AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA CƏMİYYƏTİNİN İNKİŞAFINA DAİR 2014-2020-ci İLLƏR ÜÇÜN MİLLİ STRATEGİY

 

Embed or link this publication

Description

AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA CƏMİYYƏTİNİN İNKİŞAFINA DAİR 2014-2020-ci İLLƏR ÜÇÜN MİLLİ STRATEGİY

Popular Pages


p. 1

AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA CƏMİYYƏTİNİN İNKİŞAFINA DAİR 2014-2020-ci İLLƏR ÜÇÜN MİLLİ STRATEGİYA . ................................. 2 NATIONAL STRATEGY ON DEVELOPMENT OF INFORMATION SOSIETY IN THE REPUBLIC OF AZERBAIJAN FOR THE YEARS OF 2014-2020 .............. 31 НАЦИОНАЛЬНАЯ СТРАТЕГИЯ ПО РАЗВИТИЮ ИНФОРМАЦИОННОГО ОБЩЕСТВА В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ НА 2014-2020 ГОДЫ..................................................................... 59 BAKI – 2014

[close]

p. 2

MİLLİ STRATEGİYA AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA CƏMİYYƏTİNİN İNKİŞAFINA DAİR 2014-2020-ci İLLƏR ÜÇÜN MİLLİ STRATEGİYA MÜNDƏRİCAT “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında ............................................................ 3 1. Giriş ........................................................................................ 4 2. Cari vəziyyət ........................................................................... 7 3. Milli Strategiyanın məqsədi və əsas vəzifələri ......................13 4. Milli Strategiyanın həyata keçirilməsinin əsas prinsipləri ....15 5. İnformasiya cəmiyyətinin formalaşmasında dövlətin rolu ....16 6. Milli Strategiyanın əsas istiqamətləri ....................................17 7. İKT infrastrukturu və xidmətləri ...........................................18 8. Yüksək texnologiyalar sektorunun inkişafı .......................... 19 9. Yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi ......................................................................20 10. “Elektron hökumət”in inkişafı ............................................ 21 11. İKT – cəmiyyətin inkişaf amili kimi .................................. 22 12. Kadr hazırlığı........................................................................24 13. İnformasiya təhlükəsizliyinin təmin edilməsi . ................... 25 14. Milli kontentin inkişaf etdirilməsi ...................................... 26 15. Milli Strategiyanın həyata keçirilməsi mexanizmləri ......... 27 16. Gözlənilən nəticələr . ........................................................... 28 2

[close]

p. 3

MİLLİ STRATEGİYA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddə­ sinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azər­ baycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”na əsa­ sən informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə müə­ y­ yən­ ləşdirilmiş vəzifələrə və “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haq­ qında” Azərbaycan Res­ publikası Prezidentinin 2013-cü il 28 mart tarixli 2815 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram: 1. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin in­ kişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edil­ sin (əlavə olunur). 2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Milli Stra­ te­ gi­ yanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Res­ publikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəy­ yən edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramının layihəsini 4 ay müddətində ha­ zır­ layıb Azər­ baycan Res­ publikasının Prezidentinə təqdim etsin; 3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 4. Azərbaycan Respublikasının Rabitə və Yüksək Tex­ no­ lo­ gi­ yalar Na­ zirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı gö­ r ülən işlər ba­ rədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, “ 2” aprel 2014-cü il № 359 3

[close]

p. 4

MİLLİ STRATEGİYA Azəbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA CƏMİYYƏTİNİN İNKİŞAFINA DAİR 2014-2020-Cİ İLLƏR ÜÇÜN MİLLİ STRATEGİYA 1. Giriş Azərbaycan Respublikasının gələcək inkişaf stra­ tegiyasının əsas istiqamətləri qeyri-neft sektorunun inkişafı hesabına da­ vam­ lı iqtisadi artıma və tərəqqiyə nail olunması və iqti­ sadiy­ yatın şaxələndirilməsidir. Bu məqsədlə ölkəmizin ümumi daxili məhsulunun tərkibində, həmçinin dövlət büdcəsinin formalaşdırılmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tu­ tulur. Mövcud resurslardan və coğrafi mövqelərdən istifadə olun­ maqla, Azərbaycan Respublikasının bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi və iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksəldilməsi mil­ li məhsulların dünya bazarında layiqli yer tutmasına şərait yaradacaqdır. Bu məqsədlər Azərbaycan Respublikası Preziden­­ tinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda (bundan sonra – Konsepsiya) öz əksini tapmışdır. Konsepsiyada əsas hədəf qarşıdakı səkkiz-on ildə Azərbaycan Respublikasında əsa­ sən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məh­ sulun 2 dəfə artırılması və bu artımın respublikada in­ no­ va­ si­ yayönlü 4

[close]

p. 5

MİLLİ STRATEGİYA və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsidir. Belə inkişafın əsas dayaqlarından biri informasiya və kommunikasiya texnologiyalarıdır (bundan sonra – İKT). İKT yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu oynayır. Bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biz­ nesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə ge­ niş­ ləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi tələb olunur. Bunlara nail olmaq üçün innovativ, rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf et­ di­ rilməsi və peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən sə­ mərəli bəhrələnməsi üçün şərait yaradılması və onların İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, “elektron hökumət”in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə edilməsi, həmçinin mövcud İKT infrastrukturunun və İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması, görülən işlərə 5

[close]

p. 6

MİLLİ STRATEGİYA elmi dəstək verilməsi, ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası vacibdir. İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf et­ dirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayacaqdır. Məhz internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəf­ daş­ larla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurs­ larından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır. Bütün bu məqsədlərə çatmaq və nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” (bundan sonra – Milli Strategiya) hazırlanmışdır. Bu Milli Strategiya Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (20032012-ci illər)” və həmin strategiyanın həyata keçirilməsi ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası yönündə görülmüş genişmiqyaslı işlərin nəticələrinə əsaslanır. Əldə olunmuş nə­ ticələr, informasiya cəmiyyətinin əsaslarının yaradılması, və­ təndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKTdən geniş istifadə növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaradır. Cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatı, dünya təcrübəsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Te­ le­ kommunikasiya İttifaqının (bundan sonra – BTİ), Avropa İt­ ti­ fa­ qının, UNESCO-nun tövsiyələri, “Açıq hökumət təşəbbüsü” nəzərə alınmaqla hazırlanmış Milli Strategiya Konsepsiyada İKT sahəsinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir. 6

[close]

p. 7

MİLLİ STRATEGİYA 2. Cari vəziyyət Azərbaycan Respublikasında İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlətin xüsusi diqqətində olan bu sahənin ölkə iqtisadiyyatının gələcək inkişafı üçün prioritetlərdən olduğu bəyan edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. 2003-2013-cü illər ərzində İKT sahəsinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilmiş, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata keçirilmişdir. Məhz bunun təzahürüdür ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumunun “The Global Information Technology Report” hesa­ batında Azərbaycan Respublikasının İKT sahəsindəki nəticələri nəzərə alınmağa başlanılmış və 2013-cü ilin hesabatında “İKTyə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə ölkəmiz dünya üzrə ilk onluqda yer almışdır. Ümumilikdə isə bu hesabatda Azərbaycan şəbəkə hazırlığı indeksi üzrə 144 ölkə arasında 56-cı yeri tutmuş və MDB ölkələri arasında liderlər qrupunda olmuşdur. Bu illər ərzində sahə üzrə inkişafı təmin etmək üçün müvafiq hüquqi baza yaradılmış, bir çox vacib qanunlar və digər normativ hüquqi aktlar qəbul olunmuşdur. 2005-ci və 2010-cu illərdə Azərbaycan Respublikası Prezi­ den­ tinin müvafiq sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramları, həmçinin Azərbaycan Respublikası 7

[close]

p. 8

MİLLİ STRATEGİYA Nazirlər Kabinetinin 2010-cu il 14 may tarixli 136s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 20102011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı” İKT-nin inkişafı ilə bağlı əməli tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bu hüquqi aktlar ölkəmizdə İKT-nin inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, sahə üzrə azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsinə, vətəndaşların və dövlət orqanlarının İKT-dən geniş istifadə etməsinə şərait yaratmışdır. Son illərdə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilmişdir. Bu illər ərzində sektorun həcmi təqribən 20-25% orta illik artım tempi ilə hər üç ildə iki dəfə artaraq, 1,9 milyard ABŞ dollarını ötmüş, ÜDM-də payı 1,7%-ə, qeyrineft ÜDM-də payı isə 3,3%-ə yüksəlmişdir. Sektora investisiya qoyuluşu təqribən 2,5 milyard ABŞ dolları təşkil etmişdir ki, bunun da 28%-i dövlət, 72%-i isə yerli biznes strukturları və xarici investorlar tərəfindən yatırılmışdır. Özəl sektorun payı 2003-cü illə müqayisədə 67,3%-dən 80%-ə yüksəlmişdir. MDB ölkələri arasında ilk dəfə Azərbaycan Respublikasında sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış və ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. Respublikanın bütün rayon mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulmuşdur. Mobil şəbəkə genişləndirilmişdir. Respublikada mövcud olan üç mobil operator tərəfindən müasir 3G xidmətləri göstərilir. 2012-ci ildən ölkəmizdə 4G texnologiyasının da tətbiqinə baş­ lanılmışdır. Ölkədə hər 100 nəfərə 110 mobil abunəçi düşür. 2013-cü ilin nəticələrinə görə Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir, o cümlədən onların 50%-i geniş­ zolaqlı internet istifadəçisidir. İnternet qiymətləri ildən-ilə azalır, belə ki, 2004-cü illə müqayisədə 1 Mbit/s sürətli internetə qoşul­ manın qiyməti 1200 manatdan 10 manata enmişdir. Ölkə üzrə genişz­ olaqlı xidmətlərə qoşulmanın orta qiyməti orta aylıq əmək­ haq­ qının 3%-ni təşkil edir və bu da BTİ-nin inkişaf etməkdə 8

[close]

p. 9

MİLLİ STRATEGİYA olan ölkələrdə bu nisbətin 2015-ci ilədək 5%-dən az olması hədəfinə artıq nail olunması deməkdir. Son beş ildə beynəlxalq internet kanalının tutumu 12,9 dəfə artaraq 200 Gbit/s-yə çatmış, internet xidmətləri bazarının həcmi təxminən 4 dəfə artmışdır. 2013-cü il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə çıxarılmışdır ki, bu da ölkəmizin müstəqillik dövründə əldə etdiyi ən yüksək texniki nailiyyətlərdəndir. Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika ölkələrinə telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətləri göstərməyə imkan verən peykin artıq kommersiya istismarına başlanılmışdır və o, yaradılmış infrastruktur vasitəsilə azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. 2015-ci ilə qədər rəqəmli yayıma keçidi təmin etmək barədə BTİ-nin tövsiyələrinə uyğun olaraq, ölkəmizdə aparılan işlər yekunlaşmaq üzrədir. Bu illər ərzində poçt sahəsində xidmətlərin çe­ şidinin və keyfiyyətinin yüksəldilməsi, infrastrukturun mü­ a­ sir­ ləşdirilməsi, kadr potensialının gücləndirilməsi, sahə üzrə fəaliyyətin liberallaşdırılması istiqamətində ardıcıl işlər gö­ r ül­ müşdür. 2005-2010-cu illərdə Dünya Bankının dəstəyi ilə “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin icrası nəticəsində milli poçt operatoru “Azərpoçt” MMC-nin şəbəkəsindən istifadə olunmaqla ənənəvi xidmətlərlə yanaşı, poçt şöbələri vasitəsilə əhaliyə bankmaliyyə xidmətlərinin göstərilməsi də təmin edilmişdir. Azərbaycan Respublikasında kompyuter və elektron ava­ danlıqlarının, proqram məhsullarının istehsalı ildən-ilə artır. Son 5 il ərzində ölkənin informasiya texnologiyaları (bundan sonra – İT) sektoru təqribən 2 dəfə genişlənmiş və orta illik artım tempi 17% təşkil etmişdir. Ölkədə “elektron hökumət”in formalaşdırılmasına cid­ di diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin İT vasi­ tələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. Ölkədə “elektron hökumət”in zəruri infrastrukturları yaradılmışdır. 9

[close]

p. 10

MİLLİ STRATEGİYA “Elektron hökumət” portalı artıq fəaliyyət göstərir, dövlət or­ qanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsi aparılır, elektron imzanın istifadəsi üçün infrastruktur və sertifikat xidmətləri mərkəzləri yaradılmışdır. Nəticədə e-imzanın tətbiqi genişlənir, dövlət orqanları tərəfindən müxtəlif elektron xidmətlər göstərilir. Hazırda “Elektron hökumət” portalına qoşulmuş dövlət qurumlarının elektron xidmətləri “bir pəncərə” prinsipi əsasında əhaliyə təqdim edilir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı təd­ birlər barədə Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 saylı Fərmanı bu sahədə aparılan işlərə xüsusi təkan vermişdir. Qeyd edilənlərlə yanaşı, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Pre­ zi­ dentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azər­ baycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılmışdır ki, bu da qısa müddətdə özünü müsbət təcrübə kimi doğrultmuşdur. Əldə olunmuş bu inkişafdan irəli gələrək, yaradılmış in­ frastrukturların, informasiya sistemlərinin, toplanılmış mə­ lu­ matların mühafizəsinin təşkili, həmçinin bu imkanlardan və­ təndaşların və digər istifadəçilərin sərbəst istifadəsinə şərait yaradılması baxımından informasiya təhlükəsizliyi məsələləri vacib əhəmiyyət kəsb edir və daim diqqət mərkəzində saxlanılır. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, dövlət orqanlarının in­ formasiya resursları və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə ümummilli hazırlığın və ma­ arifləndirmənin yüksəldilməsi məqsədi ilə ölkədə Azərbaycan 10

[close]

p. 11

MİLLİ STRATEGİYA Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərməkdədir. Görülən işlərin davamlılığının təmin edilməsi və milli potensialın gücləndirilməsi üçün İKT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı genişlənir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prioritet istiqamət hesab edilmişdir. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən İnsan Resurslarının İnkişafı Fondu vasitəsilə də İKT üzrə mütəxəssislərin hazırlığına dəstək verilir. Ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, in­ novativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Azər­ baycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” yaradılmışdır. Bu yeni qurumlar Azərbaycan Respublikası iqtisadiyyatının güc­ lənməsinə, xarici investisiyaların cəlb edilməsinə və ölkədə İKT məhsullarının istehsalının genişlənməsinə, yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə (“startup”lara) maliyyə dəstəyini və təşkilati dəstəyi təmin edəcəklər. Azərbaycan Respublikası bir çox regional layihələrin təşəb­ büskarı və aktiv icraçısıdır. BMT Baş Assambleyasının qət­ namələri (2009, 2012 və 2013-cü illərdə) ilə dəstəklənən “TransAvrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin reallaşdırılması, həmçinin ölkəmizin iştirak etdiyi “Avropa-Yaxın Şərq informasiya magistralı”nın (Europe-Persia Express Gateway – EPEG) imkanlarından istifadə edilməsi ölkəmizin internetə çıxış potensialının xeyli artmasına səbəb olacaqdır. 11

[close]

p. 12

MİLLİ STRATEGİYA İnternetdən geniş istifadə milli kontentin inkişafını şərt­ ləndirmiş, dövlət orqanlarının, çoxsaylı hüquqi və fiziki şəxslərin, ictimai təşkilatların saytları yaradılmışdır. Sosial şəbəkələrdən, digər sosial media vasitələrindən istifadə geniş vüsət almış, öl­ kə­ mizin tarixinə, mədəniyyətinə, təhsilinə və digər sosial sahələrinə aid müxtəlif informasiya ehtiyatlarının sayı xeyli artmışdır. Cəmiyyətdə İKT-nin inkişafından bəhrələnmə imkanının genişləndirilməsi üçün ilk növbədə əhalinin İKT üzrə biliklərinin artırılması, görülən işlər və mövcud imkanlar barədə vətəndaşların məlumatlandırılması, həmçinin informasiyanın əlçatarlığına şərait yaradan ictimai mərkəzlərin fəaliyyəti və güzəştli şərtlərlə kompyuterlərin əldə edilməsi imkanı yaradılmışdır. Regionlarda müntəzəm olaraq İKT üzrə müxtəlif təlim kurs­ ları, seminarlar keçirilir. “Xalq kompyuteri” layihəsi çərçivəsində müəyyən sosial qruplara güzəştli şərtlərlə müxtəlif tipli 22 500 müasir kompyuter verilmişdir. Əldə olunan nailiyyətlərlə bərabər, ölkəmizdə informasiya cə­ miyyəti quruculuğunu sürətləndirməklə İKT sektorunun in­ ki­ şafına nail olmaq və sektoru ölkə iqtisadiyyatının apa­ rıcı is­ ti­ qamətlərindən birinə çevirməklə, Konsepsiyada müəy­ yən­ ləş­ dirilmiş hədəflərə çatmaq üçün müəyyən addımların atılması zəruridir. Mövcud vəziyyətin təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir: • ölkənin davamlı inkişafının təmin edilməsi üçün İKT-nin prioritet sahə kimi inkişafı vacibdir; • cəmiyyətin İKT-nin məhsul və xidmətlərinə artan tələbatı təmin olunmalıdır; • iqtisadiyyatın real sektorlarında və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndirilməlidir; • İKT sahəsində rəqabətqabiliyyətli, ixracyönlü və innovativ iqtisadi potensial gücləndirilməlidir; • İKT sahəsinin normativ hüquqi bazası və dövlət tən­ zim­ lənməsi təkmilləşdirilməlidir; 12

[close]

p. 13

MİLLİ STRATEGİYA • “elektron hökumət”in nüfuz dairəsi genişləndirilməli, göstərilən elektron xidmətlərin keyfiyyəti, əhatə dairəsi artırılmalı və onların tam avtomatlaşdırılmış interaktiv xidmətlər şəklində həyata keçirilməsi təmin edilməlidir; • dövlət idarəçiliyinin bütün səviyyələrində və yerli özü­­ nüidarəetmə orqanlarında İKT-nin tətbiqi ge­ niş­ lən­ di­ ril­ məlidir; • əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış mən­ təqələri, iqtisadiyyatın müxtəlif sahələri arasında İKTdən istifadədə mövcud fərqlilik aradan qaldırılmalıdır; • sahənin yüksəkixtisaslı İKT mütəxəssislərinə olan ehtiyacı ödənilməlidir; • milli-mədəni irsin qorunması, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə geniş istifadə üçün təyin edilmiş elektron resurslar inkişaf etdirilməlidir; • informasiya təhlükəsizliyi üzrə ümummilli hazırlığın və maarifləndirmənin səviyyəsi artırılmalıdır; • ümumi daxili məhsulda İKT-nin payı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmalıdır; • əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin İKT üzrə ümumi bilik səviyyəsi artırıl­ malıdır; • görülən işlərə ictimai təşkilatların geniş cəlb edilməsi üçün tədbirlər görülməlidir. 3. Milli Strategiyanın məqsədi və əsas vəzifələri 3.1. Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cə­ miyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan və­ təndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf 13

[close]

p. 14

MİLLİ STRATEGİYA etdirilməsidir. Bu məqsədə çatmaq üçün aşağıdakı məsələlərin həlli vacibdir: 3.1.1. informasiya və telekommunikasiya infrastrukturunun artan tələbatı təmin edəcək səviyyədə müasirləşdirilməsi, key­ fiy­ yətli xidmətlərin təqdim olunması, əhalinin, biznes qu­ r umlarının və ümumilikdə cəmiyyətin informasiya və tex­ nologiyalardan istifadə imkanlarının genişləndirilməsi; 3.1.2. əhaliyə təhsil, səhiyyə, sosial müdafiə və digər sosial sa­ hələr üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi; 3.1.3. informasiya cəmiyyəti şəraitində effektiv tən­ zim­ ləmənin həyata keçirilməsi, insan hüquqlarının, xüsusən də hər bir fərdin informasiya əldə etmək və ünsiyyət qurmaq hüquqlarının hərtərəfli və sərbəst təmin edilməsi; 3.1.4. rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qu­ rulması, İKT-ni geniş tətbiq etməklə, ənənəvi iqtisadiyyatdan yeni tipli iqtisadiyyata – biliklər iqtisadiyyatına keçidin təmin olunması; 3.1.5. “elektron hökumət”in genişləndirilməsi və İKTnin tətbiqi ilə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, demokratik prinsiplərin inkişaf etdirilməsi, elektron xidmətlərin yüksək keyfiyyətinə nail olunması; 3.1.6. informasiya cəmiyyəti mühitində xalqın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanılması və geniş təbliği; 3.1.7. informasiya və telekommunikasiya texnologiyaları sahəsində yüksək səviyyəli elmi və ixtisaslı kadrların hazırlanması; 3.1.8. hər bir vətəndaş üçün İKT üzrə təhsil və təlim almaq imkanı yaratmaqla, informasiya və İKT-dən təhlükəsiz istifadə mədəniyyətinin yüksəldilməsi; 3.1.9. dünya informasiya məkanında Azərbaycan Res­ pub­ li­ kasının milli maraqlarının qorunması, cəmiyyətdə İKT-dən qanuni və təhlükəsiz istifadə edilməsi, müasir texnologiyalara etimadın yüksəldilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi; 14

[close]

p. 15

MİLLİ STRATEGİYA 3.1.10. regional və beynəlxalq informasiya məkanına in­ te­ qra­ siyanın genişləndirilməsi. 4. Milli Strategiyanın həyata keçirilməsinin əsas prinsipləri 4.1. İnformasiya cəmiyyətinin qurulması zamanı milli səviyyədə aşağıdakı prinsiplərə əməl olunmalıdır: 4.1.1. liderlik – dövlət idarəetmə və yerli özünüidarəetmə orqanlarının, təşkilat və müəssisələrinin rəhbərləri İKT-nin inkişafını və geniş tətbiqini öz fəaliyyətləri ilə bilavasitə təmin etməlidirlər; 4.1.2. bərabərlilik – cəmiyyətdəki mövqeyindən və mülkiyyət formasından asılı olmayaraq, prosesin bütün iştirakçılarının maraqları eyni dərəcədə nəzərə alınmalı, sosial ədalət prinsipi gözlənilməlidir; 4.1.3. şəffaflıq və cəlbolunma – həyata keçirilən fəaliyyət barədə ictimaiyyət geniş məlumatlandırılmalı, açıq ictimai müzakirələr təşkil edilməli və qərarların qəbulunda vətəndaşların, ictimai təşkilatların təklifləri nəzərə alınmalıdır; 4.1.4. əməkdaşlıq – həyata keçirilən fəaliyyətdə dövlət, biznes və vətəndaş cəmiyyəti tərəfdaşlığına xüsusi fikir verilməlidir; 4.1.5. maarifləndirmə – informasiya cəmiyyəti quruculuğuna geniş kütlələrin cəlb olunması, cəmiyyətin hər bir üzvünün bu prosesdə fəal iştirakının təmin edilməsi üçün bu texnologiyalara dair bilik və məlumatlar əhatəli şəkildə əhaliyə çatdırılmalıdır; 4.1.6. sosialyönlülük – vətəndaşların sosial maraqlarının qo­ r unması, hüquqlarının təmin olunmasına hərtərəfli şərait ya­ radılması əsas götürülməlidir; 4.1.7. millilik – ölkədə yaşayan bütün xalqların mənafeyi nəzərə alınmaqla, milli informasiya resurslarının inkişafına, elmi və mədəni irsin müasir texnologiyalar vasitəsilə qorunmasına, 15

[close]

Comments

no comments yet