Azərbaycan Respublikasında e-İştirak İmkanlarinin Təhlili

 

Embed or link this publication

Description

Azərbaycan Respublikasında e-İştirak İmkanlarinin Təhlili

Popular Pages


p. 1

Azərbaycan Respublikasında e-İştirak İmkanlarinin Təhlili

[close]

p. 2

“Bizim metodlara elmin inkişafı, təhsil, innovativ sahibkarlıq, yeni texnologiyaların inkişafı, eləcə də, biznes mühitinin yaxşılaşdırılması daxildir. Hökumət hazırda rəqəmsal infrastrukturun inkişafına, internet infrastrukturuna, telekommunikasiyalara, radio və televiziyaya, məlumat ötürülməsi şəbəkələrinə investisiyalar qoymaqdadır. Ən böyük layihələrdən biri e-İdarəçilik layihəsidir. 478 hökumət xidmətlərindən 350 xidmət e-hökumət portalında mövcuddur. Biz xüsusən İKT-nin təhsildə tətbiqinə fikir veririk. İkinci telekommunikasiya peykinin buraxılması artıq planlaşdırılıbdır. AzTelekom artıq Qazaxtelekomla optik sualtı kabel quraşdırılması ilə bağlı saziş imzalayıbdır. Belə ki, xarici bazarlarda regional layihələrə daxil olmanı təmin etmək üçün Trans-Avrasiya Super İnformasiya Magistralının tikintisi başlanacaqdır.” Əli Abbasov Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Naziri 1

[close]

p. 3

2

[close]

p. 4

Mündəricat 1. Birləşmiş Millətlər Təşkilatı e‐Hökumət və e‐İştirak Sistemlərinin mühüm əhəmiyyətini tanıyır ................................................................................................................................ 10 1.1 e-Hökumət xidmətləri və tələbatların müxtəlifliyi .......................................................................11 1.2 e-İştirak e-Hökumətin alt komponenti kimi .................................................................................12 2. Azərbaycan Regional İnnovasiya Mərkəzinə çevrilir.................................................................. 12 2.1 Azərbaycan telekommunikasiyalar sahəsində mühüm irəliləyiş əldə etmişdir ...........................14 2.2 Azərbaycan e-Hökumət inqilabına başlayıbdır ...........................................................................17 2.2.1 Açıq Hökumət Məlumatları sürətlənir...................................................................................17 2.2.2 Hökumət xidmətlərindən istifadə inkişaf edir .......................................................................18 2.2.3 Azərbaycan e-İmzaların istifadəsində regional liderliyi qazanıb .........................................18 2.3 Azərbaycanın müvəffəqiyyəti uzaqgörən siyasətə əsaslanır ........................................................19 3. e‐İştirak Azərbaycanda necə fəaliyyət göstərə bilər .................................................................. 20 3.1 e-İştirakın ən müvafiq özəlliklərini Azərbaycan seçir .................................................................21 3.2 Digər ölkələrdəki nümunələr e-İştirak vasitəsi ilə dəyişkənliyin və faydalılığın mümkün olmasını göstərir ............................................................................................................24 3.2.1 Partecipa.Net layihəsi İtaliyada 20-dən çox yerli hökuməti birləşdirir ................................24 3.2.2 İspaniyada e-Kognokrasiya və e-Demokratiya İctimai İslahatların Həllərini tapmaqda kömək edir ...........................................................................................................24 3.2.3 Avropada e-İştirak Sistemlərindən Geni Dəyişdirilmiş Orqanizmlərin (GDO) təsdiqini qiymətləndirmək üçün istifadə edirlər ...................................................................26 3.2.4 Əlillər daxil olmaqla, cəmiyyətin bütün hissələri arasında e-İştirakın həvəsləndirilməsinə böyük səy göstərilmişdir......................................................................26 3.2.5 İsveçrənin “Comuno” e-İştirak Sistemi vətəndaşları sosial şəbəkələrə bağlayır...................27 3.2.6 Türkiyədə Böyük Millət Məclisi e-İştiraka geniş şəkildə arxalanır ......................................27 3.2.7 Koreyada e-İştirak onlarla məsələ ilə bağlı şəhər islahatları təyin etmək üçün istifadə olunur .......................................................................................................................28 3.2.8 Birləşmiş Krallıqda, e-İştirak Sistemi Hüquqi İcma üçün Birləşdirilmiş Peer-toPatent Platformasını təmin edir ............................................................................................29 3.3 E-iştirak uğurunun əhəmiyyətli elementi vətəndaş iştirakının fəal stimulyasiyasıdır ............................................................................................................................30 3.3.1 Avropa daxilində Vətəndaşların Təşəbbüsü (VT) təcrübəsi uğur qazanmaq üçün yüksək səviyyəli dəstəyin əhəmiyyətini göstərmişdir ........................30 3.3.2 “Rəqəmsal Bölgü” əlaqələndirməsində təhlil İspaniyada e-İştirakın əhəmiyyətli rolunu qeyd edir....................................................................................................................32 3.3.3 Koreyada Uğurlu e-İştirakın vətəndaşlar üçün effektiv təşviqindən sonra sürətlə inkişaf edir ............................................................................................................................34 3.3.4 Norveçdə aparılan tədqiqat elektron iştirak (e-iştirak) sistemlərinin hazırlanmasında maraqlı tərəflər üzrə təhlillərin və analizlərin mühüm rolunu əhatə etməmişdir...................................................................................................................35 3.3.5 Siyasi təhsil, e-İştirakın stimullaşdırılmasında da mühüm əhəmiyyətə malikdir ..................36 3.3.6 Sosial media e-İştirakın stimullaşdırılması üçün üstünlük və ya prioritet olmalıdır .............37 3.3.7 Tədqiqat, həmçinin, göstərir ki, e-İştirak sisteminin həyata keçirilməsi ən uyğun və müvafiq alətlərin seçilməsindən asılıdır ...............................................................................37 3.3.8 Mütəxəssislər razılaşırlar ki, gənclərin iştirakı həvəsləndirilməli və təşviq edilməlidir.............................................................................................................................38 3

[close]

p. 5

3.3.9 Tədqiqat e-İştirak sistemlərinin qiymətləndirilməsi üçün bir sıra göstəriciləri və ölçüləri müəyyən etmişdir ....................................................................................................39 3.4 Bu, Azərbaycanda e-İştirak üzrə Milli Tədbirlər Planının işlənib hazırlanması üçün bir sıra məlumatların əldə edilməsinə gətirib çıxarır ............................................................40 4. Azərbaycanda Dünya Standartlarına cavab verəcək e-İştirak Platformasının yaradılması üçün Tədbirlər Planı (2015 – 2018).......................................................................43 4.1 Azərbaycanda uğurlu e-İştirak sistemi müxtəlif ölçü və tədbirlər ilə hökumətin fəaliyyətindən asılı olacaqdır .......................................................................................................43 4.1.1 Azərbaycan öz millətinin mədəniyyətinə ən yaxşı şəkildə uyğun gələcək əsas eİştirak elementlərini müəyyənləşdirməlidir..........................................................................43 4.1.2 Azərbaycan Hökuməti e-İştirakın düzgün fəaliyyəti üçün Qanunvericilik sahəsində dönüş mərhələsini müəyyən etməlidir ..................................................................................46 4.1.3 Azərbaycan e-İştirakdan yeniliklərin stimullaşdırılması üçün əlavə vasitə kimi istifadə etməlidir ...................................................................................................................46 4.2 Milli Fəaliyyət Planı üçün əsas və bir hazırlıq mərhələsi var.......................................................49 4.2.1 Hazırlıq mərhələsi dövlətin ali strateqləri və rəsmilərindən tapşırıq almağa yönələcək ........49 4.2.2 1-ci mərhələyə keyfiyyətlərdəki boşluqların yüksək səviyyədə təhlili və qiymətləndirilməsi daxildir...................................................................................................50 4.2.3 2-ci mərhələyə proqramların prioritetləşdirilməsi, sistemlərin təhlili və mexaniki (quraşdırma) planlaşdırılması daxildir..................................................................................52 4.2.4 3-cü mərhələyə fəaliyyətin stimullaşdırılması üçün tətbiq etmə və milli məlumatlandırma kampaniyasını əhatə edəcəkdir................................................................53 4.2.5 Layihə İdarəçiliyi Strukturu vətəndaşların birləşməsini və hökumətin iştirakını təmin edəcəkdir...............................................................................................................................54 4.2.6. Kompleks hədəf qruplarının istifadəsi innovasiya mənbəyi kimi xidmət edəcək ...............56 4.2.7 Planlaşdırmanın Mərkəzində ən yaxşı e-İştirak tətbiqlərini seçmək üçün nəzərdə tutulmuş Çoxdəyişən Yoxlama Prosesi dayanır ..................................................................58 4.2.8. Azərbaycan hökuməti “Gənc Kodlaşdırıcıların Proqramı”nın yaradılmasını nəzərdən keçirməlidir...........................................................................................................................62 4.2.9. Kitabxanalar kimi hökumət binalarında qurulmuş informasiya mərkəzləri ucqar kəndlərlə əlaqə səviyyəsi üzrə qiymətləndiriləcəkdir...........................................................63 4.2.10. Azərbaycan hökuməti bir sıra innovativ “Tətbiq laboratoriyaları”nın fəaliyyətə başlamasını nəzərə almalıdır.................................................................................................63 4.2.11 Ənənəvi üsullar haqqında yenidən düşünmək və “Pop-up Lab” proqramını nəzərdən keçirmək faydalı ola bilər .....................................................................................................64 4.3Büdcə İnsan-Gün prinsipi ilə hesablana bilər................................................................................66 5. Azərbaycan Hökuməti Elektron‐İştirakın qəbul edilməsi üçün bir neçə amillərin öhdəsindən gəlməlidir ........................................................................................................ 68 5.1 Tədqiqatçılar elektron İştiraka çoxlu ingibitorlar (əngəlləyicilər) aşkar ediblər ..........................68 5.2 İnternetlə işləyən cihazlara müvafiq giriş çatışmazlığı var ..........................................................71 5.3 Azərbaycanda “rəqəmsal bərabərsizliyi” əbədiləşdirən regional fərqlər......................................73 5.4 İnternetə qoşulma bir çox vətəndaşlar üçün mümkün deyil .........................................................73 5.5 Əhalidə elektron bacarıqlarını qaldırmaq üçün, əhəmiyyətli səylər göstərilməlidir................................................................................................................................73 5.6 Universitet- Biznes Əməkdaşlığının inkişafa ehtiyacı var ..........................................................74 5.7 İnstitusional İslahat və Bürokratik Mühafizəkarlıq həmişə çətin məsələ olub.............................74 4

[close]

p. 6

6. Əlavə‐ beş nümunə .................................................................................................................................. 76 6.1 Parlamentdə Avstraliyanın e-İştirakla təcrübəsi ...........................................................................76 6.2 Rusiya - Avrasiya regionunda uğurlu e-iştirak üçün prinsiplərin qurulması ................................78 6.3 Estoniya-E-İştirakın qanunvericilikdə və tenderlərin İctimai Ötürmə Müqavilələrində istifadə olunması ...............................................................................................80 6.3.1 Estoniya qanunvericiliyində e-İştirak ....................................................................................80 6.3.2 İctimai nəqliyyatda xidmətlər üçün tender ............................................................................81 6.4 Almaniya – Kölndə Büdcələşdirilmədə İştirak ............................................................................82 6.5 Türkiyə - iki uğurlu nümunə: BİMER və SİBİYO .......................................................................84 6.5.1 BİMER...................................................................................................................................85 6.5.2 Türk SİBİYO sistemi .............................................................................................................86 6.5.3 Türkiyədə E-İştirak Xidmətlərinin Xəritəsi...........................................................................88 7. Əlavə ‐ Təklif edilən texnologiya təlimatları ................................................................................ 91 Cədvəllərin Siyahısı 1. Azərbaycan Hökumətinin vacib İKT Proqramları ............................................................................93 2. Azərbaycanda 2005-2013-cü illər üçün İKT-nin əsas göstəricilərinin Ümumi İllik Artım Həcmi (ÜİAH) ......................................................................................................................94 3. Azərbaycanda 2005-2013-cü illər üçün müəssisələrdə İKT-nin əsas göstəricilərinin Ümumi İllik Artım Həcmindən (ÜİAH) istifadə .....................................................95 4. Azərbaycanda Veb Səhifələrdə məlumatların yerləşdirilməsi .........................................................96 5. Azərbaycanda 1996-2013-cü illərdə kommunikasiya xidmətləri üzrə xərclərin əsas göstəricilərinin Ümumi İllik İnkişaf Həcmi (ÜİAH) ................................................................97 6. Azərbaycanda 1996-2013-cü illərdə kommunikasiya xidmətləri üzrə xərclərin makro göstəricilərinin Ümumi İllik İnkişaf Həcmi (ÜİAH).............................................................97 7. Müəssisənin işçilərinin İKT 2005-2013 istifadəsinin Ümumi İllik İnkişaf Həcmi (ÜİAH) .............................................................................................................................................98 8. 2005-2013-cü illər üzrə müəssisələrdə kompüterlərdən istifadənin Ümumi İllik İnkişaf Həcmi (ÜİAH) ......................................................................................................................98 9. Burada e-İştirakın ən azı səkkiz müxtəlif səviyyəsi var .................................................................100 10. İsveç, Hollandiya, Danimarka, Sinqapur və İngiltərədə istifadə edilən e-İştirakın məqsədi və vəsaitləri.......................................................................................................................101 11. e-İştirak vəsaitləri və texnologiyaları .............................................................................................102 12. Planlaşdırma və Mərkəzi Qrup Əməliyyatları Mərhələsinin e-İştirak üçün günlük adambaşına düşən büdcəsi..............................................................................................................103 13. Dörd Sektoru Əhatə Edən Hər Bir Mərkəzi Fəaliyyət Qrupu üçün Günlük Adambaşına Düşən Büdcə ..............................................................................................................103 14. Mərkəzi Fəaliyyət Qruplarının Planlaşdırılması və Hazırlanmasının Qabaqcadan Həyata Keçirilməsi ilə bağlı Günlük Adambaşına Düşən Büdcə ...................................................104 15. Mərkəzi Fəaliyyət Qruplarının Qarşılıqlı Dəyərləndirilməsinin Qabaqcadan Həyata Keçirilməsi ilə bağlı Günlük Adambaşına Düşən Büdcə ...................................................104 16. Avstraliyada Vətəndaşların məlumatı üçün onlayn sorğular hazırlanır .........................................105 17. UYAP, POLNET, MERSİS və KOBinet daxil olmaqla Türkiyədə e-Hökumət təşəbbüsləri ....................................................................................................................................105 5

[close]

p. 7

Şəkillərin Siyahısı e-İştirak həm də Müxtəlif Üsullarla vətəndaş iştirakının və hökumət nəzarətinin tarazlaşdırılması üzərində qurula bilər, lakin Azərbaycan Məlumatlandırmanı, Məsləhətləşməni və Əməkdaşlıq Strategiyasını diqqət mərkəzində saxlamalıdır. Susha və Gr¨onlund (2014), və Mahrer və Krimmer (2005) modellərinə əsaslanaraq ....................................................................................................................................23 2. e-İştirak, Siyasət gündəliklərinin Cəmiyyətin bütün aidiyyatı sektorlarından və Hökumətdən qəbul edilən rəylərə və Phangand Kankanhalli –yə (2008) əsaslanan Qərarların qəbul edilməsi mərhələlərinə əsasən yaradıldığı, nəzərdən keçirildiyi və tənzimləndiyi davamlı prosesdir..............................................................................36 3. Azərbaycan üçün Milli e-İştirak strategiyasının mühüm elementləri Qanunu, Təhlükəsizliyi, İnfrastrukturu, İnsan Resurslarını və Mədəni İrsi tarazlaşdırmalıdır. ..........................................................................................................................44 4. Azərbaycan Hökumətinin yeniliyin stimulyasıyasında çoxlu sayda siyasət imkanları var..................................................................................................................................47 5. e-İştirak üçün Milli Siyasət Dövlət sektorunu, Özəl sektoru və Vətəndaşları əhatə edəcəkdir ..............................................................................................................................48 6. e-İştirak üçün nəzərdə tutulmuş Fəaliyət Planı üç əsas mərhələdən və əsas Mandatının Hökumət strateqlərindən ibarət olduğu İlkin mərhələdən ibarətdir ...........................54 7. e-iştirak tətbiqlərinin müəyyənləşdirilməsi və seçilməsi üçün layihə strukturu hədəf qruplarında Yüksək dərəcəli icraedici orqan, Layihənin idarə edilməsi üzrə qrup və operativ qrupun işinə əsaslanır .................................................................................55 8. Yoxlama prosesinin faydası, texnoloji, təşkilati uyğunluq, e-İştirak tətbiqlərinin seçilməsinin əsas göstəricisi kimi hökumət rəyi ..........................................................................59 9. Qant diaqramı e-İştirak proqramı üçün fəaliyyətin əsas qruplarını göstərir..................................67 10. İKT mallarının satışında Azərbaycanın balansı ümumiyyətlə mənfidir və belə nəticəyə gəlinir ki, sənaye siyasəti, Azərbaycanın rəqabət üstünlüyü ala biləcəyi mobil əlavələrin inkişafı kimi digər sahələrdə cəmlənməlidir. ....................................................70 11. Siyasi İqlim, Texnoloji Problemlər və Elektron İştirakın Əngəlləyicilərinin Üç Sinifinin İdarə olunması Forması ..................................................................................................71 12. Azərbaycan öz ehtiyacları üçün idxal edilmiş “açar təslimi” proqram təminatının əldə edilməsi ilə inkişafını sürətləndirəcək və Mobil İnternet tətbiqetmələrinin inkişafında innovasiyanı sürətləndirəcəkdir .....................................................90 1. 6

[close]

p. 8

Azərbaycan Respublikasında e-İştirak İmkanlarinin Təhlili Beynəlxalq cəmiyyətdən irəli gələn ən yaxşı təcrübələr və texnologiyaların qarşılaşdırılması çərçivəsində dövlət-özəl sektorun hədəf qruplarından istifadə etməklə yüksək dərəcədə innovativ ideyaların müəyyən edilməsi və ekranlaşdırılması ilə elektron iştirak strategiyasının əsasının qoyulması. Bu strategiya öz regionu üçün liderlik rolu oynamaqla Azərbaycan ərazisində formalaşacaq, innovasiyanın stimullaşdırılmasına kömək edəcək və gələcəkdə inkişaf platforması kimi xidmət göstərəcək səmərəli institutların yaradılmasına yardım edəcəkdir Planlaşdırılmış Fəaliyyətlər a) Hərtərəfli elektron iştirak planının dizaynı, b) Ən faydalı və innovativ elektron iştirak layihələrinin müzakirə edilməsi və müəyyən edilməsi üçün vətəndaş-hökumət hədəf qruplarından istifadə, c) Sürətli prototip və gündəlik kod əsaslı üsullardan istifadə etməklə sistemlərin analizi, dizaynı və sistemlər üzrə mühəndislik, d) Davamlı qiymətləndirmə üçün real-vaxt fəaliyyət ölçümləri və panellərinin yayılması və istifadə edilməsi, e) Bütün vətəndaşlar tərəfindən hökumət təsdiqinin artırılması və f) Hökumətdə artan etimadın təşviq edilməsi. Başlama tarixi: 02/05/2015 Başa çatma tarixi: 09/05/2015 Məqsəd a)İnnovasiya və elektron iştirakda Azərbaycanın bir regional lider kimi fəaliyyət göstərməsi, b) Hökumətdə məhsuldarlıq və etimadı artıracaq elektron iştirak tətbiqlərinin yayılması, c) Artan innovasiya və inkişaf üçün platforma kimi gələcəkdə xidmət göstərəcək institutların inşa edilməsi, d) Əhali və biznes üçün yüksək keyfiyyətli və ehtiyac duyulan xidmətlərin çatdırılmasına hökumət üçün daha asanlıqla və daha sürətlə nail olunması. a) Elektron iştirak layihəsi üçün ümümi siyasət əsaslandırması üzrə vaxt qrafikinin tamamlanması, b) Zamanlama və büdcə resurslarının ilkin hesablamaları, c) Hökumət işçisi üçün ilkin tövsiyələr, d) Layihə və büdcə ayrılması üçün hökumət təsdiqinin alınması Elektron iştirak prototipləri üçün ən mümkün yüksək ödəmə sektorlarının müəyyən olunması. Qonşu ölkələrdə elektron iştirakın rəqabət analizi. Elektron iştirak layihəsinin müvəffəqiyyətliliyinin qiymətləndirilməsi üçün meyar ölçümlərinin yaradılması. Vətəndaş-hökumət hədəf qrupu fəaliyyətləri üçün prioritet sektorların müəyyən edilməsi. Hədəf qruplarının formalaşması və yüksək tətbiqli potensial elektron iştirak tətbiqlərinin intensiv müəyyən edilməsi. Qeyd edilənləri qiymətləndirən seçim prosesinin həyata keçirilməsi a)vətəndaşlar üçün tətbiq, b) texniki-iqtisadi əsaslandırma, c) Dövlət və özəl sektorda təşkilati dəyişiklik üzrə çətinliklər və d) Dövlətin strateji nöqteyi-nəzəri ilə uyğunluq. Tətbiq üzrə kənar mənbə, biznes prosesi üzrə kənar mənbə və ya özəl sektor əsaslı tətbiqlər daxil olmaqla, mənbə seçimlərinin davamlı qiymətləndirilməsi Sistem analizi, tərtibatı və sistem mühəndisliyi. Sürətli prototip və günlük depozitar kodların qurulması. İnsan faktorlarının davamlı olaraq yoxlamadan keçirilməsi. Kampaniyanın milli məlumatlandırılma sistemi. Davamlı keyfiyyət monitorinqi və real vaxt fəaliyyəti ölçümlərindən istifadə. a) IP-nin qorunması üçün leqal rejim, b) infrastrukturda birbaşa investisiya, c) Tədqiqat və inkişafın maliyyələşdirilməsi, d) İKT sənayesinə cəlb olunmaq məqsədi daşıyan sənaye siyasəti, e) Hökumət tədarükü, f) Beynəlxalq kooperasiya, g) e-Hökumət a) Nazirliyin bütün layihə nəzarətinin koordinatlaşdırılması, b) e-iştirak tətbiqinin həyata keçiriləcəyi yerlərdə müvafiq nazirlik, c) memarlıq və rəhbərlik layihəsində dəstək olan BMTnin İnkişaf Proqramı, d) İcraçı liderlik komandası - BMTİP / layihənin işçi heyəti ilə müştərək Mandat Qiymətləndirmə Dizayn və Fokus Fəaliyyəti Sistem Mühəndisliyi və Həyata Keçirmə İnnovasiya üçün siyasət manivelaları e-İştirak layihəsində əsas rollar 7

[close]

p. 9

şəkildə tənzimlənir, e) Mətbuat (ictimaiyyətin maarifləndirilməsi və hədəf qrup üzvlərinin işə götürülməsi üçün vacibdir), f) Hədəf qruplarının yaratdığı ideyaların qiymətləndirilməsi üçün istifadə edilən seçim komandası, g) Ümumi zamanlama, sənədləşdirmə və icraçı liderlik komandasına müntəzəm hesabatların verilməsi üçün məsuliyyət daşıyan layihə menecmenti komandası, h) fokus qrupların təşkil edilməsi və idarə edilməsi üçün məsuliyyətli olan fəaliyyət komandaları Hədəf Qruplar a) Azərbaycandan kənarda formalaşan e-İştirak ideyalarının onların necə uyğun olduğunu görmək üçün qiymətləndirilməsi, b) Sıravi vətəndaşlar tərəfindən rast gəlinən e-İştirak ideyalarının yaradılması, c) e-iştirakın müxtəlif sahələrdə (nəqliyyat, təhsil, planlaşdırma, inşaat, ərzaq istehsalı və s) necə işləməsini öyrənmək üçün ssenarilərin yaradılması, d) Ümumi vətəndaşların qarşılaşdığı ən vacib məsələlərin - həll prosesi üzrə dövlət ilə razılıq əldə edilməsi üçün ən böyük göstəriciyə səbəb olacaq məsələlərin dövlət tərəfindən müəyyən edilməsinə dəstək verilməsi. a) Mühəndislik və komputer elmləri üzrə hədəflənən tələbələr, b) mobil internet tətbiqləri üzrə fokuslanma, c) Ən yaxşı tətbiqlərin yaradıcılarına verilən rəsmi sertifikatlar, d) Müsabiqə yolu ilə TV oyun şousu kimi ictimai səsvermə yolu ilə seçilən tətbiqlər. a) Mobil internet tətbiqləri və xidmətlərinin işlənib hazırlanması üçün fokuslanan eksperimental açıq laboratoriyanın qəbul edilməsi, b) İnnovatorlar üçün "Yuxarı və ya Xaric" siyasəti, c) 24x7 rejimdə məsləhətçilik və narahatlıqların aradan qaldırılması üçün mövcud olan yarım ştat məşvərətçi alimlər, d) keyfiyyət korporativlərinin qurulmasında ciddi şəkildə fokuslanma, e) Kampusa oxşar mühit, f) təcrübənin stimullaşdırılması üçün qeyri-ənənəvi memarlıqdan istifadə, g) Ən çox vəd verilən innovasiyanı göstərən iştirakçılar üçün həftəlik mükafatlar, h) Patentlərin və digər İP mühafizəsində dövlət dəstəyi, i) ən çox vəd verilən innovasiyalar üzrə səs vermək üçün SMS-dən istifadə edə bilən vətəndaşlar olan yerlərdə milli həftəlik TV proqram. a) Proqramın qırılması üçün həyata keçirilən texnologiya, İKT, idarəetmə və dizayn sektorlarının kortəbii toplusu, b) qeyri-daimi laboratoriyalardan istifadə və daha sonra hissələrə ayırma və kənara atma, c) virtual rejimdə laboratoriyaların idarə edilməsi, d) inkişaf komandalarının cəld quraşdırılması, e) Müvəqqəti əsasda quraşdırılan bütün infrastruktur, f) 72 saat ərzində laboratoriyanın quraşdırılması üçün məqsəd qabiliyyəti, g) qısa müddət əsasında tələb olunan digər milli resursların, avadanlıqların, personalın istifadə edilməsi üçün mandat a)İlk olaraq təbliğat və hədəf qrupunun fəaliyyəti ilə müəyyən olunan qaydada vətəndaşlar üçün faydalılıq, b) texnoloji əsaslandırmanın qiymətləndirilməsi, c) kənar mənbələr üçün potensialın qiymətləndirilməsi, d) təşkilati əsaslandırma (hökumət xidmətləri yolunda təşkilati dəyişiklik məsələləri yerləşdirilir), e) Ümumi hökumət prioritetləri və uzaqgörməsi ilə ardıcıllıq. Monitorinq Metodları Avtomatlaşdırılmış tətbiq üzrə istifadə məlumatları. İri şəhərlərdən kənarda məlumat trafiki üzrə monitorinq. Əməliyyat xərcləri və məlumatların həcmindən istifadə etməklə hökumət fəaliyyətlərinin gəlir və çıxar analizi Qiymətləndirmə Dövrü 2015-16 2016 2016 Gənclər üçün Kodlaşdırma Proqramı App Labs-ın işlənib hazırlanması Pop Up Labs-ın işlənib hazırlanması Seçim meyarı Keyfiyyət Göstəriciləri Vətəndaşların iştirakı Rəqəmsal bölmə Effektivlik 8

[close]

p. 10

1. Birləşmiş Millətlər Təşkilatı e-Hökumət və e-İştirak Sistemlərinin mühüm əhəmiyyətini tanıyır 2012-ci ilin iyun ayı Rio-de-Janeyroda keçirilən “Davamlı İnkişaf üzrə Birləşmiş Millətlər Təşkilatının Konfrans”-ında bizim davamlı yaşayışımız üçün bütün səviyyələrdə effektiv şəffaf məsul və demokratik müəssisələrə ehtiyac olduğumuza dair qlobal razılıq əldə edilmişdir Həmçinin nəticəyə gəlindi ki, e-Hökumət sistemləri bu məqsədlərə nail olmaq üçün mühüm vasitədir. "E-hökumət hökumətin ictimai xidmətləri çatdırma yollarının yaxşılaşdırılması üçün və tərəfdaşların ictimai xidmətlərə geniş cəlb oluması üçün nəhəng potensial kəsb edir.”1 Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial məsələlər üzrə Departamentinin (UNDESA) Baş Katibinin Köməkçisinə2 aid olan bu qısa sitat e-Hökumət və e-İştirakın son onillikdə böyüyən əhəmiyyətini vurğulayır. Hökumətlər bu unikal və güclü vasitələri getdikcə daha çox tanıyırlar. e-Hökumət və e- İştirak sistemləri ictimai idarəetmənin effektivliyini və səmərəliliyini artırıblar və hökumətin işlərinin yenidən baxılmasına təkan olublar. Bununla bərabər, onlar hökumət və vətandaşlar arasında, eləcə də hökumət və sahibkarlar arasındakı əlaqələri inkişaf elətdirməyə başlayıblar. Bir əsas təsir hökumətdən bizneslərə (G2B) və hökumətdən vətəndaşlara (G2C) olan əməliyyat xərclərinin azalması olmuşdur. Bunun əhəmiyyəti hələ də dünyaya təsir etməyə davam edən3 və büdcə kəsirlərinin çox ölkələrdə ÜDM-nin 5%-12% təşkil etdiyi4 bir vaxt son qlobal maliyyə böhranı zamanı artmışdır. Qiymətə həssas dünyada əməliyyat xərclərinin hər hansı bir səviyyədə azalması müsbət qarşılanır. Bir sıra ölkələrdə başqa bir problem Minilliyin İnkişaf Məqsədlərində (MİM) nəzərdə tutulduğu kimi səhiyyəyə artan tələbat üçün, daha yaxşı təhsil üçün, gender bərabərliyi, ətraf mühitin qorunub saxlanılması üçün və tam əməyin saxlanılması üçün resursların toplanmasından ibarətdir. Burada, eHökumət və e-İnkişaf xidmətləri bu məqsədlərə çatmaq üçün və eləcə də yoxsulluğun azaldılması və qadınların səlahiyyətləndirilməsində böyük rol oynaya bilərlər. Buna baxmayaraq, e-Hökumət inqilabına xas olan ümumi təmayyül hökumət xidmətlərinin çatdırılmalarının təkmilləşdirilməsidir. Bu inkişaf vətəndaşların və özəl biznes sektorunun razılığını artırmaqla yanaşı, həm də, dövlət qulluqçularının işlərini daha asan və daha az stressli edir. Əlavə amil odur ki, çox hökumət xidmətlərinin səmərəsizliklərini nəzərə alaraq İKT- lərə olan hətta cüzi investisiyalar səmərəliliyi böyük ölçüdə yaxşılaşdıra bilərlər.5 1.1 e-Hökumət Xidmətləri və Tələbatların Müxtəlifliyi E-idarəçilik bir sıra perspektivləri nəzərə alaraq təyin edilmişdir. Məsələn, Telekommunikasiya mütəxəssisləri e-Hökuməti texniki infrastrukturun inkişafı çərçivəsində görürlər. Kompüter mütəxəssisləri isə diqqətlərini daha çox Java, eXtensible Markup Language (XML) və ya semantik veb BMT e-Hökumət Sorğusu 2014: iii Cənab Vu Hong Bo 3 Birləşmiş Ştatlar artıq böhran içində deyil. 2014-cü ilin sonu etibari ilə ölkədə bütöv məşğulluq bərpa olunub və dünya enerji balansını dəyişərək hazırda Səudiyyə Ərəbistandan daha çox neft istehsal edir. 4 Bax BMT 2010: 43 5 Bir inkişafdan qalmış bir çox sektorlarda mobil İnternetin istifadəsinin yayılması, misal üçün, qısa zaman ərzində məhsuldarlığı 300%-450% artırmışdır. 2 1 9

[close]

p. 11

kimi standartlara və proqramlara yönəldirlər. Hüquq müdafiəçisi olan birinə isə bu yanaşmanın ifadə azadlığına, məxfilik və ya müvafiq insan haqlarına yaratdıqları imkanları daha maraqlı gəlir.6 Dünya Bankı e-Hökuməti vətəndaşlarla, bizneslərlə və digər hökumət orqanları ilə əlaqələrin dəyişməsinə təkan verən hökumətin informasiya texnologiyasındandan istifadəsi kimi görür.7 Daha dolğun tərif Birləşmiş Millətlər Təşkilatının (BMT) və Amerikan Dövlət İdarəçilik Cəmiyyətinin (ASPA) birgə qlobal e-hökumət tədqiqat təşəbbüsünün vasitəsi ilə təmin edilmişdir. “Geniş şəkildə, e-Hökumət özündə hökumətin gündəlik idarəetməsini asanlaşdırılması üçün nəzərdə tutulan faks maşınından simsiz əl qurğularına kimi, bütün informasiya və kommunikasiya texnologiyalarını özündə cəmləşdirir. Buna baxmayaraq, e-Ticarət kimi, e-Hökumətin də ən çox qəbul olunan izahatı onun İnternet vasitəsi ilə idarə olunan və vətəndaşların hökumət haqqında məlumatların, xidmətlərin, təcrübənin əldə edilməsidir. eHökumət, vətəndaşlarla ictimaiyətin əlaqələrini iqtisadi cəhətdən effektiv və ictimai xidmətlərin, informasiyanın və biliyin çatdırılması cəhətdən səmərəliliyini artıran hökumət tərəfindən daimi öhdəlik kimi səciyyələnilir. Hökumətin ən yaxşı halda təklif edə biləcəklərinin həyata keçirilməsidir.’’8 e-Hökumətin bu olduqca nikbin tərifi elm ictimayyətinin texnologiyaların hökumət xidmətlərinin, şəffaflığın və hesabatlılığın artırılması, eləcə də, vətandaş iştirakı üçün xeyli imkanlar təmin etmələrinə böyük inam bəsləməklərinin səbəblərindən biridir.9 1.2 e-İştirak e-Hökumətin alt komponenti kimi 1.3 Qısaca, e-İştirak e-Hökumətin alt komponentidir. Bu əsasən vətandaşları daxil etdiklərini hansı səylə olur olsun qəbul edib və faydalanmağına aiddir. Bunlar şərhlərin yığılışı, dialoqlara sahiblik, elektron səs vermələrin aparılması və fəallaşdırıcı vətəndaş şəbəkələrinin tikilişini əhatə edən fəaliyyətlərdən ibarətdirlər. Ümumiyyətlə, güman edilir ki, e-İştirak informasiyadan konsultasiyaya və dahada fəal iştirak kimi müxtəlif növ fəaliyətlərdən faydalanmaq üçün şərait yaradan bir çərçivədir.10 Daha dərin müzakirəsi üçün Səhifə 20-yə baxın. 2. Azərbaycan Regional İnnovasiya Mərkəzinə Çevrilir Azərbaycan hökuməti İKT-nin iqtisadi inkişaf üçün vacibliyini lap əvvəl müəyyən edib, İKT sektorunu xüsusi maraq dairəsinə salıbdır.11 Xüsusi olaraq, Milli İnformasiya və Rabitə Texnologiyaları Strategiyaları (2003-2012) Azərbaycan Respublikasında İKT-nin sürətləndirilmiş inkişafı üçün zəmin yaradıbdır. Bu strategiya üçün bir neçə komponent vacib idi a) rabitə bazarlarının liberallaşdırılması və yeniliyə yönəlmiş tənzimləyici mühitin yaradılması; b) telekomunnikasiya infrastrukturunun bundan sonrakı inkişafı c) e-Hökümət xidmətlərinin genişləndirilməsi.12 Bax Kurbalija 2012: 1 Bax Bhuiyan 2010: 34 8 Həmin mənbə 9 Bax Ahn və Brettschneider 2010: 935 10 Burada aktiv iştirak alimlər tərəfindən “hökumətlə əməkdaşlığa arxalanan əlaqədə prosesin və siyasət qəbul etmənin tərifində vətəndaşların fəal iştirak etməsi” kimi tərif olunur. 11 Bax Gülməmmədov (2009): “Azərbaycanda hökumətin apardığı siyasət informasiya və rabitə texnologiyalarının inkişafı üçün münasib imkan yaratmışdır’’ 12 Bax Chantzi (2013). 7 6 10

[close]

p. 12

Bazarın liberallaşdırılması inkişafı artıma təkan verib. İndi artıq 4 mobil operator, 7 sabit-xətt operatorlar, və 35 internet provayderləri mövcuddur. Kommunikasiya və informasiya texnologiyalarının istifadəsində kütləvi artım müşahidə olunubdur.13 Azərbaycan höküməti ölkənin İKT sahəsində inkişafına dair geniş statistik ölçülər aparıb.14 Səhifə 94-dəki Cədvəl 2 2005-2014 illər arası mobil rabitə ilə əhatə olunmuş ölkə ərazilərində yaşayan əhalinin Ümumi İllik Artım Həcmi (ÜİAH)15 99%-dan artıq olduğunu görsədir. Eyni dövrdə, əsas sabit telefon xətt texnologiyaları üçün olan BİAT yeni prioritet sahə kimi ortaya çıxdı. Azərbaycanın əlverişli coğrafi mövqeyi və Trans-Asiya-Avropa (TAA) fiber-optik kabel avtomobil yolunun ölkə ərazisindən keçməsi, kommersiya əməliyyatları ilə yanaşı region ölkələrinə informasiya xidmətləri göstərən infrastrukturun yaradılma ideyasını mümkün edir. Elektrik və Elektronik Mühəndislər İnstitutunda (İEEE) ümumi İKT inkişafı barəsində olan çıxışlara baxa bilərsiniz.(2013) Səhifə 95-dəki Cədvəl 3 Azərbaycan müəssisələri üçün olan oxşar rəqəmləri göstərir. 2005-2013 illər arasında ekstranetlər istifadəsinin ÜİAH-ı 1,350.5 % təşkil edir və İKT şəbəkələri vasitəsi ilə aparılan müəssisə bölgüsünün burada göstəricisi də oxşar olaraq 99%-dir. Tamamlanmış Rəqəmsal Şəbəkə Xidmətləri (İSDN) istifadəsi 150.9% nisbətdə artmışdır. Hətta DSL istifadəsində 24.5 %-36.0 % artım dərəcəsi var. Düzgün olaraq, səhifə 97-dəki Cədvəl 5 mədən, tikinti, səhiyyə, və nəqliyyat sektorlarında xarici sahibliyi olan vebsaytlardan istifadə edən müəssisələrin 43.8 %-61.9 % olmalarını görsədir. Bu göstərici telekommunikasiya sektorunda vacib infrastruktura xərclərin yalnız orta səviyyədə artırılması nəticəsində əldə edilib. Məsələn, səhifə 97-dəki Cədvəl 5 1996-2013 illər arası, əsas telefon xəttlərinə xərclərin BİAT-ı cəmi 21.2 % nisbətdə artmışdır. Azərbaycanda İKT xərcləri möhkəm artım modeli nümayiş edirlər. Məsələn, Səhifə 97-dəki Cədvəl 6 2003-2013 dövr üçün İKT sektorunda işçilərin sayının BİAT-ı heyrətləndirici 33,305.4 % təşkil edir. İKT xidmətlərindən olan gəlirin ÜİAH -ı 109.9%, və xarici investisiya axınları 53.6 % ölçüsündə artıblar. Səhifə 98-dəki Cədvəl 7 gündəlik iş mühitində İKT istifadə edən müəsissə istifadəçilərinin sayının oxşar artım modelini görsədir. Eləcə də, Səhifə 99-dakı Cədvəl 8 2005-2013 dövr üçün, kompyuterlərdən istifadə edən müəssisə işçilərinin sayının ÜİAH səviyyəsi 27.9 % təşkil edir. Bundan əlavə, dünya üzrə iyirmi ən üstün İKT şirkətlərinin onu Azərbaycanda öz təməllərini qoyublar. Həmin şirkətlər bunlardırlar :a) Microsoft; b) Cisco Systems; c) Hewlett Packard; d) IBM; e) Apple Computer; f) Intel; g) Oracle; h) Google; i) Nokia- Siemens Networks; və j) Ericsson. Öz məhsullarının marketinqindən əlavə, bu şirkətlərin hər birinin obyektləri Azərbaycandakı tədqiqat və inkişaf fəaliyyətlərində iştirak edirlər. Bunlar hökumətin İKT siyasətinin gözəçarpan nəticələridirlər.16 2.1 Azərbaycan telekomunikasiyalar sahəsində mühüm irəliləyiş əldə etmişdir 20 il bundan əvvəl, Azərbaycan illik BakuTel Beynəlxalq Sərgi və Konfransını ilk dəfə ərsəyə gətirib. 10,000 –dən çox mütəxəssislər hər il bu tədbirə qatılır və BakuTel regional İT sənayəsi üzrə əsas mərkəz və peşəkarlar arasında əla şəbəkələşmək imkanı yaradan bir məkan olub. 2013-cü ilin BakuTel tədbiri 36 müxtəlif ölkədən nümayəndə və ümumilikdə 306 sərgiçisinə sahiblik edib. 2012-ci ildə Bakıda keçirilən İnternet İdarəçiliyi Forumu sayəsində BakuTel-in şöhrəti daha da artmışdır. 13 14 Əliquliyev/Qurbanov 2012: 150f. Bax Əliquliyev və Əliyev (2013) ): “Milli İKT Strategiyasının (2003-2012 illər üçün) tələblərinə uyğun olaraq, ehökumətin inkişafında və biliyə əsaslanan iqtisadiyyatın qurulmasında mühüm nəticələr əldə olunub”. 15 Ümumi İllik Artım Həcmi (ÜİAH) sabit biznes və investisiyalara xas olan həndəsə ardıcıllığı nisbəti üçün daimi müddət ərzində gəlir tempini göstərən sabit ifadəsidir. BİAT çox zamanlar məsələn gəlir, vahidlərin çatdırılması, qeydiyyatdakı istifadəçilər və s. kimi bizneslərin müəyyən elementlərini təsvir etmək üçün istifadə olunur. ÜİAH arifmetic ortanı yersiz göstərə bilən dəyişkənliyin dövrlük gəlirlərin təsirini azaldır. ÜİAH ÜİAH (t0,tn) = tn −t0 −1 hardakı V(t0) başlanğıc dəyərdir, V (tn) axır dəyərdir, və tn − t0 bərabərdir V (tn ) illərin sayı. 16 Əliquliyev/Qurbanov 2012: 154) 11

[close]

p. 13

Davamlı insan, iqtisadi və sosial inkişaf üçün İnternet İdarəçiliyi şüarı altında keçirilən konfrans Azərbaycanı İKT sektorunda irəli çəkməyə kömək etdi. 2014-cü ilin dekabrında BakuTel 20-ci ildönümünü qeyd etdi. Azərbaycanın İKT sektorunun illik artımı 20-25% təşkil edir və hazırda ölkədə ən sürətlə artan sektordur. 2013-cu il üçün rəqəmlər bu inkişafın göstəriciləridirlər. ATS bölmələrinin sayı 1,613 şəhərlərarsı telefon zəngləri azalıb 104,208 çatmışdır. Əsas telefon xəttləri 1,479,438 çatmışdır; telefonla təchiz edilmiş mənzillərin sayı artıb 1,346,118 olmuşdur; hər 100 ailəyə düşən telefon xəttlərinin sayı artıb 69 olmuşdur; informasiya xidmətlərinin iqtisadiyyatda olan həcmi 1,528,062 min manata çatmışdır; 2009-cu ildən 2013-cü ilədək tam rəqəmsal yayımın nisbəti 5%-dən 97%-ə kimi çatmışdır; hər 1000 nəfərə düşən mobil telefonların sayı 7,751-dən 10,125-ə artmışdır; kompüter istifadəsinin nisbi həcmi əhalinin 62%-nə kimi artmışdır və internet istifadəçilərinin nisbi həcmi 73% -i ötmüşdür.17 Əhalinin 73%-i internetdən istifadə edir və 55%-nin isə qeydə alınmış genişzonalı qoşulması var. Mobil telefonlar 110% yayılma nisbəti ilə hər yerdə tapılandırlar. 2014-cü il ərzində 25% artım müşahidə edilən bazarda üç əsas mobil telefon operatorları rəqabət aparırlar. 2007-ci ildən başlayaraq iki milyondan artıq abunəçini cəlb edərək ən sürətlə böyüyən şirkət Nar Mobile brend adı altında fəaliyyət göstərən, Bakıda yerləşən Azərfon-dur. Bu şirkət 3G mobil texnologiyasını təqdim edib və hazırda Azərbaycan Hava Yolları ilk dəfə telefonların uçuş zamanı istifadəsinə imkan yaradıb. Açıq səhmdar cəmiyyət (ASC) olan, dövlət mülkinə aid Azərkosmos-un rəhbərliyi altında qabaqcıl peyk proqramı Azərbaycanın İKT infrastrukturu üçün böyük əhəmiyyətli irəliləməsi olmuşdur. Azərkosmos-1 regionun birinci rabitə peykidir və onun istifadəsi ilk olaraq televiziya yayımının keyfiyyətinin çox artması ilə nəticələndi. Bu müvəffəqiyyətə söykənərək, növbəti nəsil peykin tikintisi və işə buraxılması ilə bağlı yeni planlar tərtib olunur. 2013-cü il avqustun 28-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Birləşmiş Ştatların Ticarət və İnkişaf Agentliyi (BŞTİA) Azərkosmos-2 rabitə peyki layihəsi üzrə yararlılıq elmi tədqiqatının maliyyələşdirilməsi üçün qrant müqaviləsi imzalayıblar. Tədqiqat peykin istehsalı və geostansiya orbitinə quraşdırılması məslələrinin texniki, iqtisadi və maliyyə tərəflərini əhatə edəcəkdir.18 Daha bir mühüm hadisə RYTN ilkin olaraq təqdim etdiyi Trans-Avrasiya Super İnformasiya Magistralı Təşəbbüsüdür. Bu layihə Avrasiya Rabitəlilik Aliyansı (EurACA) vasitəsi ilə Qərbi Avropanı Çinə birləşdirən transmilli fiber optik magistralını nəzərdə tutur.19 Azərbaycan ÜİAH-ın 65%-a çatması gözlənildiyi, daxili Asiya bandına olan böyük tələbatdan yararlanmağı planlaşdırır. Bu dünyada ən yüksək artım səviyyələrindən biridir. Ən son planlar 36 şəhəri və 35 milyondan çox əhalini calaşdıran 6,270 kilometr yerüstü kabel tələb edir. Əlavə uzantılar 68 şəhəri və 55 milyon nəfərə qədər insanı birləşdirəcəkdir. Nəhayət, Azərbaycan state-of-the-art telekommunikasiya keçid qovşağı inşa edir. Bu mərkəz Tier-3 İnterneti yoxlayan xidmətləri təmin etmək üçün nəzərdə tutulubdur. Fiber optik kabelin Azərbaycanın ərazisi boyu aktiv çəkilməsi ilə birgə, bu yeni keçid mərkəzi həm beynəlxalq bağlılığı Mənbə: İnformasiya və Yüksək Texnologiyalar Nazirliyi, http:// mincom.gov.az/charts-en-US/details/67 23 dekabr 2014-cü ildə daxil olunubdur. 18 Texniki-iqtisadi əsaslandırma işi podratçı şirkət tərəfindən 2014-cü ilin iyunun sonuna kimi tamamlanıbdır və nəticələr tezliklə nəşr ediləcəkdir. Digər əlaqədar məlumat Azərbaycan Milli Aerokosmik Agentliyinin Xüsusi Kosmik Cihaz İnkişafı Bürosunda http:// www.science.az/en/amaka/okb/index.htm və Kosmik İnformatika İnstitutunda http://www.science.az/en/amaka/informatika/index.htm tapıla bilər. 19 Layihə yüksək həcmli Frankfurt-Honq Konq fiber-optik tranziti tikmək məqsədi daşıyır. TASİM layihəsi dünya internet bağlantısını təkmilləşdirməklə və ölkələrin dünya iqtisadiyyatına inteqrasiyalarını dəstəkləməklə dünya ictimaiyyətinə xeyir verəcək. Dekabr 2009-cu ildə keçirilən BMT Baş Assambleyası, Transmilli Avrasiya Super İnformasiya Magistralı Bəyannaməsini qəbul etmişdir (A/res/64/186). Bundan əlavə, 2002-ci ilin dekabrında, Avrasiya Bağlantı Alyansını İTU ilə birləşdirməklə bağlı olaraq BMT BA-nın 67-ci sessiyası Trans-Avrasiya Super İnformasiya Magistralının tikilməsinə dair Bəyannamə qəbul edibdir. A/C.2/67/L.35/Rev.1) 12 17

[close]

p. 14

artıracaq, həm də hökumətin Azərbaycan xalqına e-İştirak, e-Hökumət, onlayn təhsil, elektron ticarət, az xərcli telefoniya və başqa növ xidmətlərlə və xeyrlərlə təmin edə biləcək. 2.2 Azərbaycan e-Hökumət inqilabına başlayıbdır Bu möhkəm İKT infrastruktur inkişafı həm iqtisadi rəqabəti artırdı, həm də hökumətin təhsil, səhiyyə və bir sıra başqa ictimai xidmətlər ilə bağlı yardımını daha səmərəli online təmin edilməsinə köməklik etdi. e-Hökumət inqilabını bu hökumət təşəbbüsləri başlayıblar: a) vətəndaşlar üçün dövlət qeydiyyatının genişləndirilməsi b) miqrasiya xidmətlərinin avtomatlaşdırılması c) vergi ödəyiciləri üçün e-xidmətlər d) elektron səhiyyə xidmətləri e) yeni şirkətlərin onlayn qeydiyyatı f) gömrük və beynəlxalq ticarətin qaydalarının riayəti üçün “bir toxunuşla alış verişin” təqdimatı g) universitet qəbulu üçün sənədlərin onlayn verilməsini mümkünləşdirən təhsilin informasiya idarəçilik sisteminin inkişafı. Avropa Birliyi tərəfindən vətəndaşlar və şirkətlər üçün müəyyən edilən, elektron vergi və gömrük deklarasiyalarının və eləcə də universitet qəbul imtahanlarına elektron sənədlərin verilməsi daxil olaraq, əsas olan 20 e-xidmətlərdən 8-i artıq Azərbaycana onlayn şəkildə işə gətirilib.20 2.2.1 Açıq Hökumət Məlumatları sürətlənir Bu sənədlərin uğurlarının böyük hissəsi Açıq Hökumət Məlumatları (AHM) Fəaliyyət Planın 2012-ci ildə qəbulundan törəyir. Açıq Məlumatlar çox sayda hökumət xidmətləri üçün zəruri təminatçı rolunu oynayır. AHM milli strategiyasının məqsədlərinə çatması üçün atılan vacib addım 5 fevral 2013-cü ildə təsdiq edilmiş e-Hökumət Portalının Şərtlər Toplusudur (ŞT). Fərmana əsasən e-Hökumət xidmətlərinə aid dövlət proqramı 2014-2016-cı illər ərzində həyata keçiriləcəkdir. Bundan başqa, 2013-cü ilin yanvarından başlayaraq 40 dövlət orqanı e-Hökumət Portalına qoşulmuşdur. Portal aylıq bülleten dərc edir və internetə çıxış üzrə ən sürətlə inkişaf edən sektor kimi tanınan bütün mobil cihazlara girişi təmin etmək üçün təşəbbüs qəbul etmişdir21. Bu səylər həm də Birləşmiş Millətlərin e-Hökumət Sorğusunda Azərbaycanın daha yüksək göstəricilərində öz əksini tapmışdilar22. 2014-cü ildə, 192 ölkə arasında Azərbaycan inkişaf edərək 68ci olmuşdur. 2012-ci ilin qiymətləndirilmələrində isə yalnız 98-ci idi. Bu başqa ölkələrdən daha sürətli inkişaf nisbətinə gəlib çıxır. Hazırda Azərbaycan e-İştirak indeksinə görə 157 iştirak edən ölkədən 77cidir. 2.2.2 Hökumət xidmətlərindən istifadə inkişaf edir Azərbaycanda e-Hökumət xidmətlərindən istifadə edən vətəndaşların sayı sürətlə artmışdır. RYTN-in Məlumat Hesablama Mərkəzinə əsasən, 2014-cü il iyunun ayında kimi 799,944 vətəndaş egov.az portalına baxıbdır və onun xidmətlərindən 1,385,054 dəfə istifadə edibdir. Ortam olaraq istifadəçilər 5 dəqiqə və ya ondan artıq portaldan isitifadə edirlər. Bu sübut edir ki, portal yaxşı çalışır və vətandaşlar üçün səmərəlidir. İstifadəçilərin təxminən 53.6 % ilk dəfə baş çəkiblər. İstifadəçilərin demək olar ki yarısı təkrar müştərilərdilər və beləliklə bu onu göstərir ki portal vətəndaşların etibarını qazanmaq üçün yetərincə cəlbedici və faydalıdır. 2013-cü ilin payızına kimi, 177,255 vətəndaşa egov.az veb saytına xüsusi giriş kodu ilə daxil olma verilmişdir23. 20 21 Əliquliyev/Qurbanov 2012: 152f. Mənbə: RYTN İllik Hesabat 2013:20 22 Azərbaycanın digər e-Hökumət strategiyası ilə bağlı olaraq, bax İbrahimov və Hacıyev (2004) 23 Passkod Azərbaycan Respublikasının hər bir vətəndaşı tərəfindən qəbul oluna bilər 13

[close]

p. 15

2.2.3 Azərbaycan e-İmzaların istifadəsində regional liderlik qazanıb Elektron ticarətdə inkişaf və innovasiya üçün e-İmza 2011-ci ildə Milli Sertifikatlar Servisi Mərkəzi tərəfindən istifadəyə verilmişdir. Bu təşkilat e-İmzanın istifadəsinin asanlaşdırılması üçün nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda elektron imzaların, həm mobil, həm də masaüstü cihazlar vasitəsi ilə istifadəsi mümkündür. Bundan əlavə, e-İmza kardları e-ərizələri doldurub və sənədləri onlayn verən hər bir vətəndaşa verilir. 30 İyun 2014-cü ildən 19,232 hüquqi müəssisə və vətəndaşlar elektron imzalardan istifadə ediblər. Onlardan 13,034 dövlət qurumlarına, 1,004 hüquqi subyektlərə və 5,201 sadə vətəndaşlara təqdim edilibdirlər24. Bunun nəticəsi olaraq Azərbaycan e-İmzaların istifadəsində regional liderə çevrilib. 2.3 Azərbaycanın müvəffəqiyyəti uzaqgörən siyasətə əsaslanır. Azərbaycanda İKT sahəsində innovasiyaların artması bir təsadüf deyil25. Əvəzində, bu nəticə dövlət tərəfindən irəli sürülən bir sıra uzaqgörən islahatların nəticəsidir. Məsələn, 20 ildən çox müstəqilliyi dövründə Azərbaycan Respublikası öz mövqeyini neft və qaz mərkəzi kimi möhkəmlədibdir. Azərbaycan öz möhkəm regional münasibətlərini inkişaf edib26 və İKT sektoru daxil olmaqla bütün sektorlarda iqtisadi müxtəlifliyə müdrükcəsinə təkan vermişdir. Buna baxmayaraq, eyni zamanda hökumətin islahatı tək bir sektora asılılıq tələsinə düşməyinə müqavimət göstərib. Əvəzində, iqtisadi diversifikasiya 1993-cü ildən bəri milli strategiyada mühüm məqsəd olub. Bu islahat özündə bunları birləşdirir: a) ehtiyatlı makro iqtisadi idarəetmə b) ticarət islahatları və təşkilatların təşviqi c) ölkə boyu qurudakı infrastrukturu təkmilləşdirərək, ölkənin regional nəqliyyat dəhlizi kimi rolunu gücləndirmək d) qeyri-neft sektorunda yüksək artıma təkan verilməsi üçün biznes sektorunun yaxşılaşdırılması. Təzəliklə Dünya Bankı bu səyləri tanıyıb və Azərbaycanı onun biznes mühitinə görə kifayət qədər yaxşı cərgə ilə qiymətləndirib. Bundan əlavə, iqtisadiyyatın inkişafının böyük bir hissəsinin İKT sektorundan keçdiyi Azərbaycan siyasətində çoxdan qəbul edilibdir. Hər iqtisadi sektor ən qabaqcıl İKT alətlərindən yararlanmağı bacarmalıdır. Bu siyasət fəal və uzaqgörən rəhbərlik nəticəsində mümkün olmuşdur. Hökumətin ən əhəmiyyətli təşəbbüslərinə bunlar daxildirlər: 2005 İnformasiyanın Əldə Olunması Hüququ haqqında Azərbaycan Respublikasının Qanunu 2005-2008 Rabitə və İnformasiya Texnologiyalarının İnkişafı haqqında Azərbaycan Respublikasının Dövlət Proqramı 2010-2012 Rabitə və İnformasiya Texnologiyalarının İnkişafı haqqında Azərbaycan Respublikasının (İkinci) Dövlət Proqramı 2011 Dövlət Orqanları tərəfindən Elektron Xidmətlərin Yaradılması Üçün Tədbirlərin Görülməsi haqqında Azərbaycan Respublikasının Fərmanı 2012-2015 Açıq Hökumət Məlumatı Haqqında Milli Fəaliyyət Planı27 2012 Azərbaycan Açıq Hökumət Tərəfdaşlığına (AHT) qoşulur. 3. e-İştirak Azərbaycanda necə fəaliyyət göstərə bilər e-İştirak sistemləri ənənəvi olaraq üç ölçü çərçivəsində təhlil olunurlar: a) hökumətin və paydaşların bülletenlər, müzakirə forumları, bloqlar və ya e-mail vasitəsi ilə həyata keçirilən rabitəsinin islahatlarda maraqlı olan cəmiyyətdə özündə birləşdirən e-informasiyanın yayılması b) e-Məsləhətləşmə hansı ki, hökümət ilə vətəndaşlar və biznes icmasını “səsvermə, sorğular, çat otaqları, bloqlar 24 25 Mənbə: ictnews.az – Azərbaycandakı İKT inkişafı haqqında olan əhəmiyyətli veb səhifə. Azərbaycanın apardığı siyasətə qətiyyətli rəhbərlik təkan verir. Bax Swietochowski (1999). 26 Əliquliyev/Qurbanov 2012: 149f. 27 Azərbaycanın digər milli fəaliyyət planları Zeynalova (2014) tərəfindən müzakirə edilibdir. 14

[close]

Comments

no comments yet