına əvəzsiz töhfələr verir. Bu gün Azərbaycan regional enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən beynəlxalq miqyaslı neft-qaz layihələri qlobal iqtisadi proseslərin ayrılmaz hissəsinə çevrilmiş, Azərbaycanı enerji daşıyıcılarının mühüm ixracatçısı kimi tanıtmışdır. Respublikamız bu gün təkcə uğurlu neft hasilatçısı kimi deyil, həm də zəngin və etibarlı alternativ təbii qaz mənbəyi kimi dünya birliyinin diqqət mərkəzindədir. Məhz bu səbəbdən “Xəzər neft və qaz” sərgi-konfransının əhəmiyyəti ilbəil daha da artır və bu mötəbər ənənəvi tədbir dünya neft-qaz sənayesinin mühüm hadisələrindən birinə çevrilir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan “Şahdəniz-2” layihəsi və bu layihə çərçivəsində hasil olunacaq enerji resurslarını Avropa bazarlarına çıxaracaq Cənub Qaz Dəhlizi layihəsi üzrə işlər hazırda qrafikə uyğun şəkildə irəliləyir. Ötən ilin mart ayında Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçılarının iştirakı ilə Türkiyənin Qars vilayətində Cənub Qaz Dəhlizinin mühüm seqmentlərindən olan Trans-Anadolu Qaz Kəmərinin təməli qoyuldu. Cənub Qaz Dəhlizinin digər bir hissəsi - Yunanıstan və Albaniya ərazilərindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənub sahillərinədək uzanacaq Trans-Adriatik Boru Kəməri layihəsinin reallaşması üzrə də mühüm addımlar atılmışdır. Mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP kəmərinin təməli qoyulmuşdur. Azərbaycanda neft emalı və neft kimyası sahələri ölkə iqtisadiyyatının artan templərinə uyğun olaraq durmadan inkişaf edir. Mövcud emal və neft-kimya qurğularının modernləşdirilməsi, yenidən qurulması, yeni qurğuların inşa olunması istiqamətində görülən işlər istehsal olunan məhsulların kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə, Avropa standartlarına uyğunlaşdırılmasına xidmət edir. Sumqayıt Kimya Sənaye Parkı, SOCAR Polymer, Azot gübrəsi - karbamid istehsalı zavodu, Türkiyədə STAR neft emalı zavodu layihələrinin həyata keçirilməsi ölkə iqtisadiyyatının şaxələndirilməsi və region bazarlarının etibarlı təminatı baxımından əhəmiyyətli rola malikdir. Əminəm ki, hər il olduğu kimi bu ilki sərgi-konfransda da aparılan müzakirələr, irəli sürülən təkliflər və məruzələr dünya neft sənayesinin gələcək inkişafı naminə yeni perspektivlər açacaq, Azərbaycanda həyata keçirilən layihələrin miqyas və əhəmiyyətini bir daha əyani surətdə nümayiş etdirəcəkdir. Əziz dostlar! “Xəzər Neft və Qaz-2016” beynəlxalq sərgi-konfransının açılışı münasibətilə hamınızı bir daha təbrik edir, forumun işinə uğurlar arzulayıram! Rövnəq Abdullayev SOCAR-ın Prezidenti 10 KATALOQUN SPONSORU

[close]

p. 14

• Greeting Dear Ladies and Gentlemen, I am pleased to welcome you to Azerbaijan, an ancient oil country and I would like to congratulate you on the opening of the 23rd International Caspian Oil & Gas Exhibition and Conference. Azerbaijan’s oil and gas industry, which has contributed great victories to the glorious history of our country, is now making new achievements as part of the energy strategy developed by our National Leader Heydar Aliyev. This strategy is currently being continued by President Ilham Aliyev, and is making an invaluable contribution to the rapid development of the state. Today, Azerbaijan plays an important role in the energy security of the region. The international oil and gas projects that are being carried out under the initiative and leadership of our country have become an integral part of global economic processes, and have helped Azerbaijan establish itself as an exporter of energy resources. Our country is now recognised by the international community not only as a successful oil producer, but also as an alternative rich and reliable source of natural gas. For this reason, the importance of the Caspian Oil and Gas exhibition and conference grows more and more each year. This long-standing and prestigious event has become one of the most important events in the global oil and gas industry. Work on Shah Deniz-2, a project that is playing an important role in Europe’s energy security, and on the Southern Gas Corridor (SGC), which will export energy resources to European markets are underway and on schedule. Last March, the foundation of an important part of the Southern Gas Corridor – the Trans-Anatolian Gas Pipeline was laid in Turkey’s Kars province with the involvement of heads of states from Azerbaijan, Turkey and Georgia. Important steps are being taken to implement the Trans-Adriatic Pipeline (TAP), part of the Southern Gas Corridor that passes through Greece and Albania and extends from the depth of the Adriatic Sea to Italy’s southern coast. On 17 May, the official groundbreaking ceremony of the TAP pipeline was held in Salonika, Greece. In line with the country’s increasing economic pace, oil refining and petrochemical fields in Azerbaijan are developing steadily. The works done to upgrade and reconstruct existing refining and petrochemical plants, and construct new facilities are intended to improve the quality and quantity of manufactured products and meet European standards. Implement the Sumgayit Chemical Industrial Park, SOCAR Polymer, a nitrogen fertiliser and urea plant, and the STAR Refinery projects in Turkey play a significant role in diversifying the national economy and providing a reliable supply to regional markets. Dear friends, I am confident that like every year, the discussions, proposals and reports this year’s exhibition and conference will open up new prospects for the future development of the global oil industry, and will more clearly demonstrate the scale and importance of the projects carried out in Azerbaijan. Rovnag Abdullayev President of SOCAR CATALOGUE SPONSOR 11

[close]

p. 15

Salamlama • Hörmətli xanımlar və cənablar! Sizi Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının Təşkilat komitəsi adından paytaxt Bakı şəhərində keçirilən və regionun ən nüfuzlu ixtisaslaşmış tədbiri sayılan bu sərgidə səmimi qəlbdən salamlayırıq. “Xəzər Neft və Qaz” sərgi və konfransı Azərbaycanın bu sahə üzrə ən mühüm tədbiri olmaqla yanaşı, hazırda bu sektorun inkişafına təsir göstərən ən aktual məsələləri işıqlandıran beynəlxalq forumdur. Bu il dünyanın 30 ölkəsini təmsil edən 240 şirkət sərgidə iştirak edir. Vaxtı ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev tərəfindən həyata keçirilən siyasi kurs Azərbaycanın siyasi müstəqilliyini təmin etməklə yanaşı, ölkədə iqtisadi inkişafın və əhalinin yüksək yaşayış standartlarının əsasını qoymuşdur. Bütün bunlar isə müstəqilliyin ilk günlərində həyata keçirilən və bu gün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən uzaqgörən neft strategiyası sayəsində mümkün olmuşdur. Son illər Azərbaycanda ciddi sosial-iqtisadi dəyişikliklər baş verir və ölkə sürətli iqtisadi inkişaf dövrü sayəsində qısa müddət ərzində qlobal müstəvidəki mövqeyini daha da yaxşılaşdırmışdır. Azərbaycanın geosiyasi baxımdan mühüm coğrafi mövqeyi və zəngin təbii ehtiyatları ölkəyə qlobal əhəmiyyətli strateji məkan kimi böyük potensial qazandırıb və bu da bir sıra ölkələr, eləcə də dünyanın ən mühüm iqtisadi və maliyyə müəssisələri, habelə bir sıra sektorlar üzrə çoxsaylı şirkətlərlə beynəlxalq əməkdaşlığın inkişafına təkan verib. Hazırda bu təşkilatların əksəriyyəti Xəzər dənizinin karbohidrogen resurslarının inkişaf etdirilməsi və bu resursların dünya bazarlarına çıxarılması istiqamətində irəli sürülmüş təşəbbüslər də daxil olmaqla, Azərbaycanda həyata keçirilən milli və trans-regional layihələrdə iştirak edir. Bu strateji əhəmiyyətli layihələr, eləcə də yanacaq-enerji kompleksi və qeyri-neft sektorunun dinamik inkişafı ölkə iqtisadiyyatının davamlı inkişafına təkan verir və bu da öz növbəsində Azərbaycan ilə digər dövlətlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin yaradır. Biz bu tədbirə yaxından dəstək göstərdiklərinə görə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) öz dərin minnətdarlığımızı bildiririk. Biz şübhə etmirik ki, builki sərgi iştirakçılar arasında işgüzar əlaqələrin qurulması, eləcə də yeni texnologiyaların mənimsənilməsi və tətbiqi baxımından böyük uğur qazanacaq. Biz bir daha bütün sərgi və konfrans iştirakçılarını səmimi qəlbdən salamlayır və onlara yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. Təşkilat komitəsi 12 KATALOQUN SPONSORU

[close]

Comments

no comments yet