COG 2015 Official Catalogue

 

Embed or link this publication

Description

COG 2015 Official Catalogue

Popular Pages


p. 1



[close]

p. 2



[close]

p. 3



[close]

p. 4



[close]

p. 5



[close]

p. 6



[close]

p. 7



[close]

p. 8

Salamlama • XXII BEYNƏLXALQ “XƏZƏR NEFT VƏ QAZ” SƏRGİ VƏ KONFRANSININ İŞTİRAKÇILARINA Hörmətli iştirakçılar! Sizi XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışı münasibəti ilə səmimi-qəlbdən salamlayıram. Böyük nüfuza malik bu ənənəvi işgüzar tədbirin təşkil olunduğu ilk vaxtlardan Azərbaycanın neft-qaz sənayesinin strateji hədəf və nailiyyətlərinin bəyan edilməsi üçün əlverişli şərait yaratmışdır. İndi ölkəmiz özünün sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. Sürətli inkişafın nəticəsi olaraq qazandığımız uğurlar həyatımızın bütün sahələrində, o cümlədən qeyri-neft sektorunda əsaslı irəliləyişlərə yol açmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyası bu gün də ardıcıl davam etdirilir. Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr arasında qısa müddətdə öz layiqli yerini tutmaqla, Avropanın enerji təhlükəsizliyi üzrə strateji müttəfiqə çevrilmiş və regional əməkdaşlıq məsələlərində konstruktiv rol oynayan etibarlı tərəfdaş olmuşdur. Ötən dövr ərzində neft siyasətində davamlı inkişaf nümayiş etdirən Azərbaycan bir sıra transmilli layihələrin həm təşəbbüskarı olmuş, həm də onların icrasında fəal iştirak etmişdir. TANAP qaz boru kəmərinin bu yaxınlarda keçirilmiş təməlqoyma mərasimi belə geosiyasi layihələrdə ölkəmizin mövqeyini möhkəmlədən önəmli addımlardan biridir. İyirmi ildən artıq təcrübəsi olan “Xəzər Neft və Qaz” sərgi və konfransı qüvvələrimizi birləşdirməklə, bütün iştirakçılar arasında həqiqi qarşılıqlı anlaşma mühiti yaradır, geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açır. İnanıram ki, sərgi və konfransınız dünyada neft-qaz sahəsində gedən proseslər fonunda səmərəli əməkdaşlığa öz töhfəsini verəcək, mühüm görüş yeri olduğunu bir daha sübut edəcəkdir. Hamınıza ölkələrinizin rifahı və tərəqqisi naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti 6

[close]

p. 9

• Greeting TO THE PARTICIPANTS OF THE 22nd INTERNATIONAL CASPIAN OIL AND GAS EXHIBITION AND CONFERENCE Dear Participants, I sincerely welcome you to the opening of the 22nd International Caspian Oil and Gas Exhibition and Conference. This traditional business event has had a great reputation, even from its early years of implementation and has created favourable conditions for the declaration of strategic aims and achievements within the oil and gas industry. Today, our country is experiencing a period of great socio-economic progress. The success we have achieved so far has been a result of rapid development, which has paved the way for major progress in all spheres of our life, as well as in non-oil sectors. The energy strategy defined by our National Leader Heydar Aliyev is still in place. In a short space of time, Azerbaijan has taken ranks among countries exporting huge volumes of oil and gas and has become a strategic ally for Europe in terms of energy security. It has also shown itself to be a reliable partner by playing a constructive role in regional cooperation. In recent years, Azerbaijan has demonstrated sustainable development and has initiated a number of transnational projects, while taking an active part in their implementation. The TANAP gas pipeline groundbreaking ceremony, which recently took place, is one of the significant steps that has strengthened our country’s position in relevant geopolitical projects. The Caspian Oil and Gas Exhibition and Conference, which has been run for more than 20 years, creates a real atmosphere of mutual understanding among participants and opens new horizons for broad economic relations by combining our mutual strengths. I believe that the exhibition and conference will enhance effective cooperation within processes in the oil and gas sector and will prove to be an important meeting place. I wish you all success in your activities for the sake of the welfare and prosperity of your countries. Ilham Aliyev The President of the Republic of Azerbaijan 7

[close]

p. 10

Salamlama • Hörmətli sərgi iştirakçıları! Sizi ənənəvi 22-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm və salamlayıram. Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən hazırlanıb və 22 ildir ki, müvəffəqiyyətlə təşkil olunan bu sərgi nəinki Azərbaycanda, eləcədə regionda və geniş miqyasda nüfuz qazanan enerji sənayesinin ən mühüm tədbiri olmaqla yanaşı, ilk vaxtlarından etibarən Azərbaycanın neft-qaz sənayesinin başlıca istiqamətlərinin və strateji prinsiplərinin çatdırılması üçün gözəl şərait yaratmışdır. 1994-cü ildə dünyanın tanınmış şirkətləri ilə imzalanmış sazişlərlə başlayan inkişaf yolu bu gün Azərbaycanı Avrasiyanın enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşına çevirmişdir. Ötən müddət ərzində ölkəmiz neft siyasətində davamlı və yüksələn xətt üzrə inkişaf nümayiş etdirərək, qlobal transmilli layihələrin istər təşəbbüskarı, istərsə də icrası rolunu layiqincə gerçəkləşdirmişdir. “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri respublikamızın mövqeyini və qlobal tərəfdaşlığını möhkəmləndirən uğurlu addımlardır. Enerji resurslarına olan tələbatın daim artması, karbohidrogen ehtiyatlarının məhdudluğu, enerji istehsalı ilə qlobal iqlim proseslərinə təsirlər, istehsal prosesi ilə bağlı yaranan texnogen problemlərin idarə edilməsindəki çətinliklər alternativ və bərpa olunan enerji mənbələrindən və enerjidən səmərəli istifadəni zəruri etmiş və ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyevin rəhbərliyi altında XXI əsrin əvvəllərində önəmli addımlar atılmışdır. Hal hazırda da sahənin inkişafı üçün yeni infrastruktur yaradılır. Artıq ölkəmizdə bir sıra – külək, günəş, bioqaz, kiçik su, elektrik stansiyaları və sair layihələr həyata keçirilir və bu işlər ardıcıl olaraq davam etdiriləcəkdir. Yaxın gələcəkdə hər bir kənd, hər bir rayon alternativ və bərpa olunan enerji mənbələrinin hesabına enerji ilə təmin olunacaq. Bu baxımdan Xəzər Neft və Qaz sərgisi ilə yanaşı keçirilən “Caspian Power” 2015 – 5-ci Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisinin keçirilməsi çox aktual və məqsədyönlüdür. Ümid edirəm ki, “Caspian Power” 2015 sərgisində təqdim olunan avadanlıq və texnologiyalar respublikada həyata keçirilən yeni energetika layihələrində təyinatı üzrə istifadə olunacaq və Azərbaycanın enerji kompleksinin müasirləşdirilməsinə kömək edəcəkdir. İnanıram ki, “Xəzər Neft və Qaz” sərgi və konfransı həm qlobal, həm regional səviyyələrdə yeni əlaqələrin qurulmasına, mövcud əməkdaşlığın bundan sonra da dərinləşməsinə zəmin yaradacaq, dünyada neft-qaz sahəsindəki proseslərə töhfəsini verməklə mühüm görüş yeri olduğunu bir daha sübuta yetirəcəkdir. Xəzər Neft və Qaz sərgi və konfransının iştirakçılarını, ziyarətçilərini və fəxri qonaqlarını bir daha ürəkdən salamlayır, keçirilən tədbirlərdə müvəffəqiyyətlər və səmərəli iş arzu edirəm. Hörmətlə, Natiq Əliyev Azərbaycan Respublikasının Energetika Naziri 8

[close]

p. 11

• Greeting Dear Exhibition Participants, I sincerely welcome you on the occasion of the opening of the 22nd International Caspian Oil and Gas Exhibition. The foundations of the International Caspian Oil and Gas Exhibition and Conference were laid by Heydar Aliyev, our National Leader, and the events have been consistently well organised for 22 years. They have become the energy industry’s most significant events, having gained prestige not only in Azerbaijan, but also at a regional and wider level. Ever since its inception, it has provided favourable conditions for presenting the key areas and strategic principles of Azerbaijan’s oil and gas industry. The development path, which started in 1994 with the signing of contracts with internationally well-known companies, has turned Azerbaijan into a reliable partner for Eurasian energy security. In recent years, our country has shown continuous and increasing development in the area of oil policy and has fulfilled its role as both initiator and executor of transnational projects. The second phase of the development project is the Shah Deniz gas field and the expansion of the Southern Caucasus Pipeline (SCP), the TANAP and TAP projects are all successful steps to strengthen our country’s position and global partnerships. The growth in demand for energy resources, the limited hydrocarbon resources, energy production’s impact on the climate, and the difficulties in handling man-made challenges due to energy production processes have led to the use of alternative and renewable energy sources. Significant steps have been made in using alternative and renewable energy sources in Azerbaijan at the beginning of the 21st century under the leadership of Mr Ilham Aliyev, President of the Republic of Azerbaijan. New infrastructure is currently being created to develop this industry. A number of projects including but not limited to wind, solar, biogas energy and small hydroelectric power stations have already been implemented and are due to be continued. In the near future, each village and region will be supplied with energy from alternative and renewable sources. From this point of view, holding Caspian Power 2015, the 5th Anniversary Caspian International Power and Alternative Energy exhibition in parallel with the Caspian Oil and Gas Exhibition is very topical and purposeful. I hope that the equipment and technologies presented at Caspian Power 2015 will be used in new energy projects in our country and will help modernise Azerbaijan’s energy sector. I believe that the Caspian Oil and Gas Exhibition and Conference will create further conditions for establishing new relations at both a global and regional level. I also hope that it will enable the intensification of existing cooperation and will once again demonstrate its role as a significant meeting place by contributing to the processes of the world’s oil and gas sector. Once again, I sincerely welcome participants, visitors and guests of the Caspian Oil and Gas Exhibition and Conference and wish you every success at the events. Yours sincerely, Natig Aliyev Minister for Energy of the Republic of Azerbaijan 9

[close]

p. 12

Salamlama • Xanımlar və Cənablar! Sizi qədim neft diyarı, Odlar yurdu Azərbaycanda səmimi salamlayır, “Xəzər Neft və Qaz-2015” beynəlxalq sərgi-konfrasının açılışı münasibəti ilə təbrik edirəm. Azərbaycan neftçiləri əsrlər boyu dünya neft sənayesinin inkişafına mühüm töhfələr vermiş, çoxsaylı innovativ yeniliklərə imza atmışlar. Zəngin ənənələrimizi yaşadır, inkişaf yolunda inamla irəliləyirik. Azərbaycanın milli lideri Heydər Əliyev tərəfindən ötən əsrin sonlarında təməli qoyulmuş enerji strategiyası yeni-yeni zəfərlər qazanır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən həmin strateji kurs ölkəmizi qlobal enerji təhlükəsizliyi sistemində layiqli mövqeyə çıxarmişdir. Azərbaycan bu gün həm etibarlı neft təchizatçısı, həm də zəngin alternativ təbii qaz mənbəyi kimi diqqət mərkəzindədir. Dünya neft sənayesinin əlamətdar hadisələrindən birinə çevrilmiş ənənəvi “Xəzər neft və qaz” sərgi-konfransı hər il böyük beynəlxalq rezonansa səbəb olur. Ölkəmizdə enerji resurslarının axtarışı, hasilatı, emalı və dünya bazarına çıxarılması, təchizat marşrutlarının diversifikasiyası, regionda təhlükəsizliyin təminatı məqsədi ilə həyata keçirilən irimiqyaslı layihələr qlobal enerji prosesinin başlıca yenilikləri sırasında əhəmiyyətli yer tutur. Mühüm regional və beynəlxalq önəm kəsb edən Cənub Qaz Dəhlizinin açılması Azərbaycanın tükənməz təbii potensialının daha geniş həcmlərdə reallaşmasına, enerji ehtiyatlarının Avropa bazarlarına çıxarılmasına əlverişli imkan yaradacaqdır. Müasir dövrün ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi Azərbaycan qazını Gürcüstan və Türkiyəyə nəql edən Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsini, Türkiyə ərazisində TANAP qaz kəmərinin inşa edilməsini, “Şahdəniz” yatağının işlənilməsi üzrə 2-ci mərhələdə hasil olunacaq 16 milyard kubmetrlik təbii qazın həmin kəmərlər vasitəsi ilə Türkiyəyə, oradan isə TAP boru kəməri ilə Avropa İttifaqı ölkələrinə nəql edilməsini nəzərdə tutur. TANAP-ın təməlinin qoyulması ilə bu istiqamətdə daha bir mühüm addım atılmışdır. SOCAR-ın belə bir tarixi layihənin həyata keçirilməsində liderlik etməsi Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir. Eləcə də Türkiyə, İsveçrə, Gürcüstan, Ukrayna, Rumıniya və başqa ölkələrdə şirkətin göstərdiyi uğurlu fəaliyyət tutulan yolun müvəffəqiyyətlə davam edəcəyinə böyük inam yaradır. Şübhə yoxdur ki, sərgi-konfransda aparılan müzakirələr dünya neft sənayesinin inkişafı naminə yeni perspektivlər açacaq, həyata keçirdiyimiz layihələrin miqyas və əhəmiyyətini daha aydın nümayiş etdirəcəkdir. Əziz dostlar! “Xəzər Neft və Qaz” 2015 beynəlxalq sərgi-konfransının açılışı münasibətilə hamınızı bir daha təbrik edir, forumun işinə uğurlar arzulayıram! Rövnəq Abdullayev SOCAR-ın Prezidenti 10

[close]

p. 13

• Greeting Dear Ladies and Gentlemen, I sincerely welcome you to Azerbaijan, the ancient country of oil and the Land of Fire. I also congratulate you on the occasion of the opening of the 2015 International Caspian Oil and Gas Exhibition and Conference. For many centuries, Azerbaijani oil workers have made significant contributions to the development of the world’s oil industry and have participated in many revolutionary innovations. We keep our traditions alive and confidently move forward on our path of development. The oil transportation strategy, which was founded by Heydar Aliyev, National Leader of Azerbaijan at the end of the last century, has been very successful. Its strategic course was successfully pursued under the leadership of President Ilham Aliyev, who has brought our country to a decent position within the global energy security system. Today, Azerbaijan is a main focus as both a reliable oil supplier and a rich alternative source of natural gas. The Caspian Oil and Gas Exhibition and Conference has made it a significant event within the world’s oil industry and it has great international resonance every year. Exploration, production, processing and transportation to the world market of our country’s energy resources, as well as the diversification of supply routes and large-scale projects implemented for the purpose of providing security in the region occupy a crucial place among key parts of the global energy process. The commissioning of the Southern Gas Corridor project, which is of great regional and international significance, will create favourable conditions for the larger-scale implementation of Azerbaijan’s inexhaustible energy potential and transportation of energy resources to European markets. As one of the largest current infrastructure projects, the Southern Gas Corridor envisages the expansion of the Southern Caucasus gas pipeline in order to transport Azerbaijani gas to Georgia and Turkey. It also anticipates the construction of the TANAP gas pipeline in Turkey and the transportation of 16 bcm of natural gas (to be produced as part of the Shah Deniz Stage 2 FFD project) via the above-mentioned pipelines to Turkey and, via the Trans-Adriatic Pipeline (TAP), to the European Union. In this regard, the laying of the foundation of the TANAP pipeline represents another greatly significant step. SOCAR’s leading role in the implementation of such a historical project further strengthens Azerbaijan’s international standing. Moreover, the company’s successful activity implemented in Turkey, Switzerland, Georgia, Ukraine, Romania and other countries instils great confidence in the successful future continuation of this development path. The discussions held at the exhibition and conference will undoubtedly reveal new prospects for the development of the world’s oil industry and will more clearly demonstrate the scale and significance of the projects that we have implemented thus far. Once again, I congratulate you all on the opening of the 2015 International Caspian Oil and Gas Exhibition and Conference and wish you every success at this forum! Rovnag Abdullayev President of SOCAR 11

[close]

p. 14

Salamlama • Hörmətli xanımlar və cənablar! Təşkilatçılar adından bütün iştirakçı və qonaqları 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisinin açılışı münasibəti ilə təbrik edirəm və hamınızı salamlayıram. İlbəil genişlənən və daha böyük əhəmiyyət kəsb edən bu tədbirin artıq 22-ci dəfə keçirilməsi ona işarə verir ki, Azərbaycanda siyasi və iqtisadi sabitlik və biznes əlaqələri üçün ən münbit şərait hökm sürür. Qoşulduğu beynəlxalq enerji layihələrinin icra olunmasında Azərbaycan Respublikası uğurla çıxış edərək, ildən ilə yeni nailiyyətlər əldə etməsi, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə qurulan və Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyevin himayəsi ilə inkişaf etdirilən Xəzər Neft və Qaz sərgisi bu il dünyanın 27 ölkəsindən olan 300-dən artıq şirkəti iştirakçı qismində qəbul edir. Bu beynəlxalq tədbir artıq Xəzəryanı ölkələr üçün böyük əhəmiyyət kəsb edən mühüm hadisəyə çevrilmişdir, və ölkənin mövqeyinin dünya arenasında daha da möhkəmlənməsinə köməklik göstərir. Bu illər ərzində “Əsrin Müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac boru kəməri, “TANAP”, “TAP” qaz boru kəmərləri “Azəri-Çıraq-Günəşli” neft və “Şahdəniz” qaz kondensatı yataqlarının işlənməsi və bənzər mühüm hadisələr regionun energetika sahəsində dönüm nöqtələri olaraq tarixə həkk olunmuşdur. Bu sərgi bu mühüm hadisələri beynəlxalq aləmdə işıqlandırmağa, regiona xarici iş adamları və investorların diqqətini cəlb etməyə köməklik etmiş və bununla neft və qaz sahəsinin inkişafına mühüm təsir göstərmişdir. Əminik ki, bu il keçirilən sərgi hər il olduğu kimi iştirakçılar arasında işgüzar əlaqələrin yaranması, yeni texnologiyaların öyrənilməsi və tətbiqi baxımından uğurlu olacaqdır. Təşkilat komitəsi “Xəzər Neft və Qaz” 2015 Sərgisinin təşkili və keçirilməsində mühüm dəstək göstərən Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə minnətdarlığını bildirir. Sərgi və konfrans iştirakçılarına məhsuldar iş, müvəffəqiyyətlər və gələcək nailiyyətlər arzulayıram! Hörmətlə, Edvard Stroon Icraçı Direktor ITE Group PlC 12

[close]

p. 15

• Greeting Dear Ladies and Gentlemen, On behalf of the organisers, I would like to congratulate and welcome all the exhibitors and visitors of the 22nd International Caspian Oil and Gas Exhibition. The fact that this event, which is gaining more and more importance year on year, is being organised for the 22nd time, clearly indicates the country’s political and economic stability, as well the favourable conditions it provides for forming business contacts. Azerbaijan is one of the parties who have been successfully participating in international energy projects. Moreover its numerous achievements stem from its economic policy. This year the International Caspian Oil and Gas Exhibition, which was established with the support of the former President of the Republic of Azerbaijan, National Leader Heydar Aliyev, and developed under the auspices of the current President of Azerbaijan, Ilham Aliyev, welcomes more than 300 companies from 27 different countries around the world as exhibitors. This international event has become a significant event for Caspian countries and contributes towards strengthening Azerbaijan’s position within the global arena. The Contract of the Century, the Baku-Tbilisi-Ceyhan (BTC) Main Export Pipeline, the TANAP and TAP gas pipelines, the development of Azeri-Chirag-Guneshli oil, the Shah Deniz gas and condensate fields and many other significant projects and events have been implemented over the years, marking the turning points in the region’s energy sector and have therefore become a part of Azerbaijan’s history. This exhibition helps highlight these events, by attracting attention from foreign businessmen and investors in the region as well as contributing to the development of the oil and gas sector. I am confident that this year the exhibition will be a success in terms of the study and application of new technologies and that it will help exhibitors and visitors to establish business contacts. On behalf of the event organisers, I would like to express our gratitude to the Ministry of Energy of the Republic of Azerbaijan and the State Oil Company of the Republic of Azerbaijan for their invaluable support in organising the International Caspian Oil and Gas Exhibition 2015. I hope that the exhibitors will find the events productive and I wish them every success in the future! Yours sincerely, Edward Strachan Executive Director ITE Group PLC 13

[close]

Comments

no comments yet