Education 2015 Official Catalogue

 

Embed or link this publication

Description

Education 2015 Official Catalogue

Popular Pages


p. 1



[close]

p. 2



[close]

p. 3



[close]

p. 4



[close]

p. 5

1

[close]

p. 6



[close]

p. 7



[close]

p. 8

3

[close]

p. 9



[close]

p. 10



[close]

p. 11

SALAMLAMA MƏKTUBLARI Hörmətli sərgi iştirakçıları, xanımlar və cənablar! Sizi Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından 9-cu Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisinin açılışı münasibətilə təbrik edirəm. Müasir dövrün əsas çağırışlarından biri təhsilin iqtisadi həyatda rolunu yüksəltməkdir. Təhsil insanların bilik və bacarıqlarını artırmaqla yanaşı, onların gələcək həyata hazırlanmasında, cəmiyyətə inteqrasiyasında, özünü bir vətəndaş kimi təsdiqləməsində mühüm əhəmiyyətə malikdir. Sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Bu isə yeni və daha münasib ixtisasa yiyələnməyə və səriştənin inkişafına tələbatı artırır. Müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Müasir dünyanın tələblərinə uyğun olaraq, təhsilin bütün pillələrində yeni-yeni layihələr həyata keçirilir. Mən belə layihələlərdən birini – SABAH qruplarını xatırlatmaq istərdim. Hesab edirəm ki, cəmi bir il əvvəl yaradılmasına baxmayaraq ali təhsil sahəsində sürətlə nüfuz qazanan “SABAH qrupları” günümüzün tələblərinə cavab verən savadlı, bacarıqlı və hazırlıqlı vətəndaşlarımızın yetişdirilməsində mühüm rol oynayacaq və bütün ali təhsil seqmentinin keyfiyyətinin yüksəldilməsinə təkan verəcək. Ümumiyyətlə, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi, cəmiyyətin və iqtisadiyyatın tələbatlarına uyğun olaraq hər bir ixtisas üzrə müasir kurikulumların işlənməsini təmin edən müasir standartların hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Müşahidələr göstərir ki, sırf nəzəri xarakter daşıyan təhsil müasir elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə dövründə öz əhəmiyyətini getdikcə itirir. Bu baxımdan ölkəmizdə həyata keçirilən təhsil islahatlarında təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyinin ön plana çəkilməsi də əsas yerlərdən birini tutur. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. Təsadüfi deyil ki, son zamanlar dünyada praktiki bilik və bacarıqları özündə ehtiva edən peşə-ixtisas təhsilinə maraq getdikcə artır. Azərbaycanda da son illər bu sahəyə diqqət artırılıb. Peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində müəyyən işlər görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu sahədə Təhsil Nazirliyinin həyata keçirdiyi “Müasir Azərbaycan peşəkarları” layihəsi partnyorlarla effektiv işbirliyi şəklində həyata keçirilir və iş davam etdirilir. Peşə-ixtisas təhsili müəssisələrində məzmunun təkmilləşdirilməsi ilə yanaşı, kadr potensialının gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Peşə məktəbləri məzunlarının işlə təminatı, əmək qanunvericiliyinə müvafiq düzəlişlərin həyata keçirilməsi ilə əlaqədar təkliflərin hazırlanması, işəgötürənlərlə əməkdaşlıq, formal peşə təhsili, peşə təhsili üzrə dünya təcrübəsi, peşə təhsilinin nüfuzunun yüksəldilməsi və digər vacib məqamlar bizim qarşımızda duran prioritet məsələlərdəndir. Ümid edirəm ki, 9-cu Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi təhsilimizdə strateji hədəflərin yaxınlaşdırılmasına, təhsil müəssisələrinin əməkdaşlıq imkanlarının genişlənməsi işinə öz töhfəsini verəcək, həm təhsilverənlər, həm də təhsilalanlar üçün öyrənmə və birgə fəaliyyət üçün əlavə imkanlar yaradacaq. Sərginin bütün iştirakçılarına uğurlar arzulayıram. Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Təhsil Naziri 6

[close]

p. 12

WELCOME LETTERS Dear Ladies and Gentlemen! On behalf of the Ministry of Education of the Republic of Azerbaijan, I would like to welcome you to the opening of the 9th Azerbaijan International Education and Career Exhibition . One of the main challenges of the modern era is to increase the role of education in economic life. Education not only increases people’s knowledge and skills, but also plays an important role in their future development, social integration and self-awareness as a citizen. Rapid technological progress requires a regular renewal of knowledge and skills. Accordingly, this increases the demand to acquire new and more affordable qualifications and to develop skills. In modern times, successful and sustainable economic growth in various countries around the world has been achieved through the effective development of human capital. In accordance with the requirements of the modern world, new projects are being implemented at all levels of education, one of which springs to mind, that of the SABAH groups (Sabah qrupları) project. In my opinion, even though they were created just a year ago, SABAH groups are rapidly earning a reputation in the field of higher education and will play an important role in the training of our well-educated, skilled and prepared citizens. They will no doubt also contribute to improving the quality of the higher education sector as a whole. In general, it is foreseen that measures related to supporting the transformation of higher education institutions into education, research and innovation centres, applying higher educational standards, providing training for competitive specialists and preparing the modern standards necessary for developing the modern curricula for each specialty in accordance with the needs of community and economy, shall be implemented. It has been observed that education of a purely theoretical nature is gradually losing its importance in this era of modern scientific and technological progress, innovation and modernization. In this regard, the education reforms that have been implemented in our country have emphasized that, in shaping the content of education, mainstreaming the importance of practical skills, knowledge and competence is of key importance, alongside academic knowledge. A person’s competence is their ability to effectively and efficiently implement the use of their acquired knowledge and skills. It is no coincidence that interest in vocational education, which involves practical knowledge and skills, has been growing around the world in recent years. The level of focus on this sector has increased in Azerbaijan too. Work has been done in the field of infrastructural development of vocational education institutions, and cooperation with the private sector, employers and international organisations has been established. To this end, the Ministry of Education’s project ‘Modern Professionals of Azerbaijan’ is being implemented in the form of effective cooperation with cooperating partners; this work is still underway. In addition to improving the content in vocational education institutions, the strengthening of potential of human resources is also of great importance. The priority issues we are currently faced with include: the employment of graduates of vocational schools, the preparation of proposals on the implementation of relevant amendments to the labour legislation, cooperation with employers, formal vocational training, international experience within the professional education system, raising the prestige of vocational education and many other important aspects. I hope that the 9th Azerbaijan International Education and Career Exhibition will contribute to reaching our strategic targets in terms of education, ensuring the expansion of cooperation in educational institutions and creating additional opportunities for educators, as well as learners, to help them learn and work together. I would like to wish all the participants of the exhibition every success in their endeavours. Mikayil Jabbarov, Minister of Education of the Republic of Azerbaijan 7

[close]

p. 13

SALAMLAMA MƏKTUBLARI Hörmətli xanımlar və cənablar! Azərbaycan Respublikasının Sahibkarlar (İşəgöturənlər) Təşkilatları Milli Konfederasiyasının adından 9-cu Azərbaycan Beynəlxalq Təhsil və 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgilərinin iştirakçılarını və qonaqlarını səmimi qəlbdən salamlayıram. Təhsil hər bir dövlətin sağlam inkişafının təməli olduğundan, hərtərəfli biliklərə malik olan gənc nəslin yetişdirilməsi dövlətimizin ən mühüm məqsədlərindən biridir. Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası sahəsində kardinal addımlar atılmış, təhsil siyasəti ölkəmizin davamlı inkişaf strategiyasının prioritet istiqamətinə çevrilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə qayğını dövlət siyasəti səviyyəsinə qaldırması, prioritet fəaliyyət sahəsinə çevirməsi nəticəsində Azərbaycanda təhsil sistemi sürətlə və davamlı inkişaf edir. Dövlət başçısının irəli sürdüyü konsepsiyaya uyğun olaraq, əsas strateji hədəfimiz neft kapitalının insan kapitalına çevrilməsidir. Əminik ki, davamlı olaraq keçirilən tədbirdə iştirak edən şirkətlər, beynəlxalq təşkilatlar və müxtəlif ölkələrin universitetləri arasında yeni əməkdaşlıq əlaqələri qurulacaqdır. Həmçinin “Təhsil” və “Karyera” sərgiləri yeni ideya və layihələrin təqdim edilməsi, müzakirələr və danışıqların aparılması üçün geniş imkanlar yaradacaqdır. Sərginin açılışı münasibəti ilə hər birinizi bir daha salamlayır, sərginin təşkilatçılarına və iştirakçılarına öz işlərində yeni-yeni uğurlar arzulayıram. Hörmətlə, Günay Cəfərli Azərbaycan Respublikası Sahibkarlar (İşəgöturənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katibi 8

[close]

p. 14

WELCOME LETTERS Dear Ladies and Gentlemen, On behalf of the National Confederation of Entrepreneurs’ (Employers) Organizations of the Republic of Azerbaijan, I sincerely welcome the participants and visitors of the 9th Azerbaijan International Education Exhibition and the 9th Azerbaijan International Career Exhibition. Education is the foundation for the healthy development of every nation, which is why raising a young generation with a thorough and vast knowledge is one of our country’s key goals. Fundamental steps have been taken with regard to integrating the Azerbaijani education system into the European Higher Education Area (EHEA) and educational policy has become a priority for our country’s sustainable development strategy. As a result of focusing attention on education within public policy, and treating it as a priority area of action, all thanks to President Ilham Aliyev, the education system in Azerbaijan is now developing rapidly and steadily. In accordance with the main ideas put forward by the head of state, a key strategic goal is to change the country’s oil capital into human capital. We are confident that this traditional event will provide an opportunity for new long-lasting partnerships to be set up between participating companies, international organisations and universities from different participating countries. Moreover, the Education and Career exhibitions will create opportunities for the presentation of new ideas and projects and will provide a platform for discussions and negotiations. Once again, I would like to welcome you all to the opening of the exhibitions and wish the organisers and participants of the exhibitions every success in their work. Respecfully, Gunay Jafarli Secretary General of the National Confederation of Entrepreneurs’ (Employers) Organizations of the Republic of Azerbaijan 9

[close]

p. 15

TƏŞKİLAT KOMİTƏSİNİN SALAMLAMA MƏKTUBU Hörmətli sərgi iştirakçıları, əziz qonaqlar! Sizi, beynəlxalq sərgi və konfransların təşkilatçısı olan “Caspian Event Organisers” şirkəti adından 9-cu Azərbaycan Beynəlxalq Təhsil və 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgilərində salamlayırıq. Karyera barədə heç olmasa bircə dəfə düşünən hər bir kəs yaxşı anlayır ki, gələcəyini öz əlləri ilə yaratmaq üçün öz uğurunun təməlini düzgün qoymalıdır. Dünya üzrə bir çox insanlar xaricdə təhsil almağa, bundan əlavə, öz vətənindən kənarda da tanınan peşəkar ixtisaslaşdırma dərəcəsinə yiyələnməyə çalışırlar. Artıq uzun müddətdir ki, təhsildə “Beynəlxalq mobillik” beynəlxalq standarta çevrilib və məhz buna görə də, “Təhsil” və “Karyera” sərgiləri ildən-ilə öz əhəmiyyətini qoruyub saxlayır və sərgi ziyarətçilərinin sayı isə durmadan artır. Müasir dövrümüzdə istənilən hər bir kəs üçün insan kapitalının əsas tərkib hissələrindən biri hesab olunan təhsil, getdikcə qloballaşan əmək bazarında insanların rəqabət aparmaq qabiliyyətini bir çox baxımdan müəyyən edir. Bugün “Təhsil” və “Karyera” sərgiləri bir-birini tamamlayan və qarşılıqlı əlaqəli iki sektoru bir araya gətirən unikal işgüzar platformanın təmsilçisidir. Burada aparıcı yerli və xarici ali təhsil müəssisələri Azərbaycanın qabaqcıl şirkətləri ilə yanaşı, özlərinin və təmsil etdikləri dövlətlərin yaxşı gələcəyini təmin edilməsində bir sıra imkanlara nail olurlar. Fürsətdən istifadə edərək, sərgilərin təşkil olunması və keçirilməsi zamanı göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə dərin minnətdarlığımızı bildirir və təşkilatçılar adından sərgilərin bütün iştirakçı və qonaqlarına uğurlar arzulayırıq! Təşkilat komitəsi 10

[close]

Comments

no comments yet